Keçmiş Baş Nazirin rəsmi səfərini təşkil edə bilməyən bir şəxs, Ermənistana Xarici İşlər Naziri təyin edilib.
Erməni mətbuatına məlum olub ki, vaxtilə “hiyləgərliyi” ilə tanınan Ermənistanın yeni Xarici İşlər naziri Ara Ayvazyan uzun müddət Argentina, Uruqvay, Çili, Kuba, Norveç, Finlandiya və bir sıra digər ölkələrdə səfir olmuşdur. Hakimiyyət üzvləri onu, məhz bu xüsüsiyyətlərinə görə bu mötəbər vəzifəyə dəvət ediblər və hələlik yeni «hiylə»lərdən çəkinmək üçün ona bir müddət susduqdan sonra əsas fəaliyyətə başlamağı məsləhət görüblər.
Nəzərə alsaq ki, Ara Ayvazyan sadəcə İrəvan Dövlət Universitetinin Arxeologiya fakültəsini bitirmişdir, onda onun peşəkar bacarıqları barədə nəticə çıxara bilərik ki, arxeoloq ixtisası ilə heç kimin Şərq ölkələrinin heç birində səfir və ya konsul təyin edilməməsi mümkün deyildir.
«Bir də ki, əgər Ara Ayvazyan yaxşı bir mütəxəssis olsaydı, Latın Amerikasında nə edirdi?»
Xatırlatmaq istərdim ki, illər əvvəl keçmiş baş nazir Ovik Abrahamyanın başçılıq etdiyi rəsmi heyət, Ayvazyanı Baş nazirin rəsmi səfərini təşkil etmək üçün Latın Amerikası ölkələrindən birinə ezamiyyətə göndərmişdi. Ayvazyan o tapşırığı yerinə yetirə bilmədi, bacarmadı, tamamilə uğursuzluğa düçar oldu. İndi isə bütöv bir nazirlik bu adama həvalə edilib. Ayvazyanın bu mötəbər vəzifəyə təyinatı, digər diplomatlardan fərqli olaraq Paşinyanla işləməyə razı olması ilə əlaqəlidir.» – deyə bu sözləri onu yaxından tanıyan müxbirlərdən biri yazıb.
İSMAYIL TANRIVERDİ
BDU-nun Erməni araşdırmaları Elmi-tədqiqat və Tədris Mərkəzinin Böyük elmi işçisi
