“İstanbul mutlaka fethedilecektir. Onu fetheden komutan ne güzel komutan, o ordu ne güzel ordudur.” (Hedisi Şerif)
Ordumuzun şücaətindən qorxuya düşən düşmənlərin gözü böyüyüb. Öncə dedilər ki, mücahidlər gətirilib, sonra Türkiyə Ordusu, daha sonra Pakistan, daha sonra İstrail, daha sonra yad planetlilər və daha nələr dedilər. Bizim ordu Tanrının Ordusudur. Sadəcə bunu görə bilmədilər, düşmənlərimiz. Dünyanın 4 yanından yığdıqları terrorçular da kara gəlmədi. Hətta həyasızcasına ruslara dedilər ki, siz çoxsunuz, biz az. Gəlin bizim yerimizə ölün.
Axar.az saytında maraqlı bir yazıda deyildiyi kimi: «Əsgərlərimizin yaddaşından parçalar yayılır tez-tez:
…Bir dəstəni kəndə hücum etməyə göndərirlər, az sonra arxalarınca dəstək qrupu gəlir və bunları tapa bilmir; axtarırlar, axtarırlar, əsəbiləşirlər, xeyli gedəndən sonra qarşıda tapırlar və bunlara deyirlər ki, hara gedirsiniz, dayanın: sizə «bu kəndi al» deyiblər, 4 kəndi almısız, hələ də gedirsiniz?!
…Texnikalar vurulur, Şuşaya gedən yolu məhv olmuş zirehli maşınlar bağlayır və… Texnika ilə birgə piyada qüvvələri hücum etsin deyə 20 yaşlı bir gənc URAL-a – tanka yox, məhz URAL-a — oturub, o məhv olmuş texnikaları bir-bir vurub yoldan çıxarır, yolu təmizləyir və son anda, özü vurulanda da dayanmır, URAL-ı yoldan çıxarıb aşırır ki, yolu kəsməsin, arxasınca Ordumuz gələ bilsin!
…Hücum qüvvələrindən öncə gedən xüsusi təyinatlı heyrətlə danışır: biz öndə gedirdik, ala-ala, dağıda-dağıda. Arxamızca qüvvələr gəlib aldığımız yerləri təmizləyir, yerləşirdi. Ancaq hiss edirdik ki, bizdən əvvəl sanki gedənlər var – kim idi onlar? Heç vaxt onları görmədik. Sanki duman idi, yel idilər, önümüzcə sanki təmizləyirdilər və biz anlaya bilmirdik ki, bizdən qabaqdakı bu izlər nədir? Axı, tapşırıqla öndə biz getməli idik…
O qədərdir bu cür heyrətamiz döyüş hadisələri ki!
Ordumuz bir külək kimi, qasırğa kimi, tufan kimi, dalğa kimi Vətən üçün, Yurd üçün savaşırdı. Küləyə, qasırğaya, tufana dönən əsgərin qarşısında nə dayana bilər ki!
Ermənilər ona görə şokdadır; döyüşdə olan erməni əsgərlərə ona görə reabilitasiya kursları təyin edilib!
Bunun adı Vətən sevgisidir – ermənilər bilməz!
Bunun adı Türk Qüdrətidir – bunu isə ermənilər çox yaxşı bilir, sadəcə, yeni nəsilə unutdurmuşdular.»
*****
Fransadan könüllü olaraq Qarabağa gəlmiş erməni döyüşçünün danışdıqları: «Ən böyük qorxumuz Dron və PUA — lar idi. PUA — ın səsini eşitdinsə artıq ölmüsən. Onlardan qaçış mümkünsüzdür. Vızıltı eşitdinsə demək artıq nişangahdasan və nə etsən də, hara qaçsan da ölümdən qurtuluşun yoxdur.
Onlar (Azərbaycan Xüsusi Təyinatlıları) ən çox gecələr, dumanlı və çiskinli havalarda gəlirdilər.
Əsgərlər səngərlərin qarşısına kartof çipsisi tökürdülər ki, onlar gələndə xışıltıdan bilsinlər. Onların gəlişi sanki ölüm mələyinin gəlişi kimiydi. 3 — 4 nəfərlə gəlib, səngərdəki silahlanmış 20 — 30 erməni əsgərini öldürərək, gəldikləri kimi də yoxa çıxırdılar. Gecələr ova çıxmış ac canavara bənzədirdik biz onları.
Bir az real çıxmasa da bəzən düşünürdük ki, onlar, ümumiyyətlə insan deyillər. Bəlkə də ya zombi, ya da robot idilər. Üstümüzə gələndə pulemyotla vururduq, yıxılırdılar, bir az yerdə eşələnib sonra yenə qalxıb üstümüzə şığıyırdılar. Hətta özüm dəfələrlə şahidi olmuşam ki, bu gün öldürdüyümüz əsgər sabah dirilərək yenə üstümüzə gəlirdi. Deyirlər ki, 1500 erməni əsgəri 5 — 6 Azərbaycan əsgərinin qarşısından qaçdı. Bəli, qaçırdıq. Çünki qaçmasaydın ölümün mütləqiydi.
Yenə deyirəm, onlar insan deyildilər. Nəsə ölümsüz bir şeydilər. Öldürmək olmurdu, vurduqca yıxılıb, yenidən qalxırdılar.
Şuşa döyüşləri daha dəhşətliydi. Biz onları yoldan gözləyirdik, amma bir də ayıldıq ki, onlar artıq canavar sürüyə girən kimi içimizə giriblər, həm də yalın əllə. Çox dəhşətli bir döyüş idi. Erməni əsgərlərini dişləriylə parçalayırdılar. Xankəndinə gətirilən meyitlərin əksəriyyətinin boyunlarındakı şah damarları dişlə qoparılmışdı. İnsan bunu edə bilərmi? Əlbətdəki yox. Bunu ancaq zombilər edə bilər. Deyirlər ki, «Artsaxı» azad etmək üçün yenidən müharibə edəcəyik. Bu zombiləri görən əsgər ya zabit bir daha «Artsax»da döyüşmək istəməz»…
*****
Fransanın məşhur «Le Monde» qəzetinin Qarabağda olan müxbiri öz reportajında yazıb. Məqalədə bildirilir ki, Şuşanın erməni müdafiəçiləri geri çəkilib:
“Onlarla yaralı yük maşınında bir-birinin üstünə qalaqlanaraq Xankəndi hospitalına aparılıb. Digərləri dağdan aşağı enir və gələcəkdə döyüşüb-döyüşməyəcəklərini bilmirlər. Yolda onlar yüklərini tullayırlar ki, artilleriya atəşindən yayına bilsinlər. Xankəndi bunu inkar etsə də, şənbə gününə keçən gecəki döyüş Azərbaycan ordunun qələbəsi iıə yekunlaşıb».
Düşmən Fransaya məxsus Le Mond başqa bir məqalədə yazmışdı: «Qalan döyüşçülər yorğun halda yol boyu hərbi geyimlərini çıxarıb ataraq döyüşə qayıdıb-qayıtmayacaqlarını məlum olmadan dağdan enir. Bu döyüşlərin həlledici gününə bənzəyir.
«Stepanakert”də olan «rəsmilərin” inkar etməsinə baxamayaraq, 6 noyabr cümə günündən etibarən döyüş Azərbaycan güvvələrinin xeyrinə dönməyə başlayıb. Məqsədləri Ermənistanla müharibə zamanı (1988-1994) itirilmiş Dağlıq Qarabağı geri almaq olan Bakı qoşunlarının Şuşaya yaxınlaşmasından təxminən bir həftə keçir. Əsas döyüş əməliyyatları bir müddət Daşaltı kəndi yaxınlığındakı meşələrdə davam edib. Bu döyüşlər çox ağır keçib. Üç gün ərzində xüsusi təyinatlılar Şuşanın ətrafındakı yollar boyunca şəhərin müdafiəsini öyrənmək məqsədi ilə kəşfiyyat əməliyyatları aparırdılar.
«Stepanakert”i Şuşa və Laçın dəhlizi ilə Ermənistanla birləşdirən əsas yol bu hücumlar nəticəsində 4 noyabrda bağlanmışdı.
«Azərbaycanlılar Şuşaya çatıblar. Şəhərdə döyüşlər gedir. Biz Kalaşnikov avtomatı ilə döyüşürük”, — xəstəxananın təcili yardım otağında ayağından yaralanan bir əsgər deyir.
O, ona verilən əlil arabasından imtina edir və təkbaşına hərəkət etməyə çalışır. Onun ətrafı xaosdur. Avtomobilin furqonundan yeddi yaralı düşürdülür. Onların aldığı xəsarətlər əlbəyaxa döyüşlərin getdiyinin sübutudur. Təcili yardım maşınları saysız-hesabsız gediş-gəliş edirlər. Avtomobildə yaralı əsgərlər bir-birinin üzərinə qalaq-qalaq yığılıb. Əgər bu təcili tibbi yardım maşınları bir nəçə gün əvvəl Daşaltından hər bir saatdan bir yaralı erməni əsgərləri gətirirdilərsə, indi hər 10 dəqiqədən bir ambulanslar gəlməkdədir.
«Mən möcüzə nəticəsində qurtuldum” — boynunu güllə sıyırıb keçmiş erməni əsgər deyir. «Qardaşım ilə Şuşanın şimalında «Stepanakert” yolunda vuruşurdum. Hücumlar o qədər güclü idi ki, geri çəkilmək məcburiyyətində qaldım. Azərbaycan snayperləri onu «Stepanakert”in dörd kilometrliyində güllə ilə vurublar. Bu isə ona işarədir ki, şiddətli bombalar altında olan Xankəndi artıq azərbaycanlı hərbçilərin hücumundan sığortalanmayıb”.
Xəstəxanaya gələn bəzi kişilər üçün müharibə artıq bitib. Onların ciddi xəsarətləri var və yeganə çıxış yolu təcili cərrahiyə əməliyyatı üçün şimaldan olan yol ilə (Kəlbəcər) İrəvana göndərilməlidir. Laçın yolu isə bağlıdır.»
*****
Azərbaycanın düşmənlərindən olan Andrey Lapşin ermənilərin oktyabrın 22-də əks-hücumundan yazıb: «Ermənistan tərəfindən həyata keçirilən əks-hücumlardan biri 22 oktyabrda oldu. İrəliləyən Azərbaycan qoşunları tərəfindən bir göz qırpımında məğlub edildi. Bu əməliyyat erməni hərbçiləri üçün əsl qırğına çevrildi. Göründüyü kimi, Ermənistana hərbi əməliyyat qurmağı bacaran real və təcrübəli generallar çatışmır. Axı belə əks-hücum zamanı baş verənlər əsl intihar sayıla bilər. Və belə bir əmr verən şəxs vətəninin əsl xainidir, ölkəsinin vətəndaşları ilə maraqlananan xain.
Ancaq təbii ki, Azərbaycanın da uğursuzluqları var. Onların ən böyük uğursuzluğu hərbi meydanda olmadı. Ərazi bütövlüyünü təmin edən Azərbaycan pis bir qonşu ilə yaşamalı olacaq. Ermənilər isə məğlubiyyətlərini həzm etməyən kinli bir xalqdır. Bu səbəblərə görə hər iki ölkənin xoşagəlməz bir vəziyyətdə olduğunu deyə bilərik. Azərbaycanın vəziyyəti xeyli yaxşı ola bilər, amma gələcəkdə bəzi problemlərin yarana biləcəyi istisna deyil».
*****
Azərbaycan əsgərləri üçün pampers almaq aksiyası keçirən erməni əsgər əsir götürüldü.

Azərbaycan əsgərlərinə qarşı iyrənc kampaniya ilə məşğul olan erməni hərbçi əsir düşüb. Sözügedən erməni hərbçilər Azərbaycan əsgəri üçün «pampers toplama aksiyası» keçirmişdi. Erməni hərbçi özü Azərbaycan əsgərləri tərəfindən əsir götürülüb. Bu bir daha kimin qorxaq, kimin güclü olduğunu öz gözləriylə görüb və özüylə pampers götürmədiyinə çox peşiman olub.
*****
Əslən Ağdərədən olam erməni general mayor Roman Arutyunov da bu savaşdan qələtinə uyğun cavabını almış oldu. İndi Moskvada oturub kaftar vaxtında aldığı tumlara həsrət-həsrət «baxır». Bu millətin marşallarını belə ruslar «Ştabnaya krısa» adlandırıblar. Bunları köpək kimi istifadə etmək üçün saxlayıblar. Köpək də həmişə sahibinin kölgəsini elə bilər ki, öz kölgəsidir. Bu qoca köpəyə bircə sualım var: » Niyə Ermənistanın özündən heç nə çıxmayıb? Çıxmışlarınız ya Gürcüstandan, ya da Azərbaycandandır. Haykanuşun yeri yumşaq olub. Bax belə»...
Fedai.az Araşdırma Qrupu













