Dünya bu faşizmə inadla susur.
Tərtərdə dəfn mərasimini artileriya atəşinə məruz qoyaraq soydaşlarımızı şəhid edən düşmən günbəgün azğınlaşmaqdadır və dünyada təpki olmadığını görərək öz faşist xislətinə uyğun əməlləri genişləndirir.
Ermənistan Silahlı Qüvvələrinin ağır artilleriyadan atdığı top və raket mərmiləri Ağdamın Əhmədağalı-Çıraqlı, Xındırıstan-Paşabəyli, Tərtərin Qapanlı- Qarağacı kənd məzarlıqlarını dağıdıb. Sonrakı günlərdə isə Ağcabədi qəbristanlıqları atəşə məruz qalıb. Şuşada kilsəyə dəyən qəlpənin dərdini çəkən şərəfsiz Zatulin, Solovyov və onların həmcinsləri bu vandalizmə və genosid aktlarına görə suçludurlar. Dəyişən heç nə yoxdur. Erməni 30 ildir eyni cinayətləri törədir və dünya isə vicdansızcasına susur.
Düşmən cinayətləri fotolarda:













