CƏBHƏ GÜNDƏLİYİ — 6.10.2020-ci il

*** VAR OL, KOMANDAN! TARİX YAZAN ALİ BAŞ KOMANDANIMIZA VƏ ORDUMUZA EŞQ OLSUN!***

***İlham Əliyev və Vladimir Putin arasında telefon danışığı OLUB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı Rusiya Prezidentini ad günü münasibətilə təbrik edib, Rusiyanın inkişafı və firavanlığı naminə dövlətçilik fəaliyyətində ona yeni uğurlar, möhkəm cansağlığı arzulayıb. Vladimir Putin göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar yaranmış vəziyyəti müzakirə ediblər. Prezident İlham Əliyev və Prezident Vladimir Putin Azərbaycan-Rusiya əlaqələrinin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

***Bu gün Azərbaycan Ordusunun keçirdiyi uğurlu döyüş əməliyyatları zamanı düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, düşmənə endirilən artilleriya zərbələri nəticəsində 5-ci alayın müdafiə sahəsində komanda müşahidə məntəqəsi sıradan çıxarılıb. Çoxlu sayda ölən və yaralanan var. Düşmən tərəfi də itkiləri etiraf etməyə məcbur olub və öldürülən hərbçilərinin bir qisminin adını açıqlayıb. “Sputnik Armeniya” saytının Ermənistan Müdafiə Nazirliyinə istinadən yaydığı xəbərə görə, təkcə oktyabrın 7-də azı 80 nəfər öldürülüb. Nazirlik gün ərzində iki dəfə, hərəsində 40 hərbçinin olduğu adlı siyahı açıqlayıb. Onların içində yüksək rütbəli zabitlər, gizirlər, əsgərlər və başqa rütbəlilər var.

***İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində müşavirə keçirdi

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirildi.

***Azərbaycanın Fransadakı səfiri: “Parisdə ermənilər səfirliyimizə daş atdılar, şüşələrimizi qırdılar…”

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev ermənilərin Parisdəki Azərbaycan səfirliyinin binasını hədəf aldıqlarını açıqlayıb. Bu barədə o, “Anadolu” agentliyinə müsahibə verib: “Ermənilər səfirliyin qapısına gələrək dəfələrlə təhqir yağdırır, daş atır, şüşələrimizi qırır, yumurta atırlar. Fransanın bir qanuni dövlət kimi buna icazə verməsi normal deyil, bu qəbuledilməzdir”.

***“Döyüş Ermənistan ərazisində aparılmır” — Putin

«Döyüş əməliyyatları Ermənistan ərazisində aparılmır”. Bunu Rusiya Prezidenti Vladimir Putin «Moskva. Kreml. Putin” verilişinin aparıcısı Pavel Zarubinə verdiyi eksklüziv müsahibəsində deyib.  …Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür: «Bu müqavilə ilə bağlı Rusiyanın Ermənistan qarşısında müəyyən öhdəlikləri var. Döyüş əməliyyatları Ermənistan ərazisində aparılmır. Rusiyanın öhdəliklərinə gəlincə, biz həmişə bu öhdəlikləri yerinə yetirmişik, yetiririk və yetirəcəyik».  Putin qeyd edib ki, daim Ermənistanın Baş naziri Nikol Paşinyanla iş əlaqəsi saxlayır: «Ermənistan rəhbərliyində Rusiyanın öhdəliklərinin icrası ilə əlaqədar heç bir sual yeri yoxdur».

***Təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir. 

Respublika Prokurorluğundan verilən məlumata görə, düşmən ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektləri, o cümlədən mülki əhalini hədəfə almaqla 06.10.2020-ci il tarixdə saat 21 radələrində Tərtər rayonunun müxtəlif istiqamətlərdə intensiv atəşə tutması nəticəsində rayonun Qaynaq kənd sakini 1981-ci il təvəllüdlü Məmmədov Həsən Asif oğlu həlak olub, həmin kənd sakini 1989-cu il təvəllüdlü Əliyev Dəyanət Qənimət oğlu və Köçərli kənd sakini 1968-ci il təvəllüdlü Həsənov Seyfulla Yaqub oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

***MN: Ordumuzun qələbə əzmi tamdır

“Ordumuzun qətiyyətli hücumu qarşısında aciz qalan düşmən tərəfinin rəhbərliyi ziddiyyətli fikirlər səsləndirir”.

Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib. O xatırladıb ki, işağlçı ordu Azərbaycanın dinc yaşadığı əraziləri raket atəşinə tutur: “Ordumuz tərəfdindən düşmənə qarşı adekvat tədbirlər görülür. Ordumuzun qələbə əzmi tamdır”.

***Azərbaycan Silahlı Qüvvələri yeni taktiki gediş edərək İran sərhədi boyu irəliləyir.

Bu barədə Ermənistan Müdafiə nazirliyinin sözçüsü Arsurun Ovannisyan danışıb.


O etiraf edib ki, Azərbaycan Milli Ordusu Dağlıq Qarabağın cənubu boyu irəliləməkdə davam edir. Bu gün Müdafiə Nazirliyi də yaydığı bəyanatda qeyd etmişdi ki, Azərbaycan Ordusu müəyyən olunan istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib. Döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası və digər döyüş vasitələri məhv edilib***Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu döyüş əməliyyatları davam edir. 

Geri çəkilən düşmənin hərbi texnikası bölmələrimiz tərəfindən ələ keçirilib. Texnikanın içərisində erməni ordusuna məxsus hərbi geyim, su qabları, çantalar və digər əşyalar var.

