Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir. Zamanında mənfur düşmənlər tərəfindən işğal olunsa belə, bu, heç bir zaman dəyişməyib dəyişməyəcək də!
Vətənimizin hər bir qarış torpağı bizim üçün əziz və doğmadır. Qarabağ havası, torpağı, musiqisi və gözəlliyi ilə daima hər kəsin zövqünü oxşayan bir məkandır.
Mənə qismət olmayıb o yerlərdə yaşamaq, orda boya başa çatmaq, lakin valideynlərimin danışığından aldığım məlumatlardan, Qarabağa aid olan video kadrlardan necə möhtəşəm bir yer olduğunu görmüşəm, eşitmişəm.Qarabağ bizim gələcəyə olan ən böyük ümidimiz və arzumuza çevrilib. Artıq 30 ilə yaxındır ki, bu arzu ilə yaşayırıq və hər zaman Qarabağla bağlı sabaha bir ümidimiz olub.
Hər zaman Qarabağın düşmən işğalından azad olunacağına inanıb, o cənnət guşələrə torpağından itkin düşmüş insanların geri dönəcəyinə ümid etmişik. Azərbaycanın öz ərazi bütövlüyünü qoruyub saxlayacağına inanmışıq. Prezidentimiz, cənab Ali Baş komandan İlham Əliyevin dünənki çıxışından sonra Qarabağla gələcəyə olan ümidimiz daha da artıb.
Artıq bir neçə rayon və kəndimizi düşmən işğalından azad etmişik. Mənfur düşmən Prezidentimizin dediyi hər sözə, hər cümləyə layiqdir. Mənim düşüncümə görə onları millət belə adlandırmaq olmaz, çünki bizə aid olan torpaqları, bizə aid olan əraziləri vəhşicəsinə ələ keçirib qanunsuz bir şəkildə zəbt edib və qondarma bir rejim yaradıblar.
İndi isə Azərbaycana qarşı müharibəyə qalxıblar. Gülünc deyilmi? Bizim torpaqlarımızı işğal edib, bizə qarşı müharibəyə qalxıblar? Biz onlarla müharibə aparmaq istəmirik, sadəcə biz haqqımızı tələb edirik və bizə aid olan torpaqları, bizə aid olan əraziləri geri istəyirik. Onlar müharibə yolunu seçirsə, bu onların səhvidi və cəzasını çəkməkdədirlər. Sadəcə biz onlara sübut edəcəyik ki, Qarabağla bağlı olan döyüşlərdə canından keçmiş, özlərini Vətənə qurban vermiş, şəhidlik zirvəsinə ucalmış insanlarımızın qanı yerdə qalmayacaq. Mən inanıram ki, tez bir zamanda qələbə xəbəri alıb öz bayrağımızı Qarabağda hər bir kənddə asacağıq.
Gələcək nəsillər Qarabağı qanlı yaddaş kimi deyil, şanlı Qələbə kimi xatırlayacaq.
Mehnur Məmmədov
Azərbaycan Xarici dillər universiteti, Filalogiya və jurnalistka fakültəsinin II kurs tələbəsi