«NAIL KEMERLININ KANALI» AVMVİB sədri Füzuli Rzaquliyev haqqında filmi döyüşçülər razılıqla qarşılayıb. Müharibə veteranları adından kanala öz minnətdarlığımızı bildirir və işlərində uğurlar arzulayırıq.

N. Kəmərli yazıb: «Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Ədəb oğlu Rzaquliyev Milli Ordumuzun yaranmasında iştirak etmiş ilk zabitlərimizdən olan, Birinci taborun (18110) tərkibində tağım komandiri kimi F. Rzaquliyevin ilk döyüşü Sarısu istiqamətində, Erkəş, Mənəş və Buzluq yaşayış məntəqələrinin düşməndən azad edilməsi uğrunda olub. Sonra Daşaltı, Şuşa, Kəlbəcər, Laçın, Ağdərə istiqamətərində gedən çox saylı ağır döyüşlərin iştirakçısı kimi bu döyüşlərdə özünü bacarıqlı bir komandir kimi göstərib. Məhz göstərdiyi çoxsaylı şücaətlərə görə, ona döyüş dostları Koroğlu ləqəbi vermişdilər. Bu döyüşlərdə yaralansa da son Atəşkəs gününədək ordu sıralarını tərk etmədi.»
Hər kəsi bu kanala abunə olmağa çağırırıq!