***Ukraynalı bloqqerlər Nikolun soyadını dəyişiblər — TELEFONYAN

Xarici ölkə rəhbərlərinə vurduğu həyasız zənglərə görə soyadını dəyişərək Paşinyan deyil, Telefonyan deyirlər.

Amma qox ki, ermənilər sonra, telefonu Nikol «kəşf edib» deyəcəklər.

***Saakaşvili: “Yerevanın hansısa universitetinin fəxri doktoru olmağımı xatırlamıram”

M.Saakaşvili “Mtavari arxi” telekanalına müsahibəsində fəxri doktor elmi dərəcələrinin çox olduğunu deyib: “Mən həqiqətən də xatırlamıram ki, Yerevanın hansısa universitetinin fəxri doktoru olmuşam. Allah onları qorusun, lakin bununla fəxri adlarım azalmayacaq”.

Qeyd edək ki, M.Saakaşvili Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edəndən sonra Ermənistanın təhsil naziri Araik Arutyunyanın təşəbbüsü ilə Yerevan Dövlət Universitetinin fəxri doktoru adından məhrum edilib.

  ***Sahibə Qafarova Pakistan səfiri ilə görüşdü

Oktyabrın 7-də Azərbaycan Respublikasının Milli Məclisinin Sədri Sahibə Qafarova Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb. Milli Məclisdən verilən məlumata görə, spiker Sahibə Qafarova səfir Bilal Hayeni ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib. Milli Məclisin Sədri Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu vurğulayaraq, ölkələrimiz arasında münasibətlərin dinamik inkişaf etdiyini bildirib. Sahibə Qafarova bir neçə gün öncə onun Pakistan İslam Respublikası Senatının Sədri Məhəmməd Sadiq Sancrani ilə telefon danışığı olduğunu məmnunluqla xatırladıb.

***Ordumuza dəstək davam edir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvləri və Katibliyin əməkdaşları Silahlı Qüvvələrə Yardım Fonduna ianə köçürmək haqqında qərar qəbul edib. Şura üzvləri və Katibliyin əməkdaşları Silahlı Qüvvələrə Yardım Fonduna ianə edəcək.

Bu qərar 27 sentyabrdan etibarən işğal altında olan torpaqlarımızı düşməndən azad etmək üçün uğurlu hərbi əməliyyatlar aparan Ordumuza dəstək məqsədi daşıyır.

***Армения уведомила ОДКБ, что не пришлет военных на учения в Беларуси

Организация договора о коллективной безопасности (ОДКБ) получила уведомление от Армении, что военные республики не примут участие в миротворческих учениях на территории Беларуси в октябре.

«В ОДКБ подтверждают, что армянские военнослужащие не смогут принять участие в миротворческих учениях «Нерушимое братство-2020″, проведение которых запланировано на территории Белоруссии с 12 по 16 октября. Армения уведомила об этом», — сообщил «Интерфаксу» во вторник пресс-секретарь ОДКБ Владимир Зайнетдинов. 5 октября Минобороны Армении сообщило, что армянские военные не примут участия в маневрах в Беларуси.

***Erməni hücumları nəticəsində 30 mülki şəxs qətlə yetirilib, 143 nəfər yaralanıb

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb. Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 30 mülki şəxsi qətlə yetirilib, 143 nəfəri isə yaralanıb.

66 mülki obyekt və 427 yaşayış evləri yararsız vəziyyətə düşüb.

***Erməni hərbçilərin qaçarkən döyüş meydanında tərk etdiyi texnikalar nümayiş etdirilib

Erməni hərbçilərinin qaçarkən döyüş meydanında tərk etdiyi texnikalarının videogörüntüsü yayılıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

***Ermənilər səhvən öz tanklarını vurdular

“Düşmənin 3 tankından ibarət tank kolonu gecə vaxtı Xankəndindən çıxaraq ön xəttə doğru irəliləyib”.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. “Lakin, ön xətt bölmələrinə çatmadan zirehli texnika kolonu öz artilleriya bölmələrinin atəşinə məruz qalıb. Məlumatlara görə, “dəqiq” zərbə ilə 1 tank ekipajla birlikdə tamamilə məhv edilib, qalanları isə sıradan çıxarılıb”, nazirlikdən bildirilib.

***Ermənistan prezidenti də İrana yalvarır: «Azərbaycanı dayandır»

Son günlər döyüş meydanında mövqelərini sürətlə itirən Ermənistan hər vəchlə İranı münaqişəyə cəlb etməyə çalışır. Bu məqsədinə çatmayan düşmən ölkənin prezidenti Armen Sarkisyan İrandan nə gözlədiklərini açıq dillə ifadə edib.

Rusiya jurnalistlərinin suallarını cavablandıran A.Sarkisyan İranın hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana təsir edə biləcəyini deyib: “İran Azərbaycana olan təsir imkanlarından atəşin dayandırılması üçün istifadə edə bilər. Mən istərdim ki, İran özünün bütün kanallarından – siyasi, etnik və digər – müharibəni dayandırmaq üçün istifadə etsin. Aydındır ki, öz sərhədlərində hərbi əməliyyatlar İran üçün xoş deyil. Çoxlu sayda terrorçunun, döyüşçünün olması kimə xoş gələr ki”…

QARABAĞ AZƏRBAYCANDIR!

Fedai.az Araşdırma Qrupu (Yerli və xarici KİV-lərin məlumatları əsasında hazırlanıb)

Növbətçi: Nurlan Məmmədli, Elnur Səlim

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •