PKK Qarabağda bir qələt edə bilmədiyinə görə ermənilər indi də peşmərgənin dalına düşüblər

Bu gün təcavüzkar Ermənistan işğal altında olan Azərbaycan torpaqlarında—Dağlıq Qarabağda PKK və ASALA terror təşkilatlarının silahlı üzvlərinin Birinci Qarabağ savaşında döyüşməsi ilə bağlı kiafayət qədər faktlar var. Bu gün də hazırda Qarabağda gedən döyüşlərdə işğalçı ölkə bu terror təşkilatları, xüsusilə də PKK-çıları bölgəyə cəmləşdirməsi davam edir.

Bu gün sosial mediada yayılan informasiya və paylaşımlarda da Dağlıq Qarabağda PKK mənzərələrini görmək olar. Demoqrafik baxımdan tükənən və monoetnik olan Ermənistan daim hüquqlarını pozduğu yezidi kürdlərə və eləcə də xaricdən PKK terrorçularına ümid bəsləyir, onlardan dəstələr yaradaraq cəbhəyə göndərir. Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının başlamasından sonra Ermənistanda yaşayan yezidi kürdlərinin icmasının könüllülərindən ibarət dəstə yaradılıb. Erməni mediasının yaydığı məlumata görə, kürd əsilli deputat Rüstəm Bakoyan açıqlamasında dəstənin Aknaliç kəndində onlara məxsus məbəddə formalaşdırıldığını açıqlamışdı.

Dağlıq qarabağda separatçı rejim rəhbəri Araik Harutyunyan döyüşçülərlə görüşlərinin birində kürdlərdən ibarət dəstə ilə görüşdüyünü etiraf etmişdi. Bu gün isə Ermənistan parlamentinin «Mənim addımım” partiyasının kürd əsilli deputatı Rüstəm Bakoyan öz feysbuk səhifəsində Qarabağda döyüşən kürd əsilli silahlıların şəklini paylaşıb. Şəkildə qadın silahlıya ünvanlanan statusda deputat onun tezliklə sağalmasını arzu edib. «Tez sağal, yezidi qadını.”

Paylaşıma rəy yazanlardan biri yaralanmış qadının Dilbər Hasmik Xudoyan olduğunu bildirərək, onun feysbuk hesabını paylaşıb. Zaman-zaman beynəlxalq mediada, eləcə də Türkiyə mediasında işğal altında olan Azərbaycan ərazilərində PKK-nin düşərgələr quraraq təlim keçməsi və bunun tək Azərbaycana deyil, eyni zamanda regionun təhlükəsizliyi üçün təhdid olması gündəmə gətirilib. Qarabağda hərbi əməliyyatların gedişində DTX-nin işğalçı ölkə olan Ermənistanın Suriya və İraq kimi ölkələrdən cəlb etdiyi muzdlu silahlıların Qarabağda döyüşdüyünü sübut edən səs yazısını ictimaiyyətə təqdim etməsi də Azərbaycanın işğal altında olan ərazilərində PKK izinin olmasına daha bir sübut hesab etmək olar. Hazırda sosial mediada Qarabağda cəbhə bölgəsindən paylaşılan bir sıra fotolar da PKK izinə doğru aparır.

Bu informasiyanı anews.az yayınlayıb. Ən son olaraq əldə etdiyimiz məlumata görə, Suriya ermənisi, Belçikadakı erməni diasporunun liderlərindən olan Peter Petrosyan Ərbildəki Peşmərgə rəhbərliyi ilə görüşlər keçirib.

Türkiyə mediası xəbər verir ki, Petrosyan İraq Kürd Muxtariyyətinin Peşmərgə qüvvələrinin Qərbi Dəclə regionunun komandiri Zaim Əli ilə görüşüb.

Məlumata görə, Petrosyan görüş zamanı Zaim Əlidən Qarabağda döyüşmək üçün silah və muzdlu hərbçi istəyib.

Rusiyanın satılmış mediası və siyasi dəllalları bizdən soruşduqları sualların cavabını Solovyev və Zatulin kimi insanlıq düşmənlərindən ala bilərlər. Yoxsa çaqqal sürüsünü toplayıb ulamaq siyasət deyil, ermənilikdir.

AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •