Ən Yeni Tarix: Vətən Müharibəsində biz nələri gördük?

Vətən Müharibəsində biz nələri gördük? Döyüşə aslanlar kimi şığayan bir nizami ordu gördük və bu ordunu öz qətiyyətiylə ruhlandıran bir Komandanı gördük. Onları hamımız gördük. Birgəydik, birlikdəydik…

1. Öz oğlunun tabutu qabağında oynayan ana.

2. Öz nişanlısının ölümündən sonra intihar edən qız.

3. Öz ərinin cənazəsini çiynində daşıyan şəhid bacısı qadın.

4. Öz qızının bağırsaqlarını yerdən yığan ata.

5. Öz oğlunun qəbrinə girib oğlumla yatmaq istəyirəm deyən ana.

6. Əli, qolu olmaya- olmaya mən vətən üçün heçnə edə bilmədim deyən qəhrəman.

7. Ürəyində qəlpə ola -ola, «ürəyim qurban bu Vətənə» deyən əsgər.

8. Əsgərinə bu mənim qardaşımdır deyən General.

9. Öz oğlunun məzarında «Xocalı qisası almısan buna görə ağlamıram» deyən ana.

10. Can verəndə qızım üçün darıxıram deyən əsgər.

11. Öz uşaqlarının corablarını cibində gəzdirib, döyüşə girəndə onları öpən əsgər.

12. Oğlunun tabutu gələndə xonça ilə qarşılayan ana.

13. Hospitalda can verərkən axı niyə Şuşanı görmədim deyib Suqovuşanda yaralanan əsgər.

14. Özü can versə də Şuşada öz döyüş yoldaşını ölümdən qutaran əsgər.

15. Siz evlisiz, mənsə subay deyərək erməni generalını öldürüb, zabit heyətimizi ölümdən qutarıb Polad Həşimovun qisasın alan əsgər.

16. Yırtıq ayaqqabı ilə Asan xidmətə gəlib, pensiyasını əsgərlərə hədiyyə edən qoca kişi.

17. Oğlunun cənazəsi gələn yolu əyilib öpən və «südüm sənə halal olsun oğul» deyən ana.

18. Sən idmanla məşğul olmusan, canavar kimi öldür onları, məhv et deyə nəvəsinə ruh verən nənə.

19. Döyüşə getmək üçün hərbi komissarlığın işçıləri ilə dalaşan oğullar.

20. Döyüş bölgəsinə könüllü yollanan həkim qadınlar.

21. Canından keçməyə hazır könüllü yazılmış cəsur qadınlar.

22. Bütün xarici təzyiqləri dəf edərək, siyasi gücləri susdurmağı bacaran ölkə başçısı.

23. Eyni səngərdə döyüşən ata-oğullar.

24. Yatağında qanına qərq olan günahsız insanlar.

25. Üzü-gözü qan içində kameraya gülümsəyən yaşı kiçik, ürəyi böyük qəhrəmanlar.

26. Öz cehiz yorğan-döşəyini əsgər qardaşlarına göndərən qızlar.

27. Günlərlə yuxusuz qalıb, əsgər övladları üçün yeməklər hazırlayan analar.

28. Cibinin bəlkə də son manatı ilə əsgər qardaşlarına corab, əlcək, siqaret alıb yollayan, aparan oğullar.

  1. Dili açılar-açılmaz «Qarabağ Azərbaycandır!» — deyən körpələr.

30. Bir gündə dogulub, bir gündə şəhid olan qardaşlar

31. Valideyn sevgisi görməyən yetimin Vətənə «Ana» deyib şəhid olan əsgərlər, yetimxanalarda böyüyən igidlərin könüllü gedib düşməndən qisas almaları

32. .Yüngül silahlarla silahlanib 5 saata Qala fəth edən əfsanələrimiz.

33. Arxa cəbhədə yatmadan dincəlmədən ölkədə düzən pozulmasın deyə hər sahədə çalışan yumruq kimi birləşən Vətən övladları.

34. Tarixi oxumaq yox, Tarixi yaradan adsız qəhrəmanlarımız.

35. Düşməni «iti qovan kimi» qovan Ali Baş Komandanımız!

36. Dillərdə dastan olmuş Türkiyə — Azərbaycan qardaşlığı.

37. Xalq-Ordu birliyi

38. Yüzlərlə Azərbaycan əsgərini ölümdən xilas edən gizli qəhrəmanlar.

39. Azərbaycanda yaşayan bütün xalqların qardaşlaşması.

40. … Və nəhayət yumruq kimi birləşmiş əlli milyon azərbaycanlı, ona dəstək, qardaş olan ölkələr.

 (Bunu hazırlayan müəllifin adını tapmadıq və bu mətni tərtib etdiyinə görə öz minnətdarlığımızı bildiririk.) 

Bu xəbəri paylaşın: