QARABAĞ RAYONLARINI TƏHVİL VERMƏYİN İQTİSADİ NƏTİCƏLƏRİ

Nikol Paşinyanın məcburən imzaladığı təslim aktının Ermənistan iqtisadiyyatına vurduğu dəhşətli zərbənin nəticələri artıq göz önündədir. «SOTK QIZIL» mədəninin çox hissəsinin Azərbaycanda qaldığı artıq məlumdur. Zod (SOTK) qızıl mədəni və orada işləyən “GeoProMining Gold” şirkəti Ermənistan iqtisadiyyatında böyük iqtisadi əhəmiyyətə malik olub. Belə ki, 2020-ci ilin 3-cü rübünə görə şirkət 16․2 milyard dram vergi ödəyərək Ermənistanın ən böyük 1000 vergi ödəyicisi siyahısında 4-cü olub.

2019-cu ildə şirkət təxminən 13-7 milyard dram vergi ödəyərək, ölkənin doqquzuncu vergi ödəyicisi olmuşdur. Bu şirkət SOTK qızıl mədəndən əlavə Ararat qızıl filizi kombinatı və Ağarak mis-molibden zavodunu da idarə edirdi. “1000+” fondunun məlumatlarına görə şirkət 2020-ci ildə 1600-1700 işçi qövvəsi var idi və Zod (SOTK) mədənində 133,5 ton qızıl və 175,6 ton gümüş olduğu bildirilir.

“Geopromining”-in hesabatlarına görə, Ararat Qızıl Mədən Zavodu 2018-ci ildə 1․4 milyon ton, 2019-cu ildə 1․55 milyon ton, 2020-ci ildə 120206 milyon ton filiz emal edib. Şirkət 2019-cu ildə 154,5 min troya unsiya (təqribən 4,8 ton) qızıl istehsal etdi, son məhsul əsasən dore külləri ixrac olunur. Zod (SOTK) mədəninin potensialını və qızıl ixracatının həcmini göstərmək üçün 2019-cu ildə Ermənistandan 224 milyon dollar gömrük dəyəri ilə 5,8 ton qızıl ixrac etdi.

2019-cu ildə Ermənistandan ixracın ümumi həcmi 2,640 milyard dollar təşkil edib. Mədənin işlərinin dayandırılması həm Vardenis bölgəsində, həm də Ararat bölgəsində iqtisadiyyatın digər sahələrinə təsir edərək müşayiət olunacaq qərəcədə böyük bir problemə səbəb olacaqdır. Zod (SOTK) mədəninin itkisi filiz daşıyan Ermənistan dəmir yolu üçün ciddi itkilərə səbəb olacaq. Filizin mədəndən Ararat qızıl emalı zavoduna daşınması Cənubi Qafqaz Dəmir Yolu dövriyyəsinin təxminən yarısını təmin edir.

Əgər mədən dayanarsa, dəmir yoluna böyük ziyan dəyəcək. Nəticədə, bir çox dəmiryol işçisi özlərini boş hiss edəcək və onlar sadəcə heç kimə lazım olmayacaqlar və bu bölgələrdə əhalinin sosial səviyyəsi pisləşəcəkdir.

Başqa bir sahədə, yəni əkinçilik sahəsində 2017-2018-ci illərin məlumatlarına görə, QARABAĞDA və Azərbaycanın işğal olunmuş ərazilərində təxminən 135-150 min ton taxıl istehsal edilmişdir ki, bunun da 100 min tondan çoxu Ermənistana idxal edilmişdir. Başqa sözlə desək, bundan sonra Ermənistan digər ölkələrdən 20-25% daha çox taxıl almaq məcburiyyətində qalacaq. Hətta Rusiya da Ermənistana taxılı xarici valyuta ilə satır. Ona görə də dolların hazırkı devalvasiyasını nəzərə alsaq, Ermənistanın nə qədər böyük bir problemlərlə qarşılaşacağını təsəvvür etmək çətin deyil. Nəticədə taxıl və çörəyin qiymətində də artım olacağı qaçılmazdır. Bundan əlavə, Qarabağdan Ermənistana təxminən 100 milyon kilovat saat elektrik enerjisi idxal olundu, bu gün də mümkünsüz hala gəldiyi açıqdır.

Artıq Zəngilan qızıl mədəni də Azərbaycan tərəfinə keçib və Drmbon polimetalik qızıl mədəninin Azərbaycana keçəcəyi də istisna edilmir. Bu şərtlərdə Ermənistanda bu il iqtisadi enişin 7% -də olacağı proqnozlaşdırılır. İlin birinci yarısında ÜDM-də 5,7% azalma qeydə alınıb.

Ölkədə 2018-cu ildə birbaşa investisiyaların xalis axını yalnız 230 milyon dollar, 2017-ci ildə 193 milyon dollar olduğu halda, 2019-cu ildə cəmi 99 milyon dollar təşkil edib. 2020-ci ilin nəticələri isədaha fəlakətli olacaq. Artıq fəlakətin nəticələri özünü aşağıdakı kimi göstərməkdədir.

— Ermənistan Respublikası dramın devalvasiyası (alış nisbəti onsuz da 1 ABŞ dolları = 520-525 Ermənistan Dramı.)

— Qiymət artımı (ərzaq məhsullarının qiymət artımı ilə)

— Kiçik sahibkarlığın ümumi «pul kəsiri»

— Son 9 ayda vergi daxilolmalarının az olması (ilkin plandan -12.4%)

Beləliklə, bu qənaətə gəlmək olar ki, Ernəmistan iqtisadiyyatının uzunmüddətli nəticələrinə uyğun olaraq, yəni gəlirlərin azalması, işsizlik və artan yoxsulluq və sair hələ qabaqdadır.

İSMAYIL TANRIVERDİ

BDU-nun Erməni araşdırmaları Elmi-tədqiqat və Tədris Mərkəzinin Böyük elmi işçisi

Bu xəbəri paylaşın: