Müzəffər Ordumuzla daim çiyin-çiyinə olan AVMVİB

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) «Orduya dəstək» Qərargahından verilən məlumata görə, Vətən müharibəsi başladığı gündən etibarən, ordumuza maddi və mənəvi dəstəyini bu gün də davam etdirilir.

AVMVİB-nin bütün rayon şöbələri kimsədən göstəriş gözləmədən öz imkanları daxilində və daha artıq işlər gördülər. Öz vicdanlarının səsiylə Ordumuzun, şəhid ailələrinin yanında olmağa çalışdılar və cəbhədə döyüşmək üçün məqam gözlədilər.

Bu gün də o ulu dağların o üzündə xarabazara çevirilmiş yurd yerlərini Vətən eləyən Ordumuzun yanındayıq. AVMVİB sədri Füzuli Rzaquliyev, AVMVİB sədrinin müavini İslam Səfərov, AVMVİB Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov, AVMVİB Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynov, AVMVİB-nin fəxri üzvü Hacı Rövşən Məmmədov və digər veteranlarımız bir daha Ordumuzla birgə olduqlarını nümayiş etdiriblər.

Ordumuza və veteranlarımıza eşq olsun!

Qarabağ Azərbaycandır!

Bu xəbəri paylaşın: