Kreml: “Putin Ərdoğana Dağlıq Qarabağa terrorçuların gətirilməsindən narahatlığını bildirib”

“Dağlıq Qarabağ münaqişəsi zonasında hadisələrin inkişafı müzakirə edildi. Rusiya tərəfi davam edən döyüş əməliyyatlarından, eləcə də toqquşmalarda Yaxın Şərqdən gələn terrorçuların getdikcə daha geniş miqyaslı iştirakından dərin narahatlığını bildirdi”.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, Vladimir Putinin Rəcəb Tayyib Ərdoğanla telefon danışığı barədə rəsmi məlumat yayan Kremlin mətbuat xidməti belə bir məlumat yayıb.

Məlumatda daha sonra deyilir ki, bundan əlavə, Putin Ərdoğana “Azərbaycan və Ermənistan rəhbərliyi ilə təmaslar və ən qısa müddətdə barışığa nail olmaq və böhranı gərginləşdirməmək üçün atılan addımlar haqqında” məlumat verib.

İki ölkə Prezidentləri arasında Suriya məsələsi də müzakirə olunub.

Bu xəbəri paylaşın: