Qarşısında diz çökdüyümüz tək ünvan — Bayraq

Abbas Hüseynli

AVMVİB sədrinin müavini

Bu günlər Azərbaycan xalqı üçün ən uğurlu, mən deyərdim ki, düşərli günlərdir. Azərbaycan əsgəri işğal olunmuş torpaqlarmızı erməni işğalçılarından azad edir.

Xalq hörmətli Prezidentimizin yanındadır. Ölkəmizdə fəaliyyət göstərən erməni və rusbaşlar demək olar ki, qınına çəkiliblər. Onlar başa düşürlər ki, edəcəkləri hər bir kiçiçik hərəkət onların məhvinə gətirib çıxardacaq.

Bundan əvvəl Azərbaycan və Türk bayraqlarına hörmətsizliklə bağlı yazılar yazmışdıq. Azərbaycan bayrağını təşkilatmızın binasının üzərindən yığışdıran və orada veteranımıza qarşı əl-qol atan Maştağa qəsəbəsinin nümayəndəsi və ona bu bayraqları yığışdırmağa göstəriş vermiş Sabunçu rayon İH-nin başçısı Adil Vəliyevdən bəhs etmişdik. İndi isə Buzovna — Maştağa qəsəbəsi istiqamətinə avtomaşınla gedərkən yolun hər iki tərəfində Azərbaycan və Türk bayraqlarının dalğalanmasını görürük. Görən Adil Vəliyevi, nə və kimlər məcbur edib ki, Azərbaycan bayrağını qeyri hökumət təşkilatının binasının üzərindən götürsün? Axı, «Bayraq Haqqında» Azərbaycan Respublikası Qanununu 5-ci maddəsində göstərilir ki, qeyri hökumət təşkilatlarının binasının, hətta şəxsi evlərin üzərindən belə Azərbaycan Respublikasının üç rəngli bayrağı dalğalana bilər.

Bayraqların uca binaların və inzibati binaların üzərindən götürülməsi faktları həmişə olmuşdur. Bunları törədənlər isə türk dünyasına düşmən olan PKK-çılar və PKK təəssübkeşləri olmuşlar. Baxın Türkiyə Respubliksınının Diyarbəkir və Şanlı Urfa şəhərlərində Türk bayraqlarını yerə salanlar kimlərdi? Onların hamısı barəsində cinayət işi qaldırılaraq məsuliyyətə cəlb edilmişlər. Lakin, çox təəssüf ediləsi haldır ki, biz, bu barədə Respublikamızda aidiyyatı orqanlara müraciət etsək də hələlik bir cavab verən olmayıb.

Azərbaycan Respublikasının Sumqayıt şəhərində də Türkiyə bayrağının endirilməsini eşitmişik. Mənə elə gəlir ki, hər iki şəhərin Sabunçu və Sumqayıt şəhərlərinin İcra hakimiyyətinin başçılarının kimlikləri və kimlər tərəfindən himayə edilmələri müəyyənləşdirilməli və bayraqları olduqları yerdən yerə salan şəxslər barəsində qanuni ölçü götürlməlidir.

Bu şəxslər və bunların havadarları unutmamalıdırlar ki, bayraq müharibə veteranları üçün ən dəyərli rəmzdir. Hər bir Qarabağ veteranı həmin bayrağa görə öz həyatını qurban verməyə hazırdır. Bizim tək diz çökdüyümüz məqandı, Bayraq. Biz veteranlar öz qanımız bahasına bayrağımızı qorumuşuq. İndi isə kimlərsə bizdən bu bayraqlarmızı alırsa, onlar biz veteranların və Azərbaycan xalqının düşmənidir. Byaraq haqqında deyilmiş bu misralar biz veteranlar üçün deyilmişdir, yoxsa ki, öz uşaqlarını xarici ölkələrdə gizlədənlər üçün yox.

«Bayraqları bayraq yapan, üstündəki qandır,

Torpaq, uğrunda ölən varsa, vətəndir!»

Bu xəbəri paylaşın: