Erməni mətbuatı dağa çırpılıb partlayan qırıcı təyyarənin görüntülərini yayıb

Bu gün erməni saytları məhv olmuş Su-25 qırıcı təyyarəsinin qalıqlarının fotolarını paylaşıblar.

Ermənistana məxsus bu qırıcı təyyarə dağa çırpılaraq partlayıb.

Azərbaycan Respublikasının Prezidentinin köməkçisi — Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə təyyarələrin sayının iki olduğunu bildirib. Erməni KİV-lər həlak olan pilotun mayor Valeri Danelin olduğunu söyləyib.

Bu xəbəri paylaşın: