Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin şöbə müdiri Akif Abbasov bir qrup müharibə əlilinə yardımlar edib.
AVMVİB şöbə müdiri Akif Abbasov bildirdi ki, 3 dekabrda keçirilən Beynəlxalq Əlillər Günü, əlillərin ehtiyaclarını başa düşməyə və məhdud imkanlara malik olan insanların ləyaqət, hüquq və rifahına dəstəyi irəli çəkmək və həmçinin məhdud imkanlı insanların siyasi, sosial və mədəni həyatın bütün aspektlərinə cəlb edilməsindən əldə olunan xeyir haqda məlumatlandırmanın yaxşılaşdırılması məqsədilə elan edilib. Ona görə də hər il bir qrup müharibə əlilinə yardım etməklə onlarla birgə olduğumuzu göstərməyə çalışırıq. Bu işdə bizimlə birgə olan hər kəsə minnətdarlığımı bildirirəm.
Elnur Səlim


