Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Orduya Dəstək Qərargahı bu günədək ordumuzla sıx əlaqədə olaraq əsgərlərimizin yanında olmağa və onların istəklərinin həllində yardımçı olmağa çalışıb. Cəbhənin bütün istiqamətlərinndə biz vardıq.
Bu gün də qəhrəmanlarımızın geri dönüşünü mərasimlərlə qarşılamaqdadırlar. AVMVİB Suraxanı rayon şöbəsinin təşkilatçılığı ilə qəhrəman əsgərlərimizin qarşılanma mərasimi keçirilib.
AVMVİB Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov və rayon veteranları mərasimdə yaxından iştirak ediblər. AVMVİB Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov bildirdi ki, bundan sonra da bu tip tədbirləri davam etdirəcəyik. Bu tədbirlər yetişməkdə olan gənc nəslin vətənpərvər ruhda böyüməsinə və qəhrəman əsgərlərimizin ruh yüksəkliyinə təkan verir.
Qarabağ Azərbaycandır!
Türkay Xaqan