Xaqani Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri
Müəllifdən: Bu yazı 06 mart 2018-ci ildə yayınlanmışdı. Azərbaycanda xristianlıq dövrümüzə aid tariximizə müsəlman kimi damğa vurmamız bizə məxsus abidələrə ermənilərin iştahasını günbəgün artırıb. Tarix elmimizdə yetərincə boşluqları Sovet hökuməti ilə bağlayan alimlər, əfsuslar olsun ki, müstəqillik illərində də bir iş görmədilər. Saxta erməni uydurmalarının qurduğu tor içərisində vurnuxmaqdan başqa ortaya bir yeni konsepsiya qoymadılar. Səbəb bəllidir ki, tarixçilərimiz, məlum Avrosentrizmin cızdığı xətti keçə biləcək ranqda biliyə və mənbələrə sahib deyillər. Köhnə streotipləri yıxmaq üçün cəsarəti olan alimlərimiz də yox dərəcəsindədir. Azərbaycan mövcud Avrosentrizmdən qurtulmayanadək ermənilərin yalanlarına son verilməyəcək. Biz neçə ki, öz sak-skuz, skif, iskit, quz, uz və s. adlandırılan özbəöz tariximizə sahib durmamışıq, ortaya konsepsiya qoya bilməyəcəyik. Çünki Avrosentrizm kahinləri bizimlə sak tarixi arasına yetərincə saxta mənbələr qoyub. Əfsuslar olsun ki, Albaniya, Ağvəng (Akvank, Ağvan və s.) adlanan dövlətin aborigen əhalisi saklar idi. Bu gün də bölgədə yaşayan aborigen və superetnos olan xalq onların özbəöz xələfləridir. Bu günədək Heredot və Plutarxda təsdiqlənən Skifin 3 oğul, yaxud səlnamələrdə bölgəyə gələn barsillər, alpinlərin tarixi barədə heç nə yazılmayıb. Bu geniş mövzudur. Amma bilinməlidir ki, Albaniyada 2 qol sak tayfası, Midiyada 3 qol sak tayfaları ölkənin sahibləri idilər və türk idilər.
Doğrusu Kəlbəcərin Qızıl Vəng kəndindən Xudavəng, əslində Arzu Xatun məbədində timsah göz yaşları tökən erməni həyasızlığını görəndə ağlıma gələn ilk sual, bu oldu ki, ermənilər, bizim babalarımızın məzarları üstündə ağlayıb bizə nə demək istəyirlər? Bu gün xaç və vəng sözlərini türk dilindən mənimsədikləri ortadadır. «Vəng» türkcə məbədlərin adıdır. Ermənilər kilsəyə — եկեղեցին (yekeghets’in) deyirlər. Azərbaycana məxsus bu Vənglərə isə öz dillərində «Qrakan» — bilgi evi, «Lyusi tun» (լույսի տուն) nur evi, işıq evi deməkdədirlər. Albaniya deyilən ölkənin adı Ağvəng ölkəsidir. Yəni «Ak, Ağ» -işıq, nur, vəng də məbəd deməkdir. Yəni Nur məbədləri ölkəsi. İzah üçün bir neçə misal da əlavə edirəm: Ağdam, Ağdərə, Ağcabədi, Ağsu, Ağstafa, Ağdaş və s. «Kitabi Dədə Qorqud» dastanında deyildiyi kimi Dərbənddən yandırılan odun şöləsi Suriyayadək ötürülürdü. Aktamarla bağlı yazdığım yazıda bu sözün də AK-işıq və tamar-damar sözü olmasını vermişdim. Yəni işıq damar. Orada cızılmış 12 həvari rəsmi 12 saat ərzində bir-bir, ardıcıl olaraq işıqlanır. Alban memarlıq ruhuna uyğun olaraq tikilməsi danılmazdır.
Biz öz tarixi abidələrimizə sahib çıxmadığımıza görə bu gündəyik. Azərbaycanda 300 illik bir erməni məzarı tapması mümkün olmayan bu hay-boş yığnağı, Artemid və Afrodita məbədlərində hiyeredulların peydahladığı bu xarabəlik yarasaları bizi buncamı avam sayırlar?
Düşməni 24 saat yatmayan bir xalq yatmamalıdır. Bunca məkrli, yalançı və oğru bir yığnaqla qonşu olan bir millətin yatmaq haqqı yoxdur.
TƏKRAR:
Ortaya saxta Səlcuqlu yürüşünü atıb bizim hamımızı gəlmə elan ediblər. Özü də bu tarixi mövzunu SSRİ ərazisində, əsasən erməni müəlliflər daha çox araşdırması faktdır. Avrosentrizm öz tariximizə yaxın düşməyi qadağan edib. Elmlər Akademiyaları onun jandarması rolunu həyata keçirən bir qurumdur. Hər cür yeniliyə qarşı çıxan ilkin instansiyadır. Bizim tariximizin Albaniya dövrü hay yalanları və həyasızlığı içində görünməz edilib. Xüsusən də ermənilərin məqsədli şəkildə sızdırdığı saxta mənbələri «göydə qapan» yeni albanşünaslar daha təhlükəli bir yola qədəm qoyublar.
Əlifbanı oxuya bilməyənlər alban dili barədə danışırlar. Albaniya dövrü bizim ərazilərdə izi olmayan bir etnik qrup özünü albanların varisi hesab edir və hətta əsərlər yazırlar. F. Məmmədovanın antitürk mövqeyini əsas götürənlərin tək istinad mənbələri saxta hay mənbələridir. Bu alimciklər, heç olmasa bilmirlər ki, bu mənbələrin 99 faizini fransızlar uydurub. Məqsədləri hay-boş qaraçılarına erməni köynəyi geydirməkdən ibarət olub. Bircə faktı xatırladım ki, bu gün də özünə hay deyən bu saxtakar millətə məqsədli şəkildə erməni deməyə məcburuq. Amma bu qaraçılar hələ əsrin əvvəllərində tarixdə ilk dəfə ABŞ mandatı və Osmanlının əliylə İrəvan torpaqlarında yaradılan dövlətciyini Ararat Respublikası adlandırırdı və Ermənistan adını bu ölkəyə Sovet hökuməti verdi. Amma Azərbaycanda yaşayan istənilən tayfanın tarixi izlərini araşdırsanız dünya tarixinin fövqündə dayanar. Belə tayfaların biri də Kolanı tayfasıdır. Bu tayfanın tariximizdə az araşdırılması onun qədim tarixiylə bağlıdır. Azərbaycanda tarixi varolmamızı IX-X əsrlərdən qabağa daşımağa nə Avrosentristlər, nə də Kommunistlər icazə vermirdilər. E. ə. Anadoluda mövcud olmuş Gelaniya və Sak/sang tayfası kimi və onun hökmranlıq qolu olması ilə bağlıdır. Bu geniş bir mövzu olduğu üçün sizlərə Herodotun ruscaya yanlış tərcümə edilən bir hissəsini təqdim edəcəyəm: » Herodot skifləri yazarkən Targitos (Targitay,Tangrıtay) oğullarının adını Arpoxais ( Ərbəksay-Arbaksar), Lepoxsais (Alpoksay-Alpoksar) və Koloxais (Koloksay- Kolangsar) (IV,5), yaxud Qeraklın (Qoroğlu) oğullarını Agathyrsos (Ağacəri), Gelonos (Kolanlı), Skithes (İskit) (IV, 10) adlandırıb. Bu ad makedonlarda-Gauanes, Airopos və Peredikkas (VIII,137), şimali germanlarda — Elqfrodi, Forir və Bödwar, yaxud Wili, Wodin və We, yaxud da Ingiwio, Istwio və Irmino adlandırırdılar. Bu adlardan yalnız biri yunan, iran, german və hind dilində «üçüncü» mənasında işlənilib. «Frid», «Tritos»,»Frita», «Trita». Bu da sonuncu oğulun sıra nömrəsidir və işarət Kolaksarın üstünə düşür»…
Kolanıların tarixi araşdırmalardan kənarda saxlanması barədə geniş araşdırmalarım var. Albaniyanın 123 il katolikosları da bu tayfadan olmaları da üzdə olan bir məsələdir. Lakin bu yazıda bir alban tarixçisini sizlərə tanıtmağa çalışacağam.

Musa Kolanqatlının ismiylə bağlı eyni üsulla bizi çaşdırmağa çalışıblar. Hayların dil qüsurlarına görə Kağankatvatsi («L» səsinin əvəzlənməsi hay dilinin qrammatik qüsurlarından olmasını filoloqlar təsdiqləyirlər), Kalankatlı, Kalanqatlı, Kalankaytuklu və s. kimi yanlış praformaların ortaya atılmasını bizim haybaşlılar edib. Ərəb yazısında saitlərin yazılmaması bu sözü [KLNKTL] şəklində verir. Amma bizim «danabaşlar», bunu da kalankatlı, kalankaytuklu kimi oxuyurlar. Qəlblərində «hay bicliyi» olanlar bu xalqın tarixini yaza bilməzlər. Burada incə bir məqam var.Kolanqat toponimdi, yəni Musanın doğulub böyüdüyü kəndin adıdır. Sözün sonundakı -kat məkan, kənd anlamını bildirir. Hazırda Türkiyədə saxlanmış Yozqat toponimini nəzərdən keçirmək kifayətdir. Görkəmli tarixçimiz Yusif Yusifov («Qədim Şərq tarixi») «qat» (kat) sözünün etimalogiyası ilə bağlı Parsaqat toponomində bu sonluğun yer, kənd anlamında işlənməsini qeyd edib. —Kat (qat) sonluğu əski Sak-Oğuz sözüdür. Bəziləri bu sonluğu Sasanilərlə bağlamağa çalışsa da, yetərli sübutlar ortaya qoyulmayıb. Çünki bu sonluq Sasanilərdə, əsasən «-kert» sonluğu ilə bitirdi və bu gün bu sonluğu yanlış olaraq erməni dediyimiz haylar az qala özlərinin söz «yaradıcılıqları» kimi təqdim etməyə çalışırlar. Eyni cür də sasanilərə aid «berd»-qala sözünü haylaşdırıblar.
Kolanqat kəndinin indiki Ağdərə rayonunda yerləşməsi faktı sabitdi. Birincisi, bu kənd dəfələrlə dediyim kimi konfederal Albaniya-Ağvəng dövlətinə daxil olan Kolmank əyalətinin ərazisində yerləşirdi. Əslində bu adda [m] hərfi mənbələri öz əlinə keçirmiş erməni tərcümanlar tərəfindən artırdığı bir hərfdir. Çünki ən son tarixi mənbələrdə («Qarabağnamə»lər) adı keçən Kolanı mahalının kordinatları və 3 çayın vadisində yerləşməsi barədə məlumatlar deiyimi təsdiqləmək üçün yetərlidir. İkincisi, ərəb müəlliflər-Əl İstəxri (X əsr), Əbu Hövqəl (XI əsr), İbn İdrisi (XII əsr) və s. bu kəndin Bərdədən 9 fərsəx (təxminən 55-56 km) məsafədə Dəbil (Dvin) ticarət yolunun üzərində yerləşdiyini qeyd edirlər. Əl İstəxri yazırdı: «Bizans orduları öz düşərgələrini Kolankatak kəndində axar çayın sahilində qurdular». Çox güman ki, bu böyük Tərtər çayı olsaydı əsərdə qeyd edilərdi. Axar xırda çaylar ərazidə Abasalı və Arxana çaylarına uyğun gəlir. Bu iki çayın arasındakı ərazidə isə Sarşen adlanan (Yəni Baş şəhər, Çar şəhər) Qala-kilsə kompleksi vardı. Kolanı kəndi Umudlu ərazisində olan bu abidənin möhtəşəmliyi onun keçmiş əzəmətindən xəbər verirdi. Bu şəhər kimi uzun illər Kolanı konfederal əyalətinin mərkəzi olması şəksizdir. Albaniya dövrü Böyük Kolanı (Kolmank, Mets Kolmank sözlərinə yanlış olaraq -m hərfi artırılması aydın olur),sonralar xanlıqlar dövrünədək Kolanı mahalı adı qorunub saxlanmışdır.
1902-ci ildə Şamaxı keşişi olmuş M.Barxudaryan yazdığı «Albaniya tarixi» əsərində də bu kənddən bəhs edib: «Kolankat kəndi xarabalıqları Tərtər çayının solunda Divdakan və Matagiz kəndləri arasında yerləşirdi və hazırda bir-neçə azərbaycanlı ailələrinin yaşadığı bu yerdə Qarı körpüsü deyilən çayüstü körpü deyilən yerin yaxınlığında idi». Lakin bu məlumatlarda qeyri dəqiqliklər var. Matagiz (Suqovuşan) dediyi kənd rusların işğalından çox sonralar 1905- ci il hadisələri zamanı yandırılmış Çıraqlı kəndinin yerində salınmışdı. Mirzə Balanın yazdığı «Azərbaycan tarixində türk Albaniya»əsəri də bir çox qaranlıqlara işıq salır.
Əl Müqəddəsinin məlumatlarında Matris (yunan mənbələrində Matalis) kimi göstərilir və Bərdədən 13 fərsəx (təxminən 80 km) olduğu bildirilir. Bu kənd Kəlbəcər kolanılarına məxsus Qızılvəng kəndidir.
Bu ərazilərin tarixini e.ə. 9-cu əsrdən etibarən izləmək mümkündür. Kolanı yurdu olmuş bu torpağın yetirmələrindən biri, məhz Musa Kolanqatlıdır.
Mir Mehdi Xəzani «Kitabi -tarixe Qarabağ» əsərində yazır: «…Tərtər çayı sahilindəki Uşacıq künbəzindən yuxarı ta Göyçə gölünün sərhəddinədək ki Kolanı məskənidir və İrəvana tabedir, İrəvan hakimindən zəbt eylədi». Əslində isə Qarabağ xanının Cavanşir bəyləri nəslindən olması səbəbindən kolanılar bu xanlığı könüllü seçmişdilər. Əslində Kolanılar arasında Cavanşirlər bir tirə təşkil edir.
Beləliklə, Albaniya tarixini yazmış Musa Kolanqatlı indiki təbirlə desək Musa Kolanqatlıdan, yaxud Kolanıkəndlidən qeyrisi deyil. Doğulub böyüdüyü ərazi SARSANG bölgəsi idi, yəni ÇAR SANG. Bunu ruslar və yunanlar «Çar Skiflər», «Tsarskie skifı» kimi tərcümə ediblər. Bizim «dahi»lərin isə fars atalarının dilində etdikləri etimoloji yozuma diqqət edin-«SƏR»-farsca «BAŞ», «SƏNG» isə guya «DAŞ» deməkdir.» Əslində sak, skif yunan və ironilərin dediyi praformadır. Saklar özlərini Sang adlandırırdılar. «-NG» səsi, yəni sağır nun hərfi — Ň ň (sağır nun), məhz qədim türklərə məxsus olan bir hərfdir və yad millətlər bu səsi bəzən K, Ç, C və s. kimi tələffüz etmişlər. Bu gün də Sanqalan, Sanqaçal, Kürsəngi və s. yer adlarında bu söz qalmaqdadır…
Bunca üzdə olan həqiqətləri görməyənlərə nə demək olar? Görüm sizə baş daşı qismət olmasın». Türklüyü ölmüş kişiyə, qədimdə balbal düzəldilməzdi…





