Bu gün böyükdən kiçiyə hərkəs şanlı Azərbaycan ordusunun bir daha tarix yazacağına çox əmindir. Bu əminliyin və yüksək etimadın isə təbii olaraq yalnız bir səbəbi var. Ordumuzun gücü. Bildiyimiz kimi, sentyabr ayının 27-si səhər saat 6 radələrində Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutub.
Çox keçmədən qoşunlarımız bütün cəbhə boyu əks-hücum əməliyyatına başlayıb. Qısa bir müddətdə işğal altında olan bir neçə kənd və bir sıra vacib yüksəkliklər azad olunub. Hər kəs bu müqəddəs savaşda ordumuzla birgə olmağa can atıb. Belələrindən Alp Turan Döyüş klubu, Yıldız Derneyi təşkilatı,Türk Birliyi Milli MüdafiəKonfederasiyası, Oğuzlar Timi Bozqurdlar da belələrindəndi.
Bunu Sənan Əliyev deyib. O, bildirdi ki, Altay Atakişiyev, Əli İsmayılov, Zamin Babayev, Sənan Nəcəfov, Seymur Əliyev, Ədalət Mollayev, Sevinc Əliyeva, Lalə Mustafayeva, Navid, Əzəmət, Yusif, Babək, Mustafa, Cavid, Toğrul, Umud, Hacı, Emin, Yağmur, İsa, Seyidəzim, Malik, Yalçın, Elnur, Osman, İlkin, Rəhman, Rza, Anar, Mais, Əli, Məhərrəm, Hamlet, Əmir, Saday və onlarla digərləri ordumuzla birgə olmağa can atdılar. Əllərindən gələni əsirgəmirdilər. Xüsusən də qəhrəman generalımız Polad Həşimovun şəhadətindən sonra ordumuzun və dövlətimizin yanında olmağa qərar verdik. Bu gün də bu yolda yürüməkdəyik.
Nurlan Məmmədli





















