ŞAD XƏBƏR: Donaşendən ermənilər qaçır

«Tonaşendə yerləşən erməni taborunun şəxsi heyəti müdafiə mövqelərini tərk edərək qaçır».

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. 

«Ermənistanın 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının Tonaşendə yerləşən 7-ci dağatıcı alayının 2-ci taborunun şəxsi heyəti ağır itkilərə məruz qalaraq müdafiə mövqelərini özbaşına tərk edərək qaçır», nazirlikdən bildirilib. 

Bildirək ki, Donaşen şimali Ağdərədə ən strateji bir mövqelərdən sayılır. Bu mövqeyə sahib olmaqla rayon ərazisi iki yerə parçalanır. Rusların hərbi işğal xəritələrində bu mövqenin adı «Тонашенская военная дорога» (Donaşen hərbi yolu) kimi qeyd olunub. Tanrı Ordumuzu qorusun!

Foto: Erməni plakatı düz çəkilib. Erməni əsgəri Ermənistana tərəf qaçmaqdadır. Amma yəqin ki, yarı yolda qalacaq…

Bu xəbəri paylaşın: