Новости-Армения saytı belə bir xəbər yayınlayıb: «Sovetlər dönəmində Ermənistanla Azərbaycan arasındakı sərhəd Qafan hava limanının ərazisindən keçib, lakin hava limanı Ermənistan ərazisində qalır. Bu barədə Ermənistanın Birləşmiş Məlumat Mərkəzinə Qafan şəhərinin meri Gevorq Parsyan məlumat verib.
Rusiya Federasiyası, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr tarixli üçtərəfli açıqlamasına görə, Laçından keçən 5 kilometrlik Laçın dəhlizi istisna olmaqla, Laçın bölgəsi 1 dekabrda Azərbaycanın nəzarətinə keçəcək.
Bir faktı da təkrarlamaq yerinə düşərdi ki, Ermənistanla bütün sərhəd boyu demorkasiya etməliyik. Düşmən sərhəddimizin bir çox hissəsində mövcud coğrafi vıə hərbi strateji yüksəkliklərdə blok postlar və dotlar yaradıb. Biz öz sərhədlərimizə addım-addım sahib çıxmalıyıq.
Elnur Səlim