Operativ Qərargahın məlumatı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2597 yeni yoluxma faktı qeydə alınıb, 1354 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 83 min 994 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 59 min 465 nəfər müalicə olunaraq sağalıb, 1053 nəfər vəfat edib, aktiv xəstə sayı 23 min 476 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 874, ötən müddət ərzində isə ümumilikdə 1 mln. 562 min 442 test aparılıb.

Bu xəbəri paylaşın: