Ermənilər indi də qızılımızı çıxarmağımızın dərdini çəkir

Ağ Ev Aparatının keçmiş başçısı Qarabağ mədənlərindən çıxarılacaq qızıldan pul qazanacaq.

Britaniyanın Anglo Asian Mining şirkəti Azərbaycanın nəzarətinə keçən Dağlıq Qarabağ ərazilərində də qızıl çıxaracaq.

«ProArmenian» Məlumat Mərkəzi tərəfindən 18 noyabr, çərşənbə günü bildirildiyi kimi, AAM törəmə şirkətləri ilə birlikdə bölgədəki qızıl və mis layihələrinin kəşfiyyatı ilə məşğuldur və əsas aktivləri Azərbaycanda yerləşir.

Şirkət rəhbərlərindən biri Ağ Evin keçmiş rəhbəri və New Hamşir ştatının qubernatoru Con Sununudur.

Elnur Səlim

Bu xəbəri paylaşın: