Baş nazir Nikol Paşinyan xarici dövlətlərin və beynəlxalq təşkilatların rəhbərləri ilə telefon danışıqlarını davam etdirir. Bu barədə «Armenpress» -ə Ermənistan Baş naziri Administrasiyasının İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
30 sentyabrda Baş nazir İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə telefon danışığı apardı.
İran Prezidenti iki qonşu dövlət arasındakı gərginlik və davam edən döyüş əməliyyatlarından narahatlığını dilə gətirdi.
Baş nazir bölgədəki vəziyyətə toxundu və həmsöhbətinin diqqətini Türkiyənin birbaşa döyüş əməliyyatlarında iştirakı faktına çəkdi. Baş nazir Paşinyan bəzi təfərrüatlar barədə məlumat verib.
