Düşmən cəmiyyətində parçalanma dərinləşir

Terrorçu rejimin sözçüsü Vaqram Poqosyan Azərbaycan mətbuatını «yalan məlumat yaymaqda» suçlayaraq Azərbaycan mətbuatının yaydığı xəbəri təsdiqləyib.


Bu barədə məlumat verən armeniatoday.news/ru yazır: «Azərbaycan mətbuatı yenidən — üçüncü dəfə (???) «Artsax» Respublikasının müdafiə naziri Cəlal Arutyunyanın ölümü ilə bağlı yalan məlumatlar yaydı. Dərhal deyəcəyəm: cənab Arutyunyanın həyati təhlükəsi yoxdur. Xoşbəxtlikdən, döyüş mövqelərindən birində aldığı yara ciddi deyil və çox keçmədən orduya dönəcək. 

Qondarma rejimin Mətbuat Katibi Vaqram Poqosyan bildirib ki, general-leytenant Cəlal Arutyunyanın yaralanması ilə əlaqədar olaraq Artsax Respublikasının Prezidenti Araik Arutyunyan onu Müdafiə naziri və «Artsax respublikasının» Müdafiə Ordusunun Komandanı vəzifəsindən azad edib. Onun yerinə general-mayor Mikael Arzumanyan təyin edilib və ona general-leytenant hərbi rütbəsi verilib.»
İnformasiyadan aydın olan bir neçə məqam daha var. Yeni təyin olunan M. Arzumanyan Paşinyana bağlı adamdır və «Qarabağ klanına» qarşı çıxış edib. Erməni mənbələrindən əldə etdiyimiz məlumatlara görə, Ermənistan Baş Naziri Nikol Paşinyanın qərarı ilə general-mayor Mikael Arzumanyan, öz ərizəsiylə Baş Hərbi Müfəttişin müavini vəzifəsindən 2018-ci ildə azad edib. Bu barədə Ermənistan Baş naziri Administrasiyasının İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

7 iyul 2018-ci ildə Ermənistanın Baş naziri təcili olaraq yeni təyin olunmuş Hərbi Müfəttişin müavini Mikael Arzumanyanı geri çağırdı. Bundan əvvəl Mikael Arzumanyanın təşəbbüs qrupunun üzvləri ilə Qarabağ lideri Bako Saakyanın istefasını tələb edən foto şəkli sosial şəbəkədə ortaya çıxmışdı. Onun azad edilməsinə verilən reaksiya belə olmuşdu: «Baş nazirin dəqiq bir mövqeyi var: heç bir hərbi şəxsin siyasətlə məşğul olmaq hüququ yoxdur, əks halda ciddi cəzalandırılacaq» deyə Ermənistan hökuməti başçısının mətbuat katibi bildirmişdi.

Digər bir məqam isə qondarma rejimin müdafiə qərargahı tam olaraq məhv edilib. Elə bu səbəbə görə Paşinyan komandanlığı daha sadiq kadrlarla yeniləyib. Yəni «Qarabağ klanı» ilə yeni komanda arasında müharibə get-gedə daha da qızışır.

Türkay Xaqan

Bu xəbəri paylaşın: