AVMVİB Xocavənd rayon şöbəsinin sədri Akif Həsənovun verdiyi məlumata görə, rayon veteranları ordumuza dəstəklərini davam etdirməkdədirlər.
AVMVİB Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov bildirdi ki, hadisələrin ilk günündən cəbhənin müxtəlif istiqamətlərində ordumuzla və döyüşən hərbi kontingentlə təmaslarımız olub. Yenilməz ordumuz Azərbaycanı hər cür düşməndən qorumağa qadirdir. Hər bir köhnə döyüşçünün və gənc döyüşçünün amalı eynidir. Bizi bir amal «Vətən torpaqlarının azad edilməsi» birləşdirir. Bu gündən sonra da ordumuzla birlikdə olmağa davam edəcəyik.
AVMVİB Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov, bir də müharibə veteranlarının keçiriləcək Qələbə paradında veteranlara bir kolonun ayrılmasını aidiyyatlı orqanlara çatdırmağımızı xahiş etdi. Bildirdi ki, Vətən müharibəsində döyüşənlərin böyük əksəriyyəti elə biz veteranların övladları olması heç də təsadüfi deyil. Həm özümüz, həm də övladlarımız Vətən uğrunda hər bir savaşda Ali Baş Komandan cənab İlham Əliyevin verəcəyi əmrə müntəzirik və bunu əməli olaraq bu müharibədə də sübut etdik.
Elnur Səlim

