Döyüşçü atalar döyüşçü oğullarını qarşılayır

AVMVİB Ağdaş rayon şöbəsinin sədri İlham Beydullayevin verdiyi məlumata görə, rayon veteranlarından bir qrupu döyüşlərdən qazi kimi geri dönən Qurbanov Ömər Tahir oğluna baş çəkiblər.

Qazimizin atası Qurbanov Tahir Məmməd oğlu da AVMVİB-nin üzvüdür və Ağdaş rayonu Bulaqotağı kəndində yaşayır.


Tahir Qurbanov özü də 1-ci Qarabağ döyüşlərində iştirak edib və yaralanıb.


Ömər Qurbanov 01. 10. 2020-ci ildə «N» saylı hərbi hissənin tərkibində Talış kəndi uğrunda gedən döyüşlərdə yararlanıb.


07. 12. 2020-ci ildə isə müalicə olunaraq ordudan təxris olunub. Hal- hazırda evdə müalicəsini davam etdirir. AVMVİB-nin Ağdaş rayon şöbəsinin sədri İlham Beydullayev və rayob şöbəsinin üzvləri Qazimizin görüşündə iştirak ediblər.


Allah şəfa versin!

Elnur Səlim

Bu xəbəri paylaşın: