Ən böyük Komandan bizim Komandan! Ən güclü Ordu bizim Ordu!

Hazırda cəbhə bölgəsində «Orduya dəstək» kompaniyası çərçivəsində cəbhə bölgələrində olan AVMVİB sədri Füzuli Rzaquliyev telefonla zəng edərək, Ali Baş Komandan cənab İlham Əliyevin sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan verilişdə efirə gedən çıxışını cəbhə bölgəsinin əhalisi yüksək ruh yüksəkliyi yaratdığını bildirdi.

AVMVİB sədri F. Rzaquliyev bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın çıxışları bir daha sübut etdi ki, ölkəmizin lideri əsil liderdir, dövlətçidir və komandandır.

 AVMVİB sədri F. Rzaquliyev dedi: «Ali Baş Komandan İlham Əliyevin bu açıqlamaları bu gün hər bir Azərbaycan vətəndaşının fəaliyyət proqramına çevrilməlidir. Buradan bir daha xalqımıza səslənirəm ki, Azərbaycan Ordusu həqiqətən regionun ən güvəniləsi ordusudur. Məhz bu yüksək təminat və peşəkarlıq da elə cənab Prezidentin yorulmaz əməyinin meyvəsidir. Buradan xalqımzın, əsgər və zabitlərimizin adından bir mesaj səsləndirirəm: «Tanrı Komandanımızı qorusun!» Biz öz liderimizlə üç rəngli bayrağımızı əmr olunan yerlərə taxmağa hazırıq.» 


F. Rzaquliyev, bir məsələyə də toxundu: «AVMVİB-nin 67 min üzvü var və döyüşə qatılmaq üçün dəfələrlə Ali Baş Komandana müraciətlər etmişik. Lakin bu gün bizim övladlar döyüşür və bizə komandanlıq dəfələrlə bildirib ki, Ordumuzun potensialı yetərincədir. Ehtiyac duyularsa, sizə müraciət edərik. Biz düşmənlə döyüşə hazır olduğumuzu hər kəs bilir və bu gün düşmən həyasızlıqla müxtəlif dövlət və qrupların bizim orduyla birgə vuruşması haqqında feyk xəbər yaymağa çalışır. Bu erməni böhtanına da ölkə rəhbərimiz gərəkli bir cavab verdi: «Suriyadan heç bir muzdlu yoxdur. Bu barədə heç bir fakt, heç bir sübut yoxdur. Bunu erməni təbliğatı ortaya atıb və müxtəlif saytlarda, müxtəlif kütləvi informasiya vasitələrində dövr edir. Buna heç bir ehtiyac yoxdur. Azərbaycanın hazırlıqlı ordusu var, çox böyük səfərbərlik ehtiyatı var. Dünən mən qismən səfərbərlik elan etmişəm. Biz 2 milyon əhalisi olan Ermənistana qarşı 10 milyon əhalidən 10 minlərlə ehtiyatda olanları orduya çağırırıq, bizim insan ehtiyatlarına ehtiyacımız yoxdur. Buna görə də biz özümüzü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin.»


Ən böyük Komandan bizim Komandan! Ən güclü Ordu bizim Ordu! Hər ikisinə eşq olsun!


Xatırladım ki, AVMVİB sədri Füzuli Rzaquliyevin oğlu İlkin Rzaquliyev də bu müzəffər ordunun sıralarında öndədir. Onlara da salam olsun! Allah əsgərlərimizi qorusun!


Elnur Səlim

Bu xəbəri paylaşın: