AVMVİB «ORDUYA DƏSTƏK» Qərargahının məlumatı

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) «Orduya dəstək» Qərargahından verilən məlumata görə, Vətən müharibəsi başladığı gündən etibarən, ordumuza maddi və mənəvi dəstəyini həftə ərzində davam etdirilib.

Müxtəlif istiqamətlərdə yerləşən hərbi hissələrə və hospitallara medikamentlər çatdırılıb. AVMVİB Zəngilan şöbəsinin sədri Azad Musayevin rəhbərliyi ilə rayon veteranları yeni mövqelər üçün ləvazımatlar, AVMVİB Tərtər Regional bölməsinin rəhbəri Vidadi Məmmədov, Goranboy rayon şöbəsinin sədri Elmar Məmmədov, Nəsimi rayon şöbəsinin sədri, sədrin səlahiyyətli nümayəndəsi Elmar Hüseynov, Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov, Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynov, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov, Sumqayıt şəhər şöbəsinin sədri Timuraz Mansurov, sədrin səlahiyyətli nümayəndəsi Zəkəriyya Rəhimov, Cəbrayıl rayon şöbəsinin sədri Rasim Paşayev, Füzuli rayon şöbəsinin sədri Səməd Əbilov, Beyləqan şöbəsinin sədri Fuad Zövrabov, İmişli rayon şöbəsinin sədri Taleh Tapdıqov, Saatlı şöbəsinin sədri Elməddin Alışanov, Bərdə şöbəsinin sədri İsmayıl Rüstəmov, Tovuz rayon şöbəsinin sədri Etibar Vəliyev, Çilov şöbəsinin sədri Bayram Cəfərov, Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov, Fəxri üzvümüz Babək Abdullayev, Yasamal rayon şöbəsinin sədri Salman Hüseynov, Polis Müharibə veteranları şöbəsinin sədri Abbas Hüseynov, Daşkəsən rayon şöbəsinin sədri Əli Musayev (Veteranımızın oğlu yaralanıb. Allah qazimizə şəfa versin. Dualarımız onunladır) və digərləri də analoji işlər görüblər. AVMVİB Rəhbərliyi sədr Füzuli Rzaquliyev, sədrin I müavini Kamil Şirinov, sədr müavini İslam Səfərov, AVMVİB Nəsimi rayon şöbəsinin sədr müavini İlham Rüstəmov, elə cəbhədə AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi təyin edilmiş Habil Şirinov və digərləri cəbhənin müxtəlif istiqamətlərində olublar. 

Hər bir müharibə veteranın arzusu, «Əlvida» dedikləri silaha sarılaraq əsgərlərimizin yanında olmaqdır. Şəhid qardaşlarımızın qisasını mənfur düşməndən almaq və torpaqlarımızı bu murdarlardan təmizləməkdir.

Bu gün Kömrük Komitəsi ilə birgə AVMVİB sədrinin I müavini Kamil Şirinov və müharibə veteranı Mübariz Əsgərov yaralı əsgərlərimizə baş çəkiblər. Yaralıların həkimi AVMVİB üzvü, hərbi həkim İmran Qurbanov da ziyarətdə iştirak edib. Bu görüşdə veteranları qürurlandıran bir məqamı AVMVİB sədrinin I müavini Kamil Şirinov danışdı: «2016-cı il Aprel döyüşləri zamanı şəhid olmuş dostunun ailəsinə verilmiş bayraqla döyüşə gedən qazimiz bu bayrağı Xankəndinə asmağa and içib. Allah qazimizə şəfa versin. Allah əsgərlərimizi qorusun!»

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən yaşa görə qeydə alınmayan müharibə veteranları cəbhəyə könüllü getmək üçün Qərargahda qeydiyyatdan keçirlər. AVMVİB rayon şöbələri Vətən müharibəsi aparan döyüşçülərimizə hər cür yardımçı olmağa hazırdırlar. Artıq 5 tabur Ali Baş Komandanın əmriylə cəbhəyə getməyə hazırdır və proses davam edir. Ölkə rəhbəri cənab İlham Əliyevin verəcəyi əmrə hazırıq!

Könüllülərdən ibarət taburlar əmrə hazırdır və könüllülərin müraciətləri davam etəkdədir. AVMVİB «Orduya dəstək» Qərargahı xalqımızı Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməyə, Müdafiə Nazirliyinin verdiyi bütün təlimatlara əməl etməyə və rəsmi olmayan məlumatlara inanmamağa çağırır. 

Ey Şanlı Azərbaycan əsgəri! Biz hər yerdə Sizinləyik! Qəlblərimiz Sizinlə döyünür. Səngərinizə yağan mərmi yağışı bizim qəlblərimizə dəyir. Tanrı sizi qorusun!

Qarabağ Azərbaycandır! Hamımız Ali Baş Komandanımızın əsgərləriyik!

AVMVİB Mətbuat Xidməti

Əlaqə telefonları: +994503401148; +994513146060

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •