Azərbaycan Silahlı Qüvvələrinin zərbələri qarşısında ağır məğlubiyyətə uğrayan qondarma Dağlıq Qarabağ respublikası yeni qanun qəbul edib.
Qondarma rejim yeni qanunla “professional ordu” qurmaq üçün pul qarşılığında əsgər və terrorçuları Dağlıq Qarabağa cəlb etmək istəyir.
Yeni dəyişiklik qondarma respublikanın prezidenti Araik Arutyunyan tərəfindən təsdiqlənib. Qanun muzdlu əsgərlərə işğal altındakı ərazilərdə Azərbaycana qarşı döyüşmək şərti qoyur.
Sən demə quldurbaşı öz ağalarına isə terror əleyhidarı kimi müraciət edibmiş. Rusiya Dövlət Dumasının MDB Komitəsi Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki terrorçu rejimin başçısı Araik Arutyunyanın təklifinə cavab verib. Komitədən verilən açıqlamada Arutyunyanın anti-terror mərkəzi yaratmaq təklifi rədd edilib.
“DQR”in Rusiya Federasiyası və İranla anti-terror mövzusunda bir mərkəz yaratmaq fikrinin mənası yoxdur. Bu, Moskvada başlayan dialoqu bitirə bilər”, — açıqlamada bildirilib.
