CƏBHƏ GÜNDƏLİYİ — 14. 10.2020-Cİ İL

*** VAR OL, KOMANDAN! TARİX YAZAN ALİ BAŞ KOMANDANIMIZA VƏ ORDUMUZA EŞQ OLSUN!***

***İlham Əliyev Qarabağ ermənilərinə müraciət edib

 Azərbaycan Prezidenti “Haber Türk”ə müsahibəsi zamanı deyib:

«Orada yaşayan ermənilərlə əlaqədar bizim mövqeyimizdə dəyişiklik yoxdur. Azərbaycan çoxmillətli dövlətdir. Azərbaycanın müxtəlif yerlərində, ilk növbədə Bakı şəhərində minlərlə erməni yaşayır və onlar bizim vətəndaşımızdır. Bizim ölkəmizdə bir çox millətlər yaşayır və bu bizim ölkəmizin gücünü artırır. Ona görə Dağlıq Qarabağda yaşayan ermənilər narahat olmasınlar. Onların canını biz o kriminal xunta rejimindən xilas edəndən sonra onlar daha yaxşı yaşayacaq, daha təhlükəsiz şəraitdə yaşayacaq və onların rifahı artacaq, çünki orada indi səfalət hökm sürür. Biz ora sərmayə də qoyacağıq, biz orada sosial proqramları da icra edərik, iş yerlərinin yaradılması ilə əlaqədar proqramlarımız olacaq. Bütün bunlar orada yaşayan ermənilər və ora qayıdacaq azərbaycanlılar üçün yeni bir mərhələ olacaq”, — ölkə başçısı bildirib.»

***Prezident İlham Əliyev bir neçə kəndin azad olunmasını elan edib

Bu barədə tvitterdə məlumat yayıb: 

“Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

***Peskovdan AÇIQLAMA: Rus hərbçilər Ermənistana göndərildi 

Rusiya hərbçiləri oktyabrın 14-də Ermənistandakı hərbi obyektlərdən birinin məhv edilməsi barədə çıxan məlumatları yoxlayır. Rusiya mətbuatı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Kremlin sözçüsü qeyd edib ki, Rusiya hərbi idarələri bu məlumatları yoxlayır və Ermənistan və Azərbaycandakı həmkarlarla daim əlaqə saxlanılır.

***Hikmət Hacıyev həll prosesindən danışdı

«Azərbaycan öz ərazilərini işğaldan azad edir”. Bunu Azərbaycan Prezidentinin köməkçisi — Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərlərinin iştirakı ilə keçirilən brifinqdə deyib.

«Bildiyiniz kimi, münaqişənin həlli prinsipləri müəyyən edilib. Münaqişənin həlli prosesinə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməsi ilə başlana bilər», — o, əlavə edib.

***General Polad Həşimovun qatili məhv edildi

Azərbaycan Ordusunun generalı Polad Həşimovu qətlə yetirən erməni hərbçi Ruben Sanamyan məhv edilib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Şuşan Stepanyan faktı təkzib edib və onun xidmət yerində olduğunu yazıb. Amma ölü, yoxsa diri olduğunu yazmayıb.

***Rusiya mətbuatı: Ermənistan Dağlıq Qarabağdakı müharibəyə muzdluları cəlb edir

Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağdakı hərbi qarşıdurmada iştirak edən yaraqlılar erməni kökənlidir, lakin onlar ABŞ, Fransa və hətta Rusiya vətəndaşlığına sahibdirlər.

Bu barədə ura.ru xəbər agentliyi yazır.

Muzdluların hərbi əməliyyatlara cəlb edilməsində mühüm rolu diaspor təşkilatları və ictimai birlik adı altında fəaliyyət göstərən strukturlar oynayır. Onlar erməni mənşəli əcnəbi ölkə vətəndaşlarını “könüllüləri” adı altında hərbi əməliyyatlara cəlb edirlər.

Lakin Rusiya pasportları ilə döyüşlərdə iştirak edənlər geri qayıtdıqda qanunsuz silahlı qruplaşmaların tərkibində hərbi əməliyyatlarda iştiraka görə cinayət məsuliyyətinə cəlb ediləcəklər.

***Rusiyalı jurnalist Xankəndinin boşaldığını yazdı

SONY DSC

Rusiyanın “Mash” “Telegram” kanalının jurnalisti Xankəndidə olub, şəhərdəki son vəziyyət barədə reportaj hazırlayıb.

Rus jurnalist Xankəndinin mərkəzi stadionunda baş çəkib, lakin orada məsul şəxslərdən kimsənin qalmadığının şahidi olub.

Reportyor şəhərdə fəaliyyət göstərən mobil şəbəkənin tamamilə sıradan çıxdığını, işıqforların belə işləmədiyini vurğulayıb.

***Xocalı soyqırımı qatillərindən olan terrorçu məhv edildi

Ermənistan silahlı qüvvələrinin tərkibində Azərbaycana qarşı hərbi təcavüzdə iştirak edən erməni terrorçu Aleksandr Arutyunyan məhv edilib.

A.Arutyunyan 1992-ci ildə Xocalı soyqırımının törədilməsi, azərbaycanlı sakinlərin mülkiyyətinin talan edilməsi, hərbi əsirlərə işgəncələrin verilməsi, həmçinin mülki şəxslərin girov götürülməsi, işgəncələrə məruz qoyulması və öldürülməsi kimi çoxsaylı hərbi cinayətlərin törədilməsində iştirak edib. O, separatçı rejim tərəfindən dinc azərbaycanlıları qətlə yetirdiyinə görə “Döyüş xaçı” ilə “təltif edilib”.

Aprel döyüşlərində də iştirak edən “Saşik” ləqəbli terrorçu separatçıların başçısı Araik Arutyunyanın yaxın dostu olub. Onun ASALA terror təşkilatının üzvü olduğu bildirilir. Terrorçu düşmən ordusu tərəfindən Hardrut qəsəbəsinə edilən hücum zamanı Azərbaycan hərbçiləri tərəfindən tələyə salınaraq məhv edilib.

***Hikmət Hacıyev: «Xeyli dinc sakinin həyatı xilas edildi»

«Ermənistan tərəfindən növbəti dəfə qəsdən planlaşdırılan və məqsədyönlü insan fəlakətinin qarşısı alındı».

Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi — Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev «Twitter»dəki hesabında yazıb.

«Ermənistanın atışa hazır olan ballistik raketi Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunun sərhəd zonasında start mövqeyində məhv edilib. Xeyli dinc sakinin həyatı xilas olunub», — deyə Azərbaycan Prezidentinin köməkçisi əlavə edib.

***Azərbaycan Ordusu oktyabrın 13-dən 14-ə keçən gecə düşmənin bir neçə texnikasını məhv edib 

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin 5 ədəd T-72 tankı, 3 ədəd BM-21 «Qrad” YARS, 1 ədəd «Osa-AKM” ZRK, 1 ədəd PDM-2, 1 ədəd KS-19 zenit topu, 2 ədəd D-30 haubitsa topu, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

***Səfirlik: İranın Azərbaycana dəstəyi davam edəcəkİran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi açıqlama yayıb. 

Səfirliyin Mətbuat şöbəsindən verilən açıqlamada deyilir ki, İranın Azərbaycan mövqelərini top atəşinə tutması, İranın Kaşan şəhərindən bir təyyarənin Qarabağa uçması və İranın Ermənistana hərbi yardım göstərməsi barədə xəbərlər qətiyyən doğru deyil və tamamilə əsassızdır.

P.S. Düşmən tərəf cidi-cəhdlə İranla Azərbaycanın arasını vurmağa çalışır. Unutmaq olmaz ki, bu ölkədə 40 milyon soydaşımız yaşayır.

***ABŞ-dan TAP kəmərinə DƏSTƏK gəldi

Azərbaycan təbii qazının Avropaya nəql edilməsini nəzərdə tutan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) dörd il yarımdan çox davam edən tikintisinin başa çatmasını ABŞ dəstəkləyib. ABŞ-ın Dövlət Departamentinin Enerji resursları bürosu rəsmi “Twitter” səhifəsində bu barədə paylaşım edib.

Bildirilib ki, TAP boru kəməri Türkiyə-Yunanıstan sərhədindən cənubi İtaliyadakı qəbul məntəqəsinədək təbii qazla doldurulub.

***Şoyqu Zakir Həsənov və David Tonoyana zəng etdi

Azərbaycan, Rusiya və Ermənistanın müdafiə nazirləri Zakir Həsənov, Sergey Şoyqu və David Tonoyan arasında telefon danışığı olub. Bu barədə Rusiya MN-nin mətbuat xidməti məlumat yayıb. RF hərbi qurumunun rəhbəri tərəfləri Moskvada əldə etdikləri öhdəliklərin tam yerinə yetirilməsinə səsləyib.

***Алиев предупредил о последствиях признания независимости Нагорного Карабаха

Азербайджан незамедлительно разорвет дипломатические отношения с любой страной, признавшей независимость Нагорного Карабаха. Об этом заявил президент страны Ильхам Алиев в интервью турецкому телеканалу Haberturk. 
Территориальная целостность Азербайджана признана всем миром. (…) Я не верю, что какая-либо страна признает независимость Нагорного Карабах потому что не пройдет и часа, как мы прервем все дипломатические связи с этой страной. Это обязательно
— заявил он.

***Türk Qızıl Aypara Cəmiyyəti Bakıda coşquyla qarşılandı

Türkiyənin ən böyük humanitar təşkilatı olan Qızıl Aypara Cəmiyyətinin avtomobilləri bu gün səhər saatlarında Bakı ərazisinə daxil olub. Yolboyu onları digər avtomobillərin sürücüləri siqnal səsləri ilə salamlayıblar. 

Qeyd edək ki, Türkiyənin Qızıl Aypara Cəmiyyəti tərəfindən bir neçə gün əvvəl də Azərbaycana bir neçə TIR yardım göndərilib.

QARABAĞ AZƏRBAYCANDIR!

Fedai.az Araşdırma Qrupu (Yerli və xarici KİV-lərin məlumatları əsasında hazırlanıb)

Növbətçi: Nurlan Məmmədli, Elnur Səlim

Bu xəbəri paylaşın: