CƏBHƏ GÜNDƏLİYİ — 15. 10.2020-Cİ İL

*** VAR OL, KOMANDAN! TARİX YAZAN ALİ BAŞ KOMANDANIMIZA VƏ ORDUMUZA EŞQ OLSUN!***

***Ordumuz yeni əraziləri AZAD ETDİ

Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!

Bunu Prezident İlham Əliyev özünün Tvitter hesabında yazıb.

***Prezident: «Füzuli rayonundan çox yaxşı xəbərlər gələcək”

“Füzuli rayonunun bir sıra kəndlərini biz işğalçılardan azad etdik”.

Bunu NTV televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.

“Əminəm ki, yaxın zamanlarda Füzuli rayonundan da çox yaxşı xəbərlər gələcək”, — deyə Prezident İlham Əliyev bildirib.

***İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibə verib.

Bu haqda Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***Qarabağda erməni generalı məhv edilib

Azərbaycan ordusunun Dağlıq Qarabağdakı bölmələrinin uğurlu fəaliyyətləri nəticəsində Ermənistan qoşunları ciddi itki verib və cəbhənin müxtəlif istiqamətlərində geri çəkilmək məcburiyyətində qalıblar.

Armiya.az-ın verdiyi məlumata görə, erməni general-mayor Artak Tonoyan dünən gecə Qarabağda məhv edilib. A.Tonoyan əvvəllər Ermənistan silahlı qüvvələrinin briqadasına rəhbərlik edib. O, oktyabrın 13-də Ermənistan Müdafiə Nazirliyi tərəfindən Qarabağa, cəbhəyə göndərilib və orada Azərbaycan ordusu tərəfindən məhv edilib.

***Ermənistanın baş naziri Nikol Paşinyan sosial media hesabında paylaşım edib

Beli bükmüş formada çəkilən fotosunu paylaşıb.

Qeyd bölməsinə isə Azərbaycan Silahlı Qüvvələri ilə döyüşdə məhv edilmiş əsgərlərə görə üzr istəyib. Əlavə edib ki, “ölkəsi üçün” canını verən “şəhidlər”in yasını saxlayır.

Dağlıq Qarabağın müstəqil respublika olduğunu, Ermənistanın isə ona sadəcə dəstək verdiyini iddia edən Ermənistanın baş naziri N.Paşinyanın münaqişədə öldürülmüş əsgərlərin “ölkəsi” üçün döyüşdüyünü qeyd etməsi diqqətlərdən qaçmayıb.

***Ermənilər indi də İrana RAKET ATDILAR: Yaralı var

Bu gün erməni silahlılarının atdığı raket Güney Azərbaycanın Qulubəyli kəndinə düşüb.

Fedai.az Teleqraf.com-a istinadla xəbər verir ki, nəticədə yaşlı kişi xəsarət alıb.

Ərazidə xilasetmə işləri aparılır.

***DTX erməni terroru barədə xəbərdarlıq edib


Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) daxil olmuş məlumatlara əsasən, Ermənistan xüsusi xidmət orqanları cəbhədə öz ordularının silsilə məğlubiyyətlərini ört-basdır etmək məqsədilə Azərbaycan Respublikasının böyük şəhərlərində insanların sıx cəmləşdiyi yerlərdə, ictimai nəqliyyatda terror-təxribat və digər pozuculuq aktlarını həyata keçirmək, bununla da keçən əsrin 80-ci illərin sonu və 90-cı illərdə Bakıda və ölkəmizin başqa yerlərində dinc əhaliyə qarşı törətdikləri mənfur və insanlığa sığmayan qanlı terror əməllərini təkrarlamaq niyyətindədirlər.

Bu barədə DTX-nın İctimai əlaqələr şöbəsindən məlumat verilib. 


“Hal-hazırda Ermənistan silahlı qüvvələrinin və xüsusi xidmət orqanlarının tərkibində Yaxın Şərq ölkələrindən gətirilmiş terrorçular xidmət edir. Vətəndaşları gündəlik həyat və iş ahəngini pozmadan və təşvişə qapılmadan ayıq-sayıq olmağa çağırır, yaşadıqları ərazilərdə şübhəli şəxslər, hərəkət və əşyalar barədə məlumatları (012) 4059999 nömrəli telefonla Dövlət Təhlükəsizliyi Xidmətinə, eləcə də yerli polis və digər hüquq mühafizə orqanlarına bildirmələri xahiş olunur. Eyni zamanda son dövrlərdə erməni terror təşkilatı olan ASALA-nın fəallaşdığını nəzərə alaraq, xarici ölkələrdəki Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və diplomatik heyəti, diaspora təmsilçilərini və ölkəmizə aid şirkətlər və onların əməkdaşlarını ayıq-sayıq olmağa və şübhəli hallar müşahidə edildikdə yerləşdikləri ölkələrin hüquq mühafizə orqanlarına müraciət etməyi tövsiyə edirik”, — deyə məlumatda qeyd olunub.


***Düşmənin sıradan çıxarılan texnikası

Oktyabrın 14-dən 15-ə keçən gecə Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd “Tor-M2KM” zenit raket kompleksi, 4 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-20, 1 ədəd D-30 və 2 ədəd D-1 haubitsa topu, bir neçə PUA-sı və avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

***Erməni leşləri ərazidə qalıb

Azərbaycan ordusunun işğal altında olan ərazilərin azad edilməsi istiqamətində apardığı hərbi əməliyyatlar uğurla davam edir. 

Milli ordumuzun işğalçı Ermənistan hərbçilərinə qarşı əməliyyatları zamanı düşmən tərəfdən xeyli sayda əsgər zərərsizləşdirilib. Sosial şəbəkədə yayılan görüntülər də erməni tərəfinin böyük itkilər verməsini ortaya qoyub.

Son görüntülərdə yerə səpələnmiş erməni əsgərlərinin meyitləri onu deməyə əsas verir ki, ordumuz işğal altında olan topraqların azad edilməsində əhəmiyyətli dərəcədə irəliləyib. Düşmən tərəfinin isə ümumilikdə cəbhə boyu gedən döyüşlərdə minlərlə hərbçisini itirməsi öz təsdiqini tapır. 

***Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov yerli mediaya geniş müsahibə verib

Müsahibə canlı yayımlanıb. “Russia Today” və “Rossiya Seqodnya” agentliyinin baş redaktoru Marqarita Simonyan, “Komsomolskaya Pravda“ qəzetinin baş redaktoru Vladimir Sunqorkin və “Danışır Moskva” radiostansiyasının baş redaktoru Roman Babayan iştirak edib.

Bu da diqqətçəkən bir faktdır ki, müsahibədə iştirak edən 3 rusiyalı jurnalistdən ikisi milliyyətcə ermənidir.

***Prezident İlham Əliyev: “Azərbaycan heç bir halda Dağlıq Qarabağın müstəqilliyinə razı olmayacaq”

“Azərbaycan üçün “qırmızı xətt” Dağlıq Qarabağın müstəqilliyinin tanınmasıdır, heç bir halda Azərbaycanın ərazi bütövlüyü pozula bilməz”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “RİA Novosti”yə müsahibəsində belə deyib. “Qırmızı xətlər”ə gəlincə, bunu çox açıq şəkildə bildirdik və Minsk Qrupunun həmsədrləri bunu yaxşı bilirlər: heç bir halda Azərbaycanın ərazi bütövlüyü pozula bilməz, heç bir halda Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razı olmayacaq”, -deyə Azərbaycan Respublikasının Prezidenti vurğulayıb.

***TÜRKPA-nın Baş katibi Ermənistanın təxribatlarını KƏSKİN QINADI

Ermənistan silahlı qüvvələrinin təxribatları, işğalçı ölkənin Azərbaycanın Gəncə və digər şəhər və rayonlarını ağır artilleriya və raket atəşinə tutması, mülki əhalini və mülki obyektləri hədəfə alması ilə bağlı Azərbaycan Respublikası Milli Məclisi tərəfindən beynəlxalq təşkilatlara və milli parlamentlərə ünvanlanan müraciətlərə cavab olaraq, TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupovun göndərdiyi rəsmi məktubda Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı təxribatları, yaşayış məntəqələrini atəşə tutması və hərbi güc tətbiq etməsi bir daha kəskin şəkildə qınanıb.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Baş katib bu hücum nəticəsində dinc vətəndaşların itkisi ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib və xəsarət alanların tezliklə sağalmasını diləyib.

***Paşinyan oğlunu Qarabağdan qaçırdı

Aşot Paşinyan da son günlərdə Ermənistanın müxtəlif telekanallarının «gənc ulduz»una çevrilmişdi.

O, gah əlində avtomat səngərdə o yan bu yana qaçır, gah mazğalın qarşısında durub binoklla «azərbaycanlıların mövqelərinə baxır», gah da «Ermənistan ordusunun şücaət»indən, «erməni könüllülərin qəhrəmanlığı»ndan bəhs edirdi. Ermənistan vətəndaşlarının çoxu bu görüntülərin propaqanda olduğunu düşünsələr də, İrəvanın təbliğat maşını «kiçik Paşinyan»ı qəhrəman obrazının daxilinə yerləşdirməyə can atırdı.

Lakin indi o mexanizm işləklik əmsalını aşağı salıb. Səbəb çox sadədir: Qarabağda döyüşlərin Ermənistan üçün çox təhlükəli, hətta fəlakətli vəziyyət almasından dolayı, Aşot Nikoloviç Paşinyan dünən günorta saatlarında Dağlıq Qarabağdan çıxarılıb. O, hazırda Meğri şəhərindəki otellərdən birindədir. Otel ciddi mühafizə olunur.

N.Paşinyanın göstərişinə əsasən, oğlu yalnız «xüsusi çəkilişlər» üçün Qarabağa aparılacaq, çəkiliş başa çatan kimi geri qaytarılacaq.

***Ermənistanda daha bir qalmaqallı vəziyyət yaranıb.

Ölkənin Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı qüvvələri Dağlıq Qarabağa cəbhə bölgəsinə yollanmaqdan imtina edib. Nəticədə yüzlərlə şəxsə cinayət işi açılıb, həbs olunanlar, işgəncəyə məruz qalanlar olub.

Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət Xidmətin rəhbəri, vəzifədə 4 ay işləmiş 29 yaşlı Argişti Kərəmyanı vəzifədən azad edib. Döyüş əməliyyatları başlayandan Ermənistanın ordu sıralarında 3 minədək fərari aşkar edilib.

Cəbhə bölgəsində ard-arda itkilər verən Ermənistan artıq döyüşlərə birinci Qarabağ müharibəsinin iştirakçıları olan «qocalar»ı cəlb edir. Elit qüvvələrin imtina etdiyi döyüşlərdə qoca əsgərlərin nə cür xeyir verə biləcəyi isə sual altındadır./trend

***Pakistan XİN: “Qarabağda cərəyan edən hadisələri yaxından izləyirik”

Pakistan Azərbaycanın Gəncə şəhərinin və digər mülki yaşayış mərkəzlərinin atəşə tutulması ilə bağlı son xəbərlərdən olduqca narahatdır və Ermənistanı bu əməllərdən çəkinməyə çağırır.

Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, Pakistan Dağlıq Qarabağ bölgəsində cərəyan edən hadisələri yaxından izləyir.

***Özbəkistandan Azərbaycana Qarabağ dəstəyi — Rəsmi

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Özbəkistan Azərbaycanın mövqeyini dəstəkləyir.

Bunu Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bəhram Əşrafxanov Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə deyib.

***Mülki əhali arasında təbliğat-təşviqat işləri davam edir


Əks-hücum əməliyyatları zamanı mənəvi-psixoloji təminat tədbirləri çərçivəsində keçirilən təbliğat-təşviqat işi davam edir.

Ali Baş Komandanın müraciətləri, həmçinin işğaldan azad olunmuş kəndlər haqqında məlumatlar operativ şəkildə çap olunmuş bülletenlər və səyyar radioqovşaq vasitəsilə mülki sakinlərə çatdırılır.

Keçirilən tədbirlər cəbhəboyu zonada yaşayan dinc sakinlər tərəfindən ruh yüksəkliyi ilə qarşılanır.

***Müdafiə Nazirliyi açıqlama yaydı


Ermənistanın işğal etdiyi Qırmızı Bazar yaşayış məntəqəsinin guya Azərbaycan Ordusu tərəfindən «Smerç» YARS vasitəsilə atəşə tutulması və mülki əhaliyə xəsarət yetirilməsi barədə yayılan xəbərin heç bir əsası yoxdur və yalandır. 


«Bir daha bildiririk ki, humanitar atəşkəs rejiminə tam əməl edən Azərbaycan Ordusu yalnız zərurət yarandıqda qarşı tərəfi susdurmaq məqsədilə legitim hərbi obyektlərə atəş zərbəsi endirmək hüququnu özündə saxlayır», — deyə məlumatda qeyd olunub.


***Ermənistanın hərbi hissə komandiri məhv edildi 

Ermənistan silahlı qüvvələrinin polkovniki Vahan Asatryan məhv edilib.

Bu barədə ölkənin baş naziri Nikol Paşinyan Facebook hesabında yazıb.

Qeyd olunub ki, o həmçinin hərbi hissə komandiri də olub.

QARABAĞ AZƏRBAYCANDIR!

Fedai.az Araşdırma Qrupu (Yerli və xarici KİV-lərin məlumatları əsasında hazırlanıb)

Növbətçi: Nurlan Məmmədli, Elnur Səlim

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •