AVMVİB «Orduya dəstək» Qərargahı yaratdı

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İdarə Heyəti müharibə veteranlarının çox saylı müraciətlərini nəzərə alaraq «Orduya dəstək» Qərargahı yaratdı.

Qərargahın yaradılmasında əsas məqsəd yayılan şaiyələrin qarşısının dərhal alınması, ordumuza maddi və mənəvi dəstəyin təşkil edilməsi, hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi, Ali Baş Komandan ətrafında xalqımızın sıx birliyinin təmin edilməsi, xalqımızın müharibə qanunlarına riayət etməsinə yardımçı olmaq və ən başlıcası isə düşmənin informasiya hücumlarından əhalinin qorunması, informasiya təhlükəsizliyi qaydalarına riayət olunmasının təbliği və s. məsələlərdir.

AVMVİB «Orduya dəstək» Qərargahı ilə bağlı təkliflərinizi +994513146060 (Mətbuat Xidməti) və +994503401148 (AVMVİB sədrinin təşkilati işlər üzrə müavini) telefonları ilə çatdıra bilərsiniz.

İlkin olaraq xalqımıza müraciət edərək, Azərbaycan Müdafiə Nazirliyi tərəfindən öz təsdiqini tapmayan məlumatlara inanmamağa və bu məlumatları yaymamağa çağırırıq. Müharibə bitməyincə şəhidlərimizin fotolarını, haqlarındakı məlumatları yatymamağı xahiş edirik. Çünki bu məlumatlardan düşmən bizim əleyhimizə sosial şəbəkələrdə istifadə edir. Vətənpərvər soydaşlarımızın acısını anlayırıq, lakin Vətən hər şeydən ucada dayanır. Düşmən ölüb leş olur, biz şəhid olmaqla ölümsüzlük qazanmış insanlarımızı düşmənin informasiya mexanizminə alət etməyək. Bu şəhidlərimizə etdiyimiz ən böyük ehtiram olar.

Ən böyük Komandan bizim Komandan! Ən güclü Ordu bizim Ordu! Hər ikisinə eşq olsun!

Bu xəbəri paylaşın: