Hikmət Hacıyev: «Azərbaycana dəymiş ziyanın qiymətləndirilməsi üçün beynəlxalq və yerli qurumlar cəlb olunacaq»

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, sentyabrın 27-dən indiyədək döyüşlər nəticəsində Azərbaycana dəymiş ziyanın qiymətləndirilməsi üçün beynəlxalq və yerli qurumlar cəlb olunacaq.

O bildirib ki, ümumi nəticə əsasında əldə ediləcək rəqəmlər beynəlxalq ictimaiyyətə də təqdim olunacaq.

«Bütün bunlar qiymətləndirildikdən sonra vətəndaşlara dəymiş ziyanın aradan qaldırılması istiqamətində lazımi tədbirlər görüləcək.»- o qeyd edib.

Hikmət Hacıyevin sözlərinə görə, Ermənistan silahlı qüvvələri yalnız cəbhə bölgəsindəki mülki əhalini və obyektləri deyil, cəbhə zonasından xeyli kənarda yerləşən şəhərləri, o cümlədən Gəncəni, Mingəçeviri, Xızını və digər şəhərləri ballistik raketlərdən atəşə tutub.

Bu xəbəri paylaşın: