CƏBHƏ GÜNDƏLİYİ — 21. 10.2020-Cİ İL

*** VAR OL, KOMANDAN! TARİX YAZAN ALİ BAŞ KOMANDANIMIZA VƏ ORDUMUZA EŞQ OLSUN!***

***Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verdi 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Yaponiyanın «Nikkei” qəzetinə müsahibə verib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Ermənistanın Azərbaycanın mülki vətəndaşlarına qarşı müharibə cinayətlərindən danışılıb. 

***İlham Əliyev Xocavəndin işğaldan azad edilən Vəng kəndinə Çinarlı adı verib 

Azərbaycan Prezidenti İlham Əliyev Xocavənd rayonunun Vəng kəndinin adını dəyişdirib.

Dövlət başçısı xalqa müraciətində Vəng kəndinə yeni Azərbaycan adı verdiyini bildirib: “Bundan sonra Vəng kəndi Çinarlı kəndi adlandırılsın. Adı mübarək olsun!”, — deyə Prezident İlham Əliyev qeyd edib.

***Füzulinin daha üç kəndi işğaldan azad edilib 

Rəşadətli Azərbaycan Ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini işğaldan azad edib.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün rəsmi tvitter səhifəsində bildirib.

***İlham Əliyev: «Azərbaycan ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsini və 13 kəndini işğaldan azad edib» 

«Rəşadətli Azərbaycan Ordusu Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!»

Bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev özünün rəsmi tvitter səhifəsində bildirib.

***Cəbrayılın daha 5 kəndi işğaldan azad edildi 

Cəbrayıl rayonunun Bələnd, Papı, Tulus, Hacılı, Tinli kəndləri işğaldan azad edilib.

Bu barədə Prezident İlham Əliyev tvitter hesabında paylaşım edib.

***Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bununla bağlı son statistikanı təqdim edib.

“20 oktyabr

— 6 şəhərə 498 mərmi

— 4 raket və 3 hücum dronu

— Mərmilər — Tərtər — 423, Ağdam — 49, Ağcabədi — 24, Goranboy — 2

— Naftalan / Goranboy — Smerç raketləri

Tərtərdə 2 mülki şəxs ölüb, biri yaralanıb”, — deyə H.Hacıyev əlavə edib.***Azərbaycanın XİN rəhbəri Moskvaya getdi 

Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Rusiya tərəfi ilə məsləhətləşmələrin həyata keçirilməsi məqsədilə Moskva şəhərinə işçi səfər edib.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

***Ermənistanın növbəti PUA-sı məhv edildi  

Oktyabrın 21-də saat 12:00 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus növbəti PUA Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən Horadiz istiqamətində məhv edilib.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

***Erməni təxribatları nəticəsində Azərbaycanın mülki itkiləri açıqlandı  

Erməni təxribatı nəticəsində Azərbaycanda ölən və yaralanan mülki vətəndaşların sayı açıqlanıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında qeyd olunub. 

Bildirilib ki, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 63 mülki şəxs həlak olub, 292 nəfər yaralanıb.

Eyni zamanda, 386 mülki obyekt, 90 yararsız vəziyyətə düşmüş çoxmənzilli yaşayış binası və 1981 yaşayış evi yarasız vəziyyətə düşüb.

***Prezidentin köməkçisi Ermənistanın dünən törətdiyi cinayətləri açıqladı 

Ermənistanın Azərbaycanın mülki vətəndaşlarına qarşı müharibə cinayətləri davam edir.

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bununla bağlı son statistikanı təqdim edib.

“20 oktyabr

— 6 şəhərə 498 mərmi

— 4 raket və 3 hücum dronu

— Mərmilər — Tərtər — 423, Ağdam — 49, Ağcabədi — 24, Goranboy — 2

— Naftalan / Goranboy — Smerç raketləri

Tərtərdə 2 mülki şəxs ölüb, biri yaralanıb”, — deyə H.Hacıyev əlavə edib.

***TANAP “İlin Layihəsi” oldu  

TANAP layihə idarəçiliyi sahəsində yüksək mükafata layiq görüldü.

Dövlət Neft Şirkətindən (SOCAR) verilən məlumata əsasən, Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsi proqram və portfel idarəçiliyi üzrə dünyanın ən böyük peşəkar birliklərindən olan, mərkəzi ABŞ-da yerləşən Layihə İdarəçiliyi İnstitutu (PMI — Project Management Institute) tərəfindən “İlin Layihəsi” kateqoriyasında layihə idarəçiliyi sahəsində nüfuzlu mükafata layiq görülüb.

***Erməni deputatdan etiraf: “Sərhədlərimizi yezidlər qoruyur”

«Yezidilər bizim sərhədlərimizi türklərdən və azərbaycanlılardan qoruyur”.

Bunu Ermənistan Parlamentinin deputatı Rüstəm Bakoyan bildirib.

Deputat bu barədə öz «Facebook” səhifəsində paylaşım edib: «Yezidi ermənilər bizim sərhədlərimizi işğalçı türklərdən və azərbaycanlılardan qoruyaraq Qarabağ cəbhəsində tarix yazır”,- deyə R.Bakoyan qeyd edib.

Qeyd edək ki, Rüstəm Bakoyan özü də yezidi kürd icmasının nümayəndəsidir.

***Düşmən alayının taboru məhv edildi 

Cəbrayıl istiqamətində gedən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusu tərəfindən görülən tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru məhv edilib.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, təqribən 400 nəfər müqaviləli hərbi qulluqçudan ibarət taborun şəxsi heyətinin əksəriyyəti sıradan çıxarılıb.

Hərbi hissə yenidən komplektləşdirilməsi üçün Ermənistanın Ararat şəhərinə qayıdıb.


***MN düşmənin döyüşdə atıb qaçdığı tankları nümayiş etdirib 

Müdafiə Nazirliyi düşmənin döyüş meydanında atıb qaçdığı, həmçinin bölmələrimiz tərəfindən məhv edilən növbəti hərbi texnikaların görüntüsünü yayıb. 

***Paşinyan Azərbaycanla sülh danışıqlarından imtina etdi 

Hazırda Dağlıq Qarabağ münaqişəsinin diplomatik həlli yoxdur.

Ermənistan KİV-ləri xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan feysbuk səhifəsindəki canlı yayımda bildirib.

“Biz aydın şəkildə başa düşməliyik ki, Qarabağ məsələsinin, ən azı bu mərhələdə, bu mərhələdən başlayaraq, diplomatik həll yolu yoxdur”, — Paşinyan deyib. Onun sözlərinə görə, erməni xalqı yalnız əlinə silah almaqla münaqişənin məqbul həllinə nail ola biləcək.


***Ermənistanın daha 6 zabiti məhv edildi

Ordumuzun erməni işğalında olan Azərbaycan torpaqlarını azad etmək istiqamətində apardığı uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənin daha 4 zabiti məhv edilib.

Bu barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, onlar hərbi hissə komandiri, polkovnik Vyaçeslav Valeri Voskovski, hərbi hissə komandirinin müavini, polkovnik-leytenant Vaaqan Aramoviç Tumasyan, kapitan Zoqrab Qraçikoviç Koçaryan, baş leytenant Çolak Samveloviç Xaçatryan.Başqa bir məlumata görə isə Dağlıq Qarabağ bölgəsində ordumuzun əks-hücum əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin daha iki polkovniki məhv edilib. Bu barədə ”Novosti Armeniya” məlumat yayıb. Bildirilir ki, hərbi hissə komandirinin müavini olan Aşot Kazaryanla, qərargah rəisinin müavini Qegam Qabrielyan məhv edilib.

***İrandan Qarabağa dair yeni təklif

Rəsmi Tehran Ermənistan-Azərbaycan münaqişəsini Rusiya, Türkiyə və İran arasında müzakirəsini təklif edib.

Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə açıqlama verib.

“İran, Rusiya və Türkiyənin yer alacağı üçlü format ATƏT-in Minsk qrupunun səyərini tamamlayacaq. Dağlıq Qarabağda qalıcı sülh yalnız hərtərəfli müzakirələrin yardımı ilə mümkün ola bilər”, — XİN rəsmisi bildirib.


***»Gürcü legionu» komandiri Mamuka Mamulaşvili Ermənistana xəbərdarlıq edib 

Bu barədə sosial şəbəkələrdə paylaşım edilib.

O, ermənilərə müraciətində deyib: «Ermənilər bilsinlər ki, qarşılarında «Gürcü legionu»nu görəcəklər. Qarabağ məsələsində mövqeyimiz bəllidir. Ermənistan qoşunları rədd olub çıxmalıdır Azərbaycan torpaqlarından. Çıxmazsa, başa sala bilərik. Əgər Gürcüstanın əzəli ərazisi olan Samste-Cavaxetiya ilə bağlı ermənilərin ərazi iddiaları və separatçılıqları səngiməzsə, adekvat cavab veriləcək». 


***112 ton qızılı itirmək istəməyən rus şirkət Qarabağa muzdluları yığır — Türkiyə KİV

112 ton qızıl ehtiyatı olan Dağlıq Qarabağdakı qızılın 99%-nə nəzarət edən Rusiyanın «GeoProMining Gold» şirkəti bu ehtiyatları əldən verməmək üçün bölgəyə çox sayda silah və muzdlu əsgər göndərməyə başlayıb.

Bu barədə Türkiyə medası xəbər verib. Bildirilib ki, sözügedən şirkət Qarabağda qızıl çıxaran ən böyük rus şirkətidir və bölgənin Azərbaycanın nəzarətinə keçməsindən sonra bu şirkət böyük itki vermiş olacaq. Buna görə də, bölgədəki qızıl ehtiyatını əldən vermək istəmirlər.

***NATO da İrəvana «üz vermədi»

“Prezidentə NATO-nun bu döyüşlərin bir parçası olmadığını xatırlatdım. Azərbaycan da, Ermənistan da 25 ildən artıq müddətdir ki, NATO-nun dəyərli ortaqlarıdır”.

«Anadolu» agentliyi xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Ermənistan Prezidenti Armen Sarkisyanla Brüsseldəki NATO qərargahındakı görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

NATO-nun atəşkəsin pozulması səbəbilə narahat olduğunu vurğulayan Yens Stoltenberq anlaşmazlıqların bitməsi və sülh yolu ilə həllini tapılmasının vacibliyini qeyd edib. “Dinc əhalinin hədəf seçilməsi qəbuledilməzdir və dərhal dayandırılmalıdır. Hər kəs daimi bir siyasi həll üçün çalışmalıdır. Ermənistan və Azərbaycan müzakirələrə davam etməlidir”, — deyə Y.Stoltenberq bildirib.

***Ceyhun Bayramov Çavuşoğlu ilə telefonla danışıb

21 oktyabrda Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

XİN-in Mətbuat Xidməti idarəsindənverilən məlumata görə, nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Bölgədə davamlı sülhün təmin olunması üçün Azərbaycan ərazilərinin işğalına son verilməsinin zəruri olduğu Nazirlər tərəfindən vurğulanıb.

***MN: Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru sıradan çıxarılıb

Cəbrayıl istiqamətində gedən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusu tərəfindən görülən tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru məhv edilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Təqribən 400 nəfər müqaviləli hərbi qulluqçudan ibarət taborun şəxsi heyətinin əksəriyyəti sıradan çıxarılıb. Hərbi hissə yenidən komplektləşdirilməsi üçün Ermənistanın Ararat şəhərinə qayıdıb. Məlum olub ki, alay komandiri qalan şəxsi heyəti yenidən döyüşə göndərməkdən imtina etdiyinə görə tutduğu vəzifədən azad olunub. Döyüşə getməkdən imtina etdikləri üçün hərbi qulluqçuların çoxu cinayət məsuliyyətinə cəlb olunub.

***Maksim Şevçenko Şuşa və Xankəndinə yol açıldığnı bildirib 

“Bu gün Azərbaycan ordusu Zəngilanın azad edilməsi ilə bağlı Prezident İlham Əliyevə məruzə edib. Bu o deməkdir ki, Qarabağın bütün düzənlik hissəsi özünü “Dağlıq Qarabağ Respublikası”nın qoşunları adlandıran Ermənistan ordusunun işğalından təmizlənib”.

Bu sözləri rusiyalı jurnalist və ictimai xadim Maksim Şevçenko Azərbaycan ordusunun Zəngilan şəhərini və bir sıra kəndləri işğaldan azad etməsi ilə bağlı çıxışında deyib. “Azərbaycan ordusu rahat şəkildə Şuşa və Xankəndini işğaldan azad edə bilər. Düşünmürəm ki, erməni qoşunları onlara mane olmaq iqtidarındadır”, — deyə M.Şevçenko qeyd edib.

M.Şevçenko vurğulayıb ki, sülh prosesində artıq köklü dəyişikliklər baş verib. Əvvəllər beş rayonun və daha sonra iki rayonun qaytarılmasından söhbət gedib, bu çərçivədə sonsuz danışıqlar aparılıb. Rusiyalı jurnalist həmçinin artıq Minsk Qrupunun anlamsız olduğunu, Minsk prosesinin artıq mövcud olmadığını söyləyib. “Azərbaycan ordusu öz qüvvəsi, öz müasir silahları və müasir döyüş taktikası ilə dövlətinin işğal altındakı torpaqlarını azad edib”, — deyə M.Şevçenko bildirib.


***Azərbaycan uğurlu əməliyyatla torpaqlarını işğaldan azad edir — Pakistan səfiri 

Pakistanla Azərbaycan arasında dərin əlaqələr var.

Bunu Pakistanın Bakıdakı səfiri Bilal Haye deyib.

O bildirib ki, Pakistan Dağlıq Qarabağ münaqişəsi başlayandan Azərbaycanın yanında olub və Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə davam edir. Səfir vurğulayıb ki, Azərbaycan uğurlu şəkildə apardığı əməliyyatla torpaqlarını işğaldan azad edir.

Diplomat bir sıra vacib şəhərlərin işğaldan azad edilməsi münasibətilə Azərbaycanı təbrik edib. Bildirib ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı qətnamələrin qəbulunda Pakistan Azərbaycana mühüm dəstək verib.

***Paşinyan dünyada siyasətin «karikaturasına» çevrilib

Günortayadək sülh, günortadan sonra müharibə istəyən Telefonyan Nkol ölkədə heç arvadı və qızını nəzarətdə saxlaya bilmir.İşi-gücü Azərbaycana qara yaxmaq olan Paşinyanın tezliklə devriləcəyi artıq siyasi səhnənin növbəti səhnəsi kimi planlaşdırılıb. Ermənilər bu saxta çevrilişlə günahları Paşinyanın «torbasına yığaraq» «0» variantına qayıda bilcəklərini düşünürlər.Unutmayın ki, bizim Paşinyan adlı bir psixi xəstəylə probemimiz yoxdur. Ümumən götürsək bu millətdə normal ağıl sahibi tapmağın müşküllüyünü də bilirik. Bir daha keçmişdəki səhvlərimizi təkrar etməyəcəyik.​​​​​​​Nikol Telefonyan gedin oynayın, dünya sizi yavaş-yavaş tanımağa başlayıb.

QARABAĞ AZƏRBAYCANDIR!

Fedai.az Araşdırma Qrupu (Yerli və xarici KİV-lərin məlumatları əsasında hazırlanıb)

Növbətçi: Nurlan Məmmədli, Elnur Səlim

Bu xəbəri paylaşın: