CƏBHƏ GÜNDƏLİYİ — 16. 10.2020-Cİ İL

*** VAR OL, KOMANDAN! TARİX YAZAN ALİ BAŞ KOMANDANIMIZA VƏ ORDUMUZA EŞQ OLSUN!***

***Prezident yeni tvit PAYLAŞDI

«Mənim əsas amalım Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğum bütün illər ərzində verdiyim vədləri yerinə yetirmək və ölkəni inkişaf yolu ilə aparmaq, onun ərazi bütövlüyünü təmin etməkdir.»

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev «Twitter» hesabında yazıb.

***İlham Əliyev “A Haber” kanalına müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibə verib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***Mənim əsas amalım ərazi bütövlüyümüzü təmin etməkdir-Prezident

Mənim əsas amalım Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğum bütün illər ərzində verdiyim vədləri yerinə yetirmək və ölkəni inkişaf yolu ilə aparmaq, onun ərazi bütövlüyünü təmin etməkdir.”

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Twitter” hesabında yazıb.

***Qarabağ quldurlarının «baş prokuroru» Karen Qriqoryan məhv edilib.

Bununla bağlı Ermənistanın baş prokurorunun müşaviri Qor Abramyan məlumat yayıb.

***KTMT Paşinyanı xilas etməkdən İMTİNA ETDİ

Dağlıq Qarabağda vəziyyətin tənzimlənməsi prosesinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) sülhməramlılarının qoşulması məsələsi gündəmdə deyil.

Bunu KTMT-nin baş katibi Stanislav Zas deyib. O bəyan edib ki, bu məsələnin həllində bilavasitə Ermənistanla Azərbaycan və ATƏT-in Minsk qrupunun ölkələri iştirak edir.

***Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Dövlət Katibi Mayk Pompeonun açıqlamasına etiraz edib

XİN-in Mətbuat xidməti idarəsinin açıqlamasında bildirilir ki, Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Mayk Pompeo bu ilin 15 oktyabr tarixində “WSB Atlanta” televiziya kanalında Erik Erikson Şou verilişində səsləndirdiyi fikirlər sırasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunub.

“Azərbaycan tərəfi hesab edir ki, ABŞ Dövlət Katibinin fikirləri ABŞ Hökuməti tərəfindən münaqişə ilə bağlı bundan öncə edilmiş çoxsaylı rəsmi bəyanatlara uyğun deyil. Bu fikirlər, həmçinin ABŞ-ın ATƏT-in Minsk Qrupunun həm-sədr ölkələrindən biri kimi statusuna uyğun gəlmir”, — deyə açıqlamada bildirilir.

***AVMVİB Ali Baş Komandana müraciət ünvanlayıb

Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev!

Sizin qətiyyətli mövqeyinizi dəstəkləyirik və hər bir Azərbaycan vətəndaşını uşaqdan-böyüyə kimi Ali Baş Komandanımızın, Silahlı Qüvvələrimizin ətrafında daha sıx birləşməyə çağırırıq. 

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyininin (AVMVİB) üzvləri və rəhbərliyi Komandanımızın döyüş əmrinə həmişə müntəzir olduğumuzu bir daha bildirir və bu gün canlı qüvvə tapmayan düşmənə «Bir ölər, min dirilərik!»-deyə bəyan edirik.


Hamımız əsgərik, Komandanımız isə cənab İlham Əliyevdir!


Qarabağ Azərbaycandır!

***Prezidentin köməkçisindən Paşinyana cavab

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Baş naziri Nikol Paşinyanın sosial şəbəkədə təxribat xarakterli paylaşımına reaksiya verib. Bu barədə H.Hacıyev “Twitter” hesabında yazıb.

Prezidentin köməkçisi Ermənistanın Baş naziri Nikol Paşinyanın ermənilərin Avropanın bir sıra ölkələrində təşkil etdiyi qanunsuz aksiyalarla bağlı paylaşımına cavab olaraq bildirib: “Ermənistan hökumətinin təşəbbüsü ilə Avropa şəhərlərindəki erməni lobbi qrupları magistral yolların işini pozur, insanlar üçün çətinliklər yaradır, iqtisadiyyata zərər vurur və COVİD-19-u yayırlar. Bu cür təxribatlara əl atmaq əvəzinə, Ermənistan Azərbaycan torpaqlarının işğalına son qoymalıdır”.

***Ermənistan hər kəsə yalvarır

Ermənistan humanitar atəşkəsin şərtlərinə əməl etməyə və hərbi əməliyyatlara son qoymağa hazırdır.

“İrəvan beynəlxalq ictimaiyyətdən, xüsusən də ATƏT-in Minsk Qrupundan Azərbaycana atəşkəslə bağlı çağırış etmələrini xahiş edir”, — bəyanatda deyilir.

***Erməni ordusu «it kimi» qaçıb dinc əhalini atəşə tuturlar

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 47 nəfər həlak olub, 222 nəfər isə xəsarət alıb. Həmçinin Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 1669 ev, 84 çoxmənzilli yaşayış binası və 301 mülki obyekt yararsız vəziyyətə düşüb.

***İrəvanın mərkəzində «Kentron» adlandırılan ərazidəki yəhudilərin Holokost soyqırımı abidəsinə hücum olub

Erməni ekstremistləri abidəni qırmızı rəngə boyayıblar. Millətçilər təhqir etdikləri abidənin şəkillərini çəkərək sosial şəbəkələrdə paylaşıblar. Erməni radikallar paylaşımlarda yəhudiləri təhdid edərək «sizin də qanınız töküləcək» deyə yazıblar.

***“Uğurlu əməliyyatlar davam edir” — Polkovnik Elşad Əbilov

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin başçılığı altında zəfər yürüşü davam edir. APA-nın məlumatına görə, bunu polkovnik Elşad Əbilov işğaldan azad olunmuş ərazilərdə jurnalistlərə açıqlamasında deyib.

Polkovnik bildirib ki, Ermənistan Silahlı Qüvvələri azərbaycanlıların yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub, mülkü şəxslər arasında ölən və yaralananlar olub: “Azərbaycan ordusu buna cavab olaraq əks-hücum əməliyyatlarına başlayıb. Artıq bir neçə yaşayış məntəqəsi erməni işğalından azad olunub. Uğurlu əməliyyatlar davam edir. Azərbaycan ordusunda yüksək nizam-intizam və ruh yüksəkliyi var. Əsgər və zabitlərimiz torpaqları işğaldan azad etmək üçün canından, qanından keçməyə hazırdır. Bunu düşmən yaxşı bilir. Döyüşlər davam edir. Uğurlarımız var, bu belə də davam edəcək”.

***Düşmən indi də «ölülərlə döyüşür»

Erməni silahlı qüvvələri Ağdam rayonunu atəşə tutmağa davam edir.

Bu gün ermənilər Ağdam rayonunun Əhmədağalılar kənd qəbiristanlığını ağır artilleriya atəşinə tutub.

Hadisə nəticəsində qəbiristanlıqda onlarla qəbir dağıdılıb, qəbir daşları qırılıb.

***Qarabağda ölən erməni hərbçilərinin anaları ayağa qalxıb

Ermənistanın paytaxtı İrəvan şəhərində işğal edilən Dağlıq Qarabağda Azərbaycan Ordusuna qarşı döyüşlərdə öldürülən erməni hərbçilərinin anaları piket keçirib. Bu haqda məlumatı erməni mediası yayıb.

Mənbə bildirir ki, piket Rusiya Federasiyasının İrəvandakı səfirliyinin önündə baş tutub.

Etirazçılar dərhal barışıq əldə edilməsinin vacibliyini vurğulayıblar.

***Özü ayaqlarını, oğlu isə canını itirdi. Düşmən kimi gələnlərin ayaqları kəsilməlidir

Ermənistanın Çiçəklənən Ermənistan Partiyasının sabiq deputatı Rüstəm Qasparyan Qarabağda gedən döyüşlərdə ağır yaralanıb.

Report” xəbər verir ki, bu barədə məlumatı «News.am» yayıb. Məlumata görə, keçmiş deputatın oğlu isə Azərbaycan hərbçiləri tərəfindən məhv edilib.

Qeyd edək ki, R.Qasparyan birinci Qarabağ müharibəsi zaman azərbaycanlılara qarşı xüsusi qəddarlığı ilə seçilib və Xocalı soyqırımının iştirakçılarından biri olub.

Şanlı Ordumuz qisası qiyamətə saxlamadı.

***Ermənistan Ordubada raket atıb

Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən oktyabrın 15-də saat 10:44-də atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordunad rayonu ərazisində partlayıb.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Dinc sakinlərə və mülki obyektlərə zərər dəyməyib.***Fransalı ekspert: «Əks-hücum əməliyyatlarının günahkarı Ermənistandır»

“Bu gün Azərbaycanın Ermənistanın işğalı altındakı torpaqlarında həyata keçirdiyi əks-hücum əməliyyatlarının yeganə günahkarı Ermənistandır». Bunu “Report”un yerli bürosuna açıqlamasında Parisdə fəaliyyət göstərən Strateji Təhlil və Geosiyasi Tədqiqatlar Mərkəzinin sədri Naim Asas bildirib.

***»Sülhməramlıların yerləşdirilməsinin zamanı deyil, bu münaqişəni sonrakı nəsillərə ötürə bilmərik» — Hikmət Hacıyev

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İspaniyanın “El Mundo” qəzetinə müsahibə verib. Bu barədə “Twitter” hesabında paylaşım edib.

H.Hacıyev xarici jurnalistin ona verdiyi “Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ ərazisində hərbi vəziyyətə nəzarət etmələri üçün sülhməramlıların yerləşdirilməsi ilə bağlı təklifinə münasibətiniz necədir?” sualını cavablandırıb. “Azərbaycan hərbi əməliyyatları başqa ölkənin ərazisində deyil, öz suveren ərazisində aparır. Biz hesab edirik ki, hazırda bizim belə bir şeyə ehtiyacımız yoxdur. Lazım olan BMT Təhlükəsizlik Şurasının qətnamələri tərəfindən tanınan ərazilərimizin Ermənistan tərəfindən işğalına təsir etməkdir, hansı ki, biz bu işğaldan əziyyət çəkirik.

***Bosniya və Herseqovinanın XİN rəhbəri Azərbaycanın mövqeyini DƏSTƏKLƏDİ

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ilə Bosniya və Herseqovinanın Xarici İşlər naziri xanım Bisera Turkoviç arasında telefon danışığı baş tutub.Bosniya və Herseqovinanın Xarici İşlər naziri Bisera Turkoviç, azərbaycanlı mülki şəxslərin öldürülməsi ilə bağlı ciddi narahatlığını və dərin kədərini ifadə edib və bununla əlaqədar olaraq Azərbaycan xalqına başsağlığı verib. Xanım Turkoviç Bosniya və Herseqovinanın Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini vurğulayıb və münaqişənin Azərbaycanın ərazi bütövlüyü və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində həll edilməli olduğunu qeyd edib.

***İşğalçı Ermənistan ordusunun itirdikləri hərbçilər arasında futbolçu da var


Ötən gün Azərbaycan Ordusunun əks-hücum əməliyyatı zamanı məhv edilən erməni hərbçiləri arasında «Şirak” futbol komandasının futbolçusu Qriqoryan İşxan da var.

QARABAĞ AZƏRBAYCANDIR!

Fedai.az Araşdırma Qrupu (Yerli və xarici KİV-lərin məlumatları əsasında hazırlanıb)

Növbətçi: Nurlan Məmmədli, Elnur Səlim

Bu xəbəri paylaşın: