Ermənistana məxsus S-300 zenit-raket kompleksi belə məhv edildi — Video

Ermənistanın mövqelərində S-300 Zenit-Raket Kompleksinin (ZRK) məhv edilməsinin ilk videogörüntüləri yayılıb. Ermənistan Silahlı Qüvvələri həmin mövqedə yerləşən videomüşahidə kameraları vasitəsilə S-300 Zenit-Raket Kompleksinə (ZRK) zərbənin endirilmə anını və 19C6 ZRK-300 radiolokasiya stansiyasının məhv edilməsini qeydə ala biliblər. Təqdim olunan videogörüntülərə görə, endirilmi. zərbə tamamilə Azərbaycan hərbçilərinin nəzarət altında həyata keçirilib.

Təqdim olunan videokadrlarda S-300 Zenit-Raket Kompleksinin mövcudluğunun son saniyələrini görmək olar. S-300 Zenit-Raket Kompleksinə daxil olan 19J6 radiolokasiya stansiyası məhz hansı səbəblərdən PUA-nı görə bilməmişdir, bu məlum deyil. Halbuki bu stansiya zəruri avadanlıqlarla təchiz olunmuş aktiv və passiv müdaxilə şəraitində işləyirdi. Onun məhv edilməsi nəticəsində S-300-ün yerləşdiyi bütöv ərazi radarın olmaması üzündən yararsız vəziyyətə düşmüşdür. Hərbi qulluqçulardan birinin zərbədən bir neçə dəqiqə əvvəl qaçmağa çalışdığı da diqqət çəkib. /Avia.pro/

P.S. Bu qurğunu icad edən azərbaycanlıdırsa, bunu azərbaycanlıların məhv etməsi də qanunauyğunluqdur.

Bu xəbəri paylaşın: