BBC-nin verdiyi məlumatı olduğu kimi diqqətinizə çatdırırıq: «Cümə axşamı günü Rusiya Müdafiə Nazirliyi Azərbaycanın Dağlıq Qarabağ ərazisində yerləşdirdiyi sülhməramlıların əməliyyat xəritəsində yenidən dəyişiklik edib.
Yeni xəritədə göstərilən sərhədlərdə Rusiya sülhməramlı qüvvələrinin əməliyyat sahəsi Şimal istiqamətində dəyişib və əvvəllər Azərbaycan ordusunun nəