Cəbhədən qayıdan və qayıtmayan döyüşçüləri kimlər hədəfə alıb?

Fedai.az bu barədə xəbərdarlıq etmişdi. Demişdik ki, Aprel qələbəsini təmin edən döyüşçülərə qarşı bütün sahələrdə bir murdar əllə idarə olunan hücum gördük. Onlar sanki ermənilərin qisasını alırdılar.

Yenə start verilib. Kimi bayraq sökdürür, kimi şəhid evini, kimi şəhid plakatanı, kimi döyüşçü hasarını, kimi döyüşçünün evinin qazını kəsir, kimi işığını, kimi də şəhidin yasına belə gəlmir. Kimi şəhid məzarının üstünü götürmür, kimi də şəhid ailəsini təhqir edir. Kimi qazinin müalicəsinə görə pul gözləyir, kimi də bu ailə üçün yığılan pulu oğurlayır və daha nələr, nələr…

Biz köhnə döyüşçülər bu antipodları və onlarn «mühərrikinə» yağ tökənləri yaxşı tanıyırıq. Gənc döyüşçülərin savaşda yanlarında olduğumuz kimi yenə də yanında olacağıq. Bərdədə türk bayrağını sökən, Tərtərdə şəhid oğlunu şərlətdirib tutduran, Ağcabədidə şəhid məzarını bu günədək üstünü götürtməyən, Şəkidə şəhidin yasına belə gəlməyən, Sabunçuda döyüşçünün evini sökdürən, Lənkəranda şəhid plakatını sökdürən İcra Hakimiyyəti Başçıları var, cənab Ali Baş Komandan! Bu insanların zehniyyəti Sizin müzəffər əsgərlərinizi həzm edə bilmirlər.

Vətənpərvərliyi ilə tanınan ictimai fəal Leyla Həsənova sosial şəbəkədə bir məlumat paylaşıb. Məlumatda deyilir: «Lənkaran rayonunun İcra Hakimiyyətinin Başçısı Taleh Qaraşov şəhidlərimizə qarşı hörmətsizlik etməyə davam edir. Taleh Qaraşov bu dəfə şəhidimizin plakatını sökdürüb. Məlumat üçün qeyd edim ki, kənd əhalisi yığışıb şəhidimizə plakat düzəldiblər. İcra Başçısı ŞƏHİDİMİZİN plakatını sökdürüb. Kənd əhalisi yenidən plakatı bərpa edib.»

Digər paylaşımda deyilir: «Qarabağ qazisinin evi başına uçdu – Sabunçu İcra Hakimiyyətinin heç tükü də tərpənmir

Bakı şəhəri Bakıxanov qəsəbəsi Ramiz Zeynalov küçəsi döngə 1, ev 1-də yaşayan Qarabağ qazisi İsmayılov Murad Hamlet oğlunun yaşadığı ev uçub. Bu barədə məlumatı qazinin nənəsi İsmayılova Şəfiqə Yaqub qızı verib. Evin uçmasına səbəb yağan yağışlar nəticəsində ətrafdakı təpənin sürüşməsi olub. Şikayətçilər bildirir ki, Sabunçu Rayon İcra Hakimiyyətinə bu barədə məlumat verilsə də, heç bir tədbir görülmür.

Qeyd edək ki, evdə yaşayan qazi son doyüşlərdə sol əlinin bir neçə barmağını itirib.»

Xatırlayırsınızsa, Sabunçu İH Başçısı Adil Vəliyevin anti veteran ən pis reputasiyası olan məmur kimi AVMVİB «Veteranların düşməni» elan etmişdi. Görəcəkli günlərimiz hələ qabaqdadı. Çoxlları hələ də Ordumuzun qələbəsini həzm edə bilmirlər. Belələrini cənab prezidentin məşhur «Nə oldu..?» sualını vermək zamanıdır…

Siz kimə işləyirsiniz, cənab Başçılar?

P.S. Rastlaşdığınız bu cür neqativ hallar barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Mətbuat Xidmətinə müraciət edin. Bu ölkəni belələrinə dar etməyə hazırıq. Biz Müzəffər Ali Baş Komandanın əsgərləriyik!

Qarabağ Azərbaycandır!

AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: