Ermənistan KTMT-də “Troya atı” rolunu oynayır – Türkiyə hökuməti

Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) kənarlaşdırmaq lazımdır, çünki onun fəaliyyəti ilk növbədə təşkilat üçün təhdid yaradır.

Bu barədə Trend-ə Türkiyə hökumətindən bildiriblər.

Qeyd olunub ki, Ermənistanın fəaliyyəti KTMT-nin Nizamnaməsinə ziddir. Nizamnamənin 3-cü maddəsində qeyd olunur ki, bu təşkilatın məqsədləri sülhün, beynəlxalq və regional təhlükəsizliyin, sabitliyin möhkəmləndirilməsidir: “Ermənistanın bütün addımları isə regionda destabilizasiyaya yönəlib və dünya ictimaiyyəti bunu çox gözəl bilir”.

Bundan başqa, qeyd olunub ki, Nizamnamənin 8-ci bəndinə uyğun olaraq üzv dövlətlər digər üzvlərin təhlükəsizliyi, sabitliyi, ərazi bütövlüyü və suverenliyinə təhdid yaradan böhran vəziyyətlərə reaksiya vermək məqsədilə Təşkilat çərçivəsində tədbirlər görür:

“Amma hərbi əməliyyatlar sırf Azərbaycan ərazisində aparıldığı üçün Ermənistan KTMT-yə müraciət etmək hüququna malik deyil”.

Türkiyə hökumətində istisna etməyiblər ki, Ermənistan KTMT daxilində “Troya atı” rolunu oynayır və bu cür vacib strukturda Qərbin maraqlarını icra edir.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •