AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayevin sosial şəbəkədə etdiyi paylaşımda Vətən Müharibəsində şəhid olan şəhid Amal Seyfəddin oğlunun xatirəsinə həsr edilmiş xatirə bulağının açılışını etdiklərini paylaşıb.
Paylaşımda deyilir: «AVMVİB Zəngilan rayon şöbəsi olaraq Biləcəri qəsəbəsində 2 ci Qarabağ müharibəsi şəhidi Alışanlı Amal Seyfəddin oğlunun xatirəsinə tikilmiş xatirə bulağının açılışını etdik. Açılış Şəhidin 40 mərasiminə təsadüf etdi. Şəhidin valideyinləri ilə görüşüb başsağlığı verdik. Allah bütün Şəhidlərimizə rəhmət eləsin.Vətən sağ olsun.
Qarabağ Azərbaycandır!»
Bu xəbəri paylaşın:




