***Erməni terroru – 14 mülki sakin ölüb, 46 nəfər yaralanıb – Rəsmi

Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.
Azərbaycan Respublikası Baş Prokurorluğundan verilən məlumata görə, düşmənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 46 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmiş, 14 nəfər şəxs isə həlak olmuşdur.
***Düşmənin itkiləri durmadan artır

Təkcə 30.09.2020-ci il saat 17:30-a qədər Azərbaycan Ordusunun bölmələri saat 17:30-dək düşmənin 2 ədəd “OSA-AKM” zenit-raket kompleksinin döyüş maşını, 1 ədəd BM-21 “Uraqan” yaylım atəşli reaktiv sistemi, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 4 ədəd “D-20” haubitsa-topu məhv edilib. Ümumilikdə düşmən 2 500 nəfərə yaxın əsgər və zabit, 130-dan çox tank və zirehli avtomobil, 200-dən çox top, minaatan və “Qrad” qurğusu, 25-dən çox hava hücumundan müdafiə sistemi, altı komanda qərargah mərkəzi və silah anbarı, 50-dən çox tank əleyhinə qurğu, 55 ədəd avtomobil və bir ədəd “S-300” Zenit Raket kompleksi məhv edilib.***Ermənistan silahlı qüvvələri tərəfindən Goranboy rayonunun Tapqaraqoyunlu kəndi atəşə tutulub.
“Report”un məlumatına görə, atılan top mərmilərindən bir neçəsi yaşayış evlərinə və həyətlərə düşüb.
Nəticədə bir neçə yaşayış evinə zərər dəyib, iri və xırda buynuzlu heyvanlar tələf olub.
***Goranboyun Tapqaraqoyunlu kəndi atəşə tutulub



Ermənistan silahlı qüvvələri tərəfindən Goranboy rayonunun Tapqaraqoyunlu kəndi atəşə tutulub. “Report”un məlumatına görə, atılan top mərmilərindən bir neçəsi yaşayış evlərinə və həyətlərə düşüb.
Nəticədə bir neçə yaşayış evinə zərər dəyib, iri və xırda buynuzlu heyvanlar tələf olub. ***Ermənilər Horadizə top mərmisi atıb, bir mülki şəxs həlak olub, üç nəfər yaralanıbAzərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində 30.09.2020-ci il tarixdə saat 16 radələrində Füzuli rayonu, Horadiz şəhərində yerləşən yanacaq doldurma məntəqələrinin birinin yaxınlığına düşmüş top mərmisinin qəlpələrindən 1990-cı il təvəllüdlü Rüstəmov Murad Tahir oğlu həlak olmuş, üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmiş, məntəqəyə ciddi ziyan dəyib.
***Ermənistan tərəfi itkilərinin sayını 25 dəfə azaldaraq açıqlayıb.

News.am xəbər verir ki, Azərbaycan Ordusunu dayandırmağa cəhd göstərən Ermənistan tərəfi daha 23 hərbçisini itirib. Siyahıya həmçinin “Su-25” təyyarəsinin pilotunun adı da daxil edilib. Buraya terror qruplarının adları daxil edilməyib. Beləliklə, bu saata qədər düşmən tərəfi 103 hərbçi itirdiyini etiraf etmək məcburiyyətində qalıb.
***Düşmənə ağır zərbə vuruldu

Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının 41-ci əlahiddə alayının komanda məntəqəsinə atəş zərbəsi endirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, qoşunların idarə edilməsi tam pozulub. Şəxsi heyət arasında çoxlu sayda ölən və yaralanan var. Alayın komandanlığı yaralıların təxliyyəsi üçün kömək istəyir.
***Ceyhun Bayramovla Lavrov arasında telefon danışığı oldu

Cari ilin 30 sentyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Rusiya Xarici İşlər naziri Sergey Lavrov bölgədə baş verən gərginlik ilə bağlı narahatlığını ifadə edib və atəşkəsə nail olunmasının vacibliyini bildirib. O, gərginliyin aradan qaldırılması üçün Rusiyanın həm milli qismdə, həm də Minsk Qrupunun digər həmsədr ölkələri ilə birgə vasitəçilik səylərini təklif edib.
***Türkiyə məscidlərində Azərbaycan Ordusu üçün dualar edilir

Cəbhə xəttində döyüşlər başlayandan hər zaman Azərbaycanın yanında olduğunu deyən qardaş Türkiyədə sadə insanlar da xalqımıza dəstəyini nümayiş etdirirlər.
Bu gün Türkiyə məscidlərində inanclı insanlar ordumuz üçün dualar ediblər. Həmçinin şəhidlərimizin ruhu üçün də dualar oxunur. ***30 sentyabrda Baş nazir Paşinyan İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə telefon danışığı apardı.
İran Prezidenti iki qonşu dövlət arasındakı gərginlik və davam edən döyüş əməliyyatlarından narahatlığını dilə gətirdi. Baş nazir bölgədəki vəziyyətə toxundu və həmsöhbətinin diqqətini Türkiyənin birbaşa döyüş əməliyyatlarında iştirakı faktına çəkdi. Baş nazir Paşinyan bəzi təfərrüatlar barədə məlumat verib.
*** AVMVİB Rəhbərliyi cəbhənin müxtəlif istiqamətlərindədir.

Bu barədə AVMVİB «Orduya dəstək» Qərargahından məlumat verilib. Ordumuzun qələbə əhvalı köhnə döyüşçülərimizi sevimdirir. Ən böyük Komandan bizim Komandan, ən güclü əsgər bizim əsgər!Allah qorusun!
***Ukrayna Azərbaycanın ərazi bütövlüyünü ardıcıl surətdə dəstəkləməyə davam edir

Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində Ermənistan-Azərbaycan münaqişəsi zonasında vəziyyətin kəskinləşdiyi bu günlərdə Ukrayna Azərbaycanın ərazi bütövlüyünü və onun özünümüdafiə hüququnu ardıcıl surətdə dəstəkləməyə davam edir.
Ali Radanın yüksək vəzifəli nümayəndələrinin ardınca Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba da Azərbaycan Respublikasını dəstəklədiyini bəyan edib: “Dövlətlərin ərazi bütövlüyünün dəstəklənməsi Ukrayna xarici siyasətinin təməl daşıdır. Azərbaycan bizim ərazi bütövlüyümüzü dəstəklədiyi kimi, biz də ardıcıl olaraq onun ərazi bütövlüyünü dəstəkləyirik. Bu prinsip bizim üçün dəyişməz olaraq qalır”, — deyə nazir brifinqdə bildirib.
***Paşinyan oğlunu Qarabağa döyüşə göndərməkdən qorxdu

Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Qarabağa döyüşmək üçün yollanmaq istəyib, ancaq ona “hələ ehtiyac yoxdur” deyilərək döyüşlərdə iştirak etməsinə ailəsi tərəfindən icazə verilməyib.
Bu barədə “Sputnik” xəbər yayıb.
Maraqlıdır ki, Ermənistanda 55 yaşa qədər olan zabitlərin, gizirlərin və ehtiyatda olan hərbi qulluqçuların səfərbərliyi elan edilib, yaşlılar belə döyüş bölgəsinə göndərilir, ancaq hökumət başçısının həyat yoldaşı Anna Akopyan ordudan cəmi bir neçə ay öncə tərxis olunan oğluna cəbhə bölgəsində hələ “ehtiyac olmadığını” bildirib.
***Düşmən Tərtərdə avtovağzala top atdı

İşğalçı ölkənin silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx olduğu əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində bu gün saat 09:00 radələrində Tərtər şəhər avtovağzalına düşmüş top mərmisinin qəlpələrindən 1982-cı il təvəllüdlü Həsənov Zabil Məhəmməd oğlu həlak olub, avtovağzala ciddi ziyan dəyib.
Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.
Hazırladı: Fedai.az Araşdırma Qrupu
