Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) «Orduya dəstək» Qərargahından verilən məlumata görə, Vətən müharibəsi başladığı gündən etibarən, ordumuza maddi və mənəvi dəstəyini həftə ərzində davam etdirilir.
AVMVİB-nin bütün rayon şöbələri bu işə cəlb edilib. Heç bir təklif, əmr gözləmədən öz vicdanlarının səsiylə Ordumuzun, şəhid ailələrinin yanında olmağa çalışır və cəbhədə döyüşmək üçün məqam gözləyirlər.
Bu gün hər bir müharibə veteranın arzusu, «Əlvida» dedikləri silaha sarılaraq əsgərlərimizin yanında olmaqdır. Şəhid qardaşlarımızın qisasını mənfur düşməndən almaq və torpaqlarımızı bu murdarlardan təmizləməkdir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən yaşa görə qeydə alınmayan müharibə veteranları cəbhəyə könüllü getmək üçün Qərargahda qeydiyyatdan keçirlər. AVMVİB rayon şöbələri Vətən müharibəsi aparan döyüşçülərimizə hər cür yardımçı olmağa hazırdırlar. Artıq 5 tabur Ali Baş Komandanın əmriylə cəbhəyə getməyə hazırdır və proses davam edir. AVMVİB üzvləri Ali Baş Komandan cənab İlham Əliyevin verəcəyi əmrə hazır olduqlarını bəyan etdi.
Könüllülərdən ibarət taburlar əmrə hazırdır və könüllülərin müraciətləri davam etəkdədir. AVMVİB «Orduya dəstək» Qərargahı xalqımızı Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməyə, Müdafiə Nazirliyinin verdiyi bütün təlimatlara əməl etməyə və rəsmi olmayan məlumatlara inanmamağa çağırır.
Hamımız Ali Baş Komandanımızın əsgərləriyik!
Qarabağ Azərbaycandır!
AVMVİB Mətbuat Xidməti
Əlaqə telefonları: +994503401148; +994513146060
Hazırladı: Polkovnik İlham Rüstəmov








