
XAQANİ Ədəboğlu
I YAZI
Erməni həyasızlığının rus mujik inadkarlığı ilə yoğrulmuş dezinformasiyasını yayan Rusiyanın satılmış mətbuatı apardığımız haqq mübarizədə dünyaya bizi haqsız kimi təqdim etməyə çalışmaqdadırlar və bu yalanı erməni həyasızlığı ilə Rusiya informasiya məkanının «məhsulu» kimi dünyaya sırımaqdadırlar. Öncə bildirim ki, erməni yalanlarını öz gözüylə görən informasiya mərkəzləri artıq bu yalanlara görə Rusiyanı ən etibarsız mənbə sayırlar. Bu Rusiyaya erməni separatizminin vurduğu ən böyük zərbələrdən biri sayıla bilər. Dövlətin nüfuzuna ciddi bir zərbə vurulub və bu ölkə simonyanların, peqovların, kolerovların, baqdasarovların, solovyovların, babayanların və bu xislətdə olan «satlıq malların» hesabını özünə hörmət edən dövlət mütləq soruşmalıdır.
Rusiya bu savaşda neytral qala bilmədi. Savaş iki qolla aparıldığını bilən bir ölkə üçün bu böyük bir ayıbdır. Müharibənin hərbi aspektində gizli yollarla, humanitar yük adıyla silah və qüvvə daşımasıyla yanaşı, tarixi aspektdə aparılan informasiya savaşında da tərəfsiz qala bilməyən Rusiya, öz gərəksizliyi ilə gülüş doğuran ATƏT Minsk Qrupu «troykasına» öldürücü bir zərbə vurdu. Bu ekzotik qurum sadəcə tərəflərə nəsihət vermək missiyasına yəqin ki, bundan sonra ehtiyac qalmayacaq. Fransa bəlli, Rusiya bəlli. Yaxın qonşumuz olan Rusiyanın təbliğat maşınının dünyaya sırıdığı faktlara diqqət yetirək:

— İşğal edilmiş əraziləri «min illik erməni torpağı» və ya tanınmamış «respublika» (bu ərazinin vilayət statusu olub) adlandırması
— Öz təsdiqlənmiş və 4 BMT TŞ qətnaməsi ilə azad edilməsi tələb olunan ərazimizdə apardığımız antiterror əməliyyatını «təcavüz» və erməni axmaqlığı ilə öz torpağında əməliyyat aparan qanuni ordunu isə «terrorçu» adlandırması
— Terrorçu hərbiləşdirilmiş quldur dəstələrini «artsax müdafiə ordusu» və terrorçuları «vətən müdafiəçisi» adlandırması
— Terrorçuların əlində qadağan silahların «müdafiə məqsədi» daşımasını yayması
— «Blits kriq» nağılı ilə dünyanı aldatmaq cəhdləri
— Hərbi əsir və s. barədə boşboğazlıqlar
— Humanitar yardım adı altında yeni silahlar daşıması və s.
Azərbaycan 30 ildir erməni terrorizmindən və faşizmindın əziyyət çəkir. Rusiya isə terrorizmi və faşizmi dəstəkləməklə məşğul olmaqdadır. Bu məsələni aydınlaşdırmaq üçün Rusiyanın vicdanlı kəsiminə bircə sualım var: Azərbaycana məxsus terror təşkilatı barədə eşitmisinizmi? Bəs ermənilərin terrorçuluğu barədə necə? Çağdaş beynəlxalq qanunlara görə başqa bir ölkə ərazisində hərbi birliklər yaratmağın bircə adı var — terrorizm. Bunu görməzdən gələn vicdansızlara aydın olsun deyə izah edək.
“Muzdluların cəlb edilməsi, maliyyələşdirilməsi, onlardan istifadə edilməsi və onlara təlim keçirilməsi ilə mübarizə haqqında” Beynəlxalq Konvensiyaya əsasən muzdluların cəlb edilməsi, maliyyələşdirilməsi, onlardan istifadə edilməsi və onlara təlim keçirilməsi cinayət hesab olunur. Muzdluların bu növ fəaliyyətinə dair qəti qadağa 1929 və 1949-cu illərdə qəbul edilmiş Cenevrə Konvensiyalarında yer alıb. Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 4 dekabr 1989-cu il tarixli qətnaməsi ilə qəbul edilən “Muzdluların cəlb edilməsi, maliyyələşdirilməsi, onlardan istifadə edilməsi və onlara təlim keçirilməsi ilə mübarizə haqqında” Beynəlxalq Konvensiyada müəyyən edilib ki, muzdluların hərəkəti hökuməti devirməyə, konstitusiya quruluşunun və ya ərazi bütövlüyünün pozulmasına yönəlib. Bu terrorçuluq haqqında olan məlumatlara uyğun olaraq Ermənistanın Qarabağa yerləşdirdiyi 25-30 minlik hərbi birləşmələrin hər bir üzvü terrorçu sayılmalıdır və ona görə də onların məhv edilməsi vacibdir. Onların ələ keçəni hərbi əsir sayılmır.
Buna baxmayaraq Rusiya məqsədli şəkildə 30 ildir terrorizmi dəstəkləməklə məşğuldur. Rusiya dünyanı 30 ildir ki, bu terrorizmini «müqəddəratı təyin etmə adıyla» aldadır. Rusiya 30 ildir ki, ermənini yalan olaraq «döyüşkən xalq» kimi dünyaya sırıyır. Rusiya 30 ildir ki, 85-90 minlik erməni qoca-qaltağını 850 minlik azərbaycanlıya qalib gəlməsi kimi mənfur bir yalanla aldadır. Rusiya öz daxilində 28 muxtar qurum işğalda saxladığını unudub muxtar bir vilayətin güya SSRİ Konustitusiyasına uyğun olaraq öz müqəddaratını təyin edə bilməsi yalanıyla dünyanı və erməniləri barmağına dolayıb. Bu dəfə də bölgədə bu terrorçularla cingildəşsə, Rusiya 65 milyonluq azərbaycanlıların və 80 milyon türk qardaşımızı önünə almalı olacaq. Bu faktları yazının II hissəsində faktlarla şərh edəcəyəm.

Bu gün Azərbaycanın Vətən müharibəsində qazandığı Böyük Zəfərə münasibəti Rusiyanın bölgədə boy göstərməsi haçalayıb. Bunlardan birincilər sadə və təmiz qəlbli insanlar, ikincilər isə düşmən dəyirmanına su daşımaq missiyalı kolon nümayəndələridir. Bu iki qrupu birləşdirən məqam isə bizim Böyük Zəfərin miqyasını kiçiltməklə erməni toplumunun ruh düşkünlüyünü önləmək üçün səy göstərirlər. Düşmən bu münasibəti sıərgiləməklə məğlubiyyət sindromundan xilas olmağa çalışır və biz bu oyunu poza biləcək bir statusdayıq. Öncə Rusiyaya münasibətdə ifrat dərəcədə nifrəti olan birisi olduğumu və bizim qazandığımız Zəfərin də misilsiz bir Zəfər olduğunu deyirəm. Amma savaşın öz qanunları var…
50 gün öncədən başlayaq və yaxud tariximizdən bu 45 günlük savaş tarixini çıxaq. Biz hardaydıq?
Yadıma mənfur rus və erməni hərbi birliklərinin ölkəmizi xarabazara çevirdiyi illər gəlir. O dövrün döyüşçüsü kimi, düçar olduğumuz məğlub durumu hospitalda yaralı yatanda aylarla düşündüm. Ağlıma bir fikir gəldi ki, yəqin bu məğlubiyyət seriyalarından sonra bizim analar oğul doğmayacaqlar. Düzü bu cür düşündüm və illərlə bu fikri beynimdə vuruşdurdum. Amma düz 27 il sonra şükür edirəm ki, nə yaxşı mən yanılmışam. Nə xoş ki, o günlər və sonrakı illərdə doğulan gənclər havasını udmadığı, suyunu içib çörəyini yemədiyi bir xəyal uğrunda mümkün olmayanı mümkünə çevirdilər. «Həlli olmayan» ayaması qoyulmuş bir problemin həllini tapdılar. Bu şanlı səhifəni öz mərmisiylə yazan Qəhrəman Azərbaycan əsgəridir.
Bu şanlı günlərin memarı şanlı Ali Baş Komandandır. Onlara bir də salam olsun və bu yolda yürüyüb əlində silah şəhid olmuş hər bir qəhrəmanımızın namı uca olsun! Savaşın öz qanunları var. Heç bir savaşın epiloqu olmur (Ekzalter). Heç bir savaşın humanist səhifəsi olmur. Bu savaş bizləri hər iki anlamda düzlərdən dağlara qaldıran Böyük bir savaşdır. Bizlər insanla deyil, inkarla savaşdıq. Bizi inkar edən bir dünyayla savaşdıq. Yalanmı? Bu savaşı haqlı olmaqla deyil, gücümüzlə qazanmağa borcluyduq. Çünki haqlı olmağımız heç bir mərmilik işimizə yaramadı və qosqoca 30 ilimizi bu pisliklərlə bəhslərdə keçirdik. Daşdan başlayıb haroplarla yekunlaşdırdıq. Makiavellinin bir deyimi var: «Savaşdan qaçmaq mümkün deyil, sadəcə güclü olanadək onu ertələmək olar». Biz güclü olmağa məcburuq. Çünki qonşuluqda dünyanın ən nankor, ən yalançı, ən riyakar, ən yalançı və ən qeyri-insani vərdişlərə sahib bir yığnaq yaşamaqdadır. Biz qalibik və güclü olmaqla əldə etdiyimiz bu mövqeni qoruyub inkişaf etdirməliyik.

Düşmən tərəfi uydurma qəhrəmanlıq mifi düzəldərək bu məğlubiyyət sindromundan qurtulmağa çalışır. Ordumuzun qazandığı qələbənin miqyasını kiçiltmək onun birinci vəzifəsinə çevrilib. Bu gün həyasızcasına Rusiyanı onları müdafiə etməməkdə günahlandıran bu toplum, əslində Birinci Qarabağ savaşında rusların bütün gücüylə bizə qarşı döyüşdüyünü və bu terror köpəklərinin isə rusların işğal etdiyi ərazilərdə talan, qadın, qoca və körpələrə qarşı soyqırımı törətdiklərini etiraf edirlər. Çünki hər bir erməni, fərqsiz bir şəkildə rusları niyə onları qorumadığına görə ittiham etməkdədir. Bəs qələbə qazanan ermənilər göylərəmi uçub getdilər? Bax Rusiyanı Azərbaycan xalqı buna görə sevmir. Rus soldatının əli Xocalıda qana batmış, Qaradağlıda, Ağdabanda və onlarla faciələrdəki iştirakıyala isə zabit və əsgərlərinin şərəfi ləkələnmişdir. Erməniliyi bayraq edərək Rusiyanın Qafqaz siyasəti yürütmək istəyi iflasa uğramaq üzrədir. Onu da gözləyərik.
ABŞ MKİ ermənilərin xisləti barədə araşdırmalarında belə bir məqam var: «Ermənilər Böyük Ermənistan xülyasının eyforik təsiri altında Rusiyadan qurtulmaq istəsələr, bütün İrəvan şəhərini içməli su mənbəyinə reaktiv zəhər tökərək bütün şəhər əhalisini zəhərləyər, yaxud da AES-i partladaraq Rusiya Hərbi bazasının üzərinə atmaqla Rusiyadan qurtulmağa belə hazırdır.» Bu iyrənc toplumu Qafqaza Rusiya sırıyıb. Bu gün bu bəlanın baiskarı olduğunu Rusiya unutmamalıdır. Azərbaycan üzərinə qısqırtdığı jirinovskiləri, şeninləri, solovyovları,kolerovları, simonovları və onların cinsindən olanları təcili susdurmağa borcludur. Bu əxlaqsız şəxslərin informasiya məkanında Azərbaycana qarşı apardıqları iyrənc kompaniyalara və proqramlara son qoymalıdırlar. Belə vicdanını satmış adamlar Rusiyanın bölgədəki missiyasına ciddi kölgə salmaqdadır. Biz sülhməramlıların burada iştiraklarından ən azı bu qərəzli anti Azərbaycan təbliğatlarını durdurmaq üçün istifadə etməliyik. Çünki sülhməramlı kimi Rusiya ləkələnmiş və etibarı zədələnmiş bir dövlətdir. Çünki Rusiya buna uyğun missiyanı öz işğalçılıq üslubuna çevirib.
Gürcüstanda qəbul edilmiş qərarların mətninə görə sülhməramlı qüvvələr üç batalyondan ibarət olmalı idi. Bir tabur Gürcüstan silahlı qüvvələrindən, biri Rusiya silahlı qüvvələrindən, digəri isə Cənubi Osetiya səlahiyyətlilərinin etibar etdiyi Şimali Osetiya Rusiya muxtar respublikası hökumətinə tabe olan qüvvələrdən qurulmalı idi. Sülhməramlı qüvvələrin ortaq qərargah və üç yüksək səviyyəli hərbi komandir ilə ortaq bir barışıq xidməti həyata keçirməli idi. Dnestryanıda olduğu kimi, yollarda yoxlamalar və əhalinin tərksilah edilməsi üçün qarışıq postların yaradılması nəzərdə tutulurdu. 1995-ci ildə sülhməramlı qüvvələrin komandanlığının işinin mərkəzində hüquq mühafizə məsələlərindən bölgə iqtisadiyyatının bərpası məsələlərinə keçildi. Silahlı qarşıdurmanın yenidən başlamasını əngəlləyən vəzifəsini mümkün qədər geniş şəkildə anlayan Anatoliy Merkulevə görə, sülhməramlı qüvvələrin komandiri, həftəlik Rusiya kontingenti ərazisində bölgənin Osetiya və Gürcüstan tərəflərinin inzibati və iqtisadi varlıqlarının iclaslarını keçirməyə başladı. həm də yerli fabrikin bərpası, bölgədəki işsizliklə mübarizə və tədris ili başlamazdan əvvəl məktəblər üçün məktəb dərsliklərinin verilməsi.
7 aprel 1992-ci ildə rus faşisti A. Kozırev, vasitəçi kimi çıxış edərək, uzlaşma yolu tapmağa çalışaraq çoxtərəfli bir toplantı keçirir. Hüquq mühafizə orqanlarının nümayəndələrindən ibarət qarışıq komissiya yaradılır və gərginlik bir qədər azalır.
Ancaq həm Rusiyada, həm də Moldovada «müharibə partiyası» daha güclü olduğu ortaya çıxdı. Rusiya vitse-prezidenti Aleksandr Rutskoy, Andrey Kozırevin «parket diplomatiyası»nı kəskin tənqid edir və qəti addımların atılmasında israr edirdi. Bu cür çıxışlar Dnestryanı da birbaşa «müharibə partiyasını» təhrik edirdi. Hər iki tərəfdəki millətçi ünsürlər də problemi hərbi yolla həll etməyə çalışırdılar. 19 iyun tarixində bir sıra qarşılıqlı təxribatlardan sonra Moldova ordusunun nizami bölmələri və Moldovanın müxtəlif bölgələrindən olan könüllülər Benderə daxil olurlar. Qarşıdurmalar zamanı çox sayda mülki şəxs öldürüldü. Dnestryanı birləşmələri, 14-cü Ordunun avadanlığından istifadə edərək, hökumət qoşunlarının irəliləməsini dayandırdı, şəhərin bir hissəsini geri aldı. Xəndək müharibəsi başladı.

Moldova Müdafiə Nazirliyi, Moldova rəhbərliyinə olan inamsızlığı aradan qaldıraraq 1995-ci ilin noyabrında Dnestryanı bölgəsində sülhməramlı qüvvələrin hazırlanması üçün bir mərkəz yaratma qərarı verdi. Bu qərarın həyata keçirilməsində keçmiş 14-cü Ordunun hərbi qulluqçularının yenidən hazırlanmasına, bu və ya digər şəkildə sülhməramlı qüvvələrin Rusiya kontingentində iştirak etdiyi ehtimal olunur.
Moldovada qarışıq sülhməramlı qüvvələr qarşı tərəflərin və Rusiya kontingentləri əsasında yaradıldı. Bu vəziyyətdə əsas yük sülhməramlı qüvvələrin Rusiya kontingentinin üzərinə düşdü. Bölgədə rus varlığı təsbit edildi. Problem olduğu kimi qalmaqdadır.
Fakt, Böyük Zəfəri qazanan tərəf biz olmağımızdır. Qeyri deyilənlər isə sadəcə boşboğazlıqdır. Rusiyanın heç bir ölkəyə xoşbəxtlik aparmadığını «xalam da bilir». Biz daha da güclü olmalı və bu zərərimizə olan faktoru öz xeyrimizə dəyişməyə nail olmalıyıq. Çünki biz bu savaşda güclü tərəfdaşı olan bir tərəfik. Türkiyə təkcə tərəfdaş deyil, həm də qardaşımızdır. Regionun ən güclü dövlətidir və hərbi potensialına görə Rusiyadan geri qalmır. Azərbaycan ilə Türkiyə arasında hərbi əlaqələr iki ölkə arasında imzalanan «Strateji Əməkdaşlıq Sazişi» ilə tənzimlənir. Saziş «Hərbi-siyasi və təhlükəsizlik problemləri», «Hərbi və hərbi-texniki əməkdaşlıq», «Humanitar məsələlər», «İqtisadi əməkdaşlıq», «Ortaq və son müddəalar» olmaqla 23 maddə və beş hissədən ibarətdir. Müqaviləni 2010-cu il dekabrın 21-də Azərbaycan Mili Məclisi, 2011-ci il fevralın 2-də isə Türkiyə Böyük Millət Məclisi qəbul edib. Həmçinin bu müqavilə bu il daha 10 il müddətinə uzadılıb.

Aşkar daha bir tərəfdaşımız isə qardaş Pakistandır. İstər siyasi, istərsə də strateji duruma görə biz Rusiyaya deyil, Rusiya bizə möhtacdır. Bunu anlamağa zorluq çəkənlər aralığı boşuna tozlandırmasınlar. Bu durumdan qurtulmaq üçün Rusiya çox şeyi ayaq altına alacağını isə heç unutmayın. Bu gün 1960 nəfərlə bölgəmizə gələn rus sülhhməramlıları dünyanın bu sahədə ən etibarsız qurumu kimi tanınmaqdadır və bu missiyanı heç yerdə həyata keçirə bilməyib. Yəni bu pis imici bilməyimiz bizim xeyrimizədir. Biz qələbəmizə qarayaxmaq əvəzinə, buna qarşı öz kontrlarımızı cızmalıyıq. Məlumat üçün 1991-1992-ci illər ərzində Qarabağda olmuş və aşkar ermənilərə işləmiş bir sıra hərbi hissələrin adlarını açıqlayacağam. Əlbəttə illərcə sizlərə, yalnız 366-cı polkdan bəhs ediblər və bu hərbi hissələri ilk olaraq mən açıqlayıram. Bilmirsiniz bu hərbi hissələr 1991-ci ildə buranı tərk edərkən öz silahlarını nə etdilər?
НКАО-Dağlıq Qarabağ
— в/ч 2087 42-й Гадрутский Пограничный Отряд 1988-1992
— в/ч 3214 НКАО 1989-1991 год
-в/ч 3217 НКАО 1989-1991 год
-в/ч 3408 НКАО 1991 год
-в/ч 3500 НКАО 5-й полк ОМСДОН Степанакерт 1990 год
-в/ч 3641 НКАО 1989-1991 год
-в/ч 3642 НКАО 1989-1991 год
-в/ч 3655 НКАО Дон 100 47-й полк 1989, ДЕКАБРЬ 1990- МАРТ 1991, СЕНТЯБРЬ 1991- ДЕКАБРЬ 1991
-в/ч 3656 НКАО 1989-1991годa
-в/ч 3663 НКАО 1991годa
-в/ч 3670 НКАО 1989-1991 годa
-в/ч 3671 НКАО 1991годa
-в/ч 3673 НКАО 1991 март-июнь (1992)
-в/ч 5402 НКАО 1991 год
-в/ч 5421 НКАО 1991 год Степанакерт, Аскеран
-в/ч 5423 НКАО 1991 год Мартунинский р-н
-в/ч 5424 НКАО январь-август 1989, Степанакерт; 1991 год
-в/ч 5425 НКАО июнь — октябрь 1991 год Степанакерт ж/д вокзал
-в/ч 5426 НКАО 1990 г
-в/ч 5430 НКАО 1990 год Шаумяновск, Азад
-в/ч 5434 НКАО 1988-1990 год Мартуни, Степанакерт, Агдам, Физули
-в/ч 5437 НКАО 1991 год Ходжалы
-в/ч 5439 НКАО лето 1990 года Аскеран
-в/ч 5444 НКАО октябрь-декабрь 1990 год Агдам
-в/ч 5446 НКАО июль-октябрь 1990 год Аскеран, Ходжалы
-в/ч 5451 НКАО 1989-1991 год Агдам
-в/ч 5458 НКАО 1990 год
-в/ч 5459 НКАО 1991 год Ходжалы-Шуша
-в/ч 5460 НКАО 1989 год Шуша; февраль-июль 1991 год Гадрут
-в/ч 5462 НКАО 1988-1989 год НКАО
-в/ч 5466 НКАО лето-осень 1990 год Гадрут, Физули
-в/ч 5470 НКАО 1988 Степанакерт
-в/ч 5471 НКАО 37 СМПМ 1988-1991 год Степанакерт
-в/ч 5476 НКАО 1990 год Степанакерт
-в/ч 5477 НКАО 1991 год
-в/ч 5478 НКАО 1991 год
-в/ч 5480 НКАО 1991год
-в/ч 5483 НКАО осень 1991 года Шуша
-в/ч 5518 НКАО 1991 год
-в/ч 5525 НКАО 1991 год
-в/ч 6700 НКАО 1990 год Степанакерт
-в/ч 18920 НКАО 366 МСП Степанакерт 1988-1992 год
-в/ч 21990 НКАО Шуша декабрь 1991-февраль 1992 года
-в/ч 35710 НКАО 1989-1991 370 Гвардейский МСП
-в/ч 39828 НКАО 1988-1992 622-й ОБХЗ Степанакерт
-в/ч 48652 НКАО, Агдам 1988-1992 97-й ОИСБ
-в/ч 49843 349 МСП участок границы Горис-Кафан с 16.06.91 по 16.03.92 г.
-в/ч 54121 НКАО, Лачин 01.01.91-07.07.92 годa группа арт полка 23-й МСД,со взводом разведбата
-в/ч 64406 НКАО 1991 год
-в/ч 73879 227-й мотострелковый полк 1990 на участке Агарак — Мегри — Шванидзор
-в/ч 78544 793-й Транспортно-Боевой Вертолетный Полк
-Алма-Атинская ССШМ МВД СССР 1990 годa Джебраил, Физули, Гадрут
-Волгоградская высшая следственная школа МВД СССР Степанакерт 1989-1990 годa
-Днепропетровская ССШМ МВД СССР март-июнь 1990 Степанакерт, Ходжалы, Аскеран
-Хабаровская высшая школа МВД СССР Степанакерт 1989-1991 годa
-Харьковское Высшее Военное Училище Тыла МВД СССР…
Bu siyahıda yalnız SSRİ dağılanadək Qarabağda olan hərbi hissələri verdim. Həm də Gürcüstanda cəmi 1 polk, Moldovada bir baza vardı. Bunlar öz silahlarını separatçılara pay verib getdilər. Erməni və satılmışların məqsədlərini anladıq, bəs bizimkilər niyə möhtəşəm qələbəyə kölgə salmağa çalışırlar?
Hətta elələri var ki, evdə arvada qalib gələ bilməyən də çıxıb dünyaya qarşı savaş açmaqdan danışırsa bunun adı siyasi qısqanclıq və siyasi nadürüstlükdən qeyri bir şey deyil. Bunlar sadəcə İlham Əliyevin siyasi və hərbi yolla qazandığı uğurun miqyasını kiçiltməyə girişiblər. Buna görə də «danışılmış», «sifarişli» və s. kimi böhtanlar baş alıb gedir. Tökülmüş şəhid qanlarına hörmət etməyən bu adamlar heç bir savaşda qınlarından çıxmayıblar və heç bir yaxınlarını da döyüşlərə buraxmayıblar. Bu özündən bəylər sanki bu problemin həllini İ. Əliyev və R.T. Ərdoğandan da yaxşı bilirmişlər. Beləsinə nə deyəsən?

Yaxud kimlərsə çıxıb Rusiya ordusunu Azərbaycandan çıxarmaqdan dəm vurur. O faktı rəqəmlərlə açsam bunu deyənləri od vurub odlayarsınız. Bircə nüansı deyim ki, Qəbul edilmiş qərara əsasən SSRİ -yə məxsus silahlar, raketlər, nüvə başlıqları istisna olmaqla, yerdə qalan silahlar respublikalara verilib. Məsələn, keçmiş Sovet ittifaqının qərb respublikaları (Ukrayna, Moldova və Belarusiya), Orta Asiya və Qazaxıstandakı respublikalar ərazisində, keçmiş SSRİ Silahlı Qüvvələrinin bölgüsü, ərazilərindəki bütün birləşmələrin yerli yurisdiksiyaya köçürülməsi elanı ilə həyata keçirildi. Bu, Rusiya Federasiyası səlahiyyətlilərinin müqaviməti ilə qarşılaşmadı.
Quruluşlar, şəxsi heyət, silah və hərbi obyektlərlə birlikdə, heç bir xüsusi hədd və şərt qoyulmadan, respublikaların yeni yaradılan silahlı qüvvələrinin mülkiyyətinə keçdi. Biz nə etdik?
Bu sahədə də möhtəkirlik başladı. Bu gün özündən razı halda, «biz rus ordusunu Azərbaycandan çıxardıq»-deyənlər, siz buna doğrudanmı inanırsınız? Bəs o zaman nə əcəb Qəbələ RLS-i də ölkədən çıxarmırdınız? Onların satlıq heç nələri yox idi. Azərbaycanda yerləşən 4-cü ordu və onun bazalarındakı hərbi ehtiyyatlar SSRİ kimi bir imperiyanın Cənub cəbhəsinə qarşı silah-sursatının 60%-ni əhatə edirdi. Ordunu ölkədən çıxaranlar bizə 1-2 lüləyi kəsik tank və top saxladılar. Qalanlarını isə bu «qəhrəmanlar» silah ticarəti üçün sövdələşərək Ordu-KQB-nin tələsinə xırda silah-sursat alverçiləri kimi düşdülər. Ruslar Azərbaycanın haqqı olan silahları bicliklə satdı, izi itirmək üçün hücumlar, yağmalar, partlayışlar təşkil etdilər və yekun raportda yazıblar: «Фактически весь раздел формирований бывших ВС СССР на территории Азербайджана, которые Российской Федерацией были объявлены переведёнными под её юрисдикцию, происходил на почве насильственного захвата вооружений и военных объектов» (Захаров В. М. Часть II. «Военные организации постсоветских государств». Глава 3. «Раздел советских вооружённых сил» // «Военное строительство в государствах постсоветского пространства». — М.: Издательство РИСИ, 2011. — С. 42—63. — 380 с. — 300 экз.). Sonra da qaçıb getdilər.

Yəni bütün respublikalara mövcud hərbi ehtiyyatlar verildiyi halda, Azərbaycanda bu adamları bəhanə edib silahları, hətta Ermənistan daxil olmaqla region dövlətlərinə sataraq silah mafiyasına çevrildilər. İzi itirmək üçün hərbi bazalarda ardıcıl hücumlar və yağmalar təşkil edilməsi bir mərkəzdən idarə olunmuşdu. Bu başsız işlərdə kimilərdən istifadə edildiyini heç bir soyuq başla araşdırmısınızmı? Rusun 4-cü Ordusunu Azərbaycandan çıxarıb səfərbərliklə yığılmış Pskov polkuna ölkənin 20%-ni qurban verməyə nə ad verək? Böyük bir Ordunu qovmağa gücü yetən bəylərin bir polka gücü çatmırdımı? Heç görəsən bunların başçıları daxil, aralarında bir Orduda neçə polk olduğunu bilən varmı? Bu əsnada daha bir faktı da qeyd etmək yerinə düşər. Bu «urus ordusu qovanlar»ın xoşu gəlməyən Turkmənistan prezidenti Saparmurad Niyazov rus ordusunu ölkədən çıxararkən silahların durumunu yoxlatmış və 3 topun çaxmaqsız olduğunu üzə çıxarmışdı. O 3 topun çaxmağı yerinə qoyulana kimi rus zabitləri əsir kimi saxlatmışdı və yalnız toplar saz vəziyyətə gətirildikdən sonra onları azad etmişdi. Rusu belə çıxarmaq əvəzinə öz silahlarımızı rusların əliylə dağıdanlara ad tapa bilmirəm.
Rus ordusunu və onun 25 minlik erməni separatçı-terrorçu tör-töküntülərini bu qəhrəman Azərbaycan Ordusu bu ölkədən 30 il sonra, İlham Əliyevin Komandanlığı altında çıxardı. Bəli bu gün 1650 rus əsgərinin bu ölkədə olmasını heç kim istəmir. Amma siyasi və hərbi reallıqları tapdayıb keçmək üçün azca zaman lazımdır. Rusiyanın əsrlər boyu hegemonluq etdiyi bir bölgədə oyundan kənar vəziyyətə salınması bu savaşın ikinci və həlledici mərhələsi sayılmalıdır. Müasir vəziyyətdə erməni deyilən yığnağın nəinki Qarabağda, elə Qafqazda da işi bitib. Hədəflər aydın görünür. Biz düşmənə qarşı bu istiqamətdə mübarizəmizi davam etdirməliyik. Bütün aspektlərdə Qələbəni «bir nəfəs kimi» bizə bəxş etmiş şanlı əsgərimizə bənzəməyə çalışmalıyıq. Biz qalib kimi diqtə etməliyik. Qalibi ittiham etmirlər. Yoxsa qalib olmağı özünüzə yaraşdıra bilmirsiniz? Barı bu sadə həqiqətləri anlayın?

Qaldı Rusiya öz rolunu həddindən çox yüksək qiymətləndirmək şansına sahib deyil. Çünki bu gün o, qalibin deyil, məğlubun yanında duruşu seçə bilməz. Seçsə, bu onun son Qafqaz səfəri olacağını da yaxşı bilir. Rusiya Jirnovskiyə bənzəyən siyasətini tərgidib, normal siyasi reallıqlarla hesablaşmağa məcburdur.
Bəli, biz qalib gəldik. Biz qalibik və bu zəfəri kimsəyə pay vermək fikrində deyilik. Qoy bu da savaşın ikinci mərhələsi olsun.
Var ol, əsgər, var ol, Komandan! Bu xalq Sizə minnətdardır…
(Ardı var)
