Rüstəm Muradovun işi Araiklə selfi çəkdirməkmidir?

Çağrılmamış ölkəmizə gələn rus «sülh məramlılarının» komandiri Rüstəm Muradov quldurbaşı Araikə yaman dadanıb. Selfi çəkdirdiyi Araik Arutunyan barəsində cinayət işi qaldırılması bu adamın nəzərinə çatdırılmalıdır. Sələfi Arkadi Volski kimi bizim qanunları bu şəkildə pozmasına yol vermək olmaz.

Xatırladaq ki, Azərbaycan Respublikasının işğal olunmuş Qarabağ bölgəsində yaradılmış quldur rejimin qondarma başçısı Araik Arutunyan 4 oktyabr tarixində “Facebook” sosial şəbəkəsində Gəncənin mülki əhalisinin sıx yaşadığı məntəqələrin ağır artilleriyadan atəşə tutulması barədə göstəriş verdiyini açıqlayıb. Bununla bağlı Araik Arutyunyan barəsində cinayət işi açılıb.

Bunu Respublikası Baş prokurorluğunun mətbuat katibi Günay Səlimzadə 05.10.2020-ci ildə keçirilən brifinqdə deyib.

O bildirmişdi ki, bununla bağlı Araik Arutunyan barədə cinayət işi açılıb: “Belə ki, qondarma rejimin qondarma başçısı Araik Arutunyan barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Baş Prokuror tərəfindən açılan cinayət işləri ilə bağlı istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub. Araik Arutunyan və həmin qanunsuz qurumun digər hərbi-siyasi rəhbərliyinin sülh və insanlıq əleyhinə, o cümlədən müharibə cinayətləri törətmələri ilə bağlı cinayət məsuliyyətinə cəlb olunmaları üçün zəruri tədbirlər görülür”.

Bu xəbəri paylaşın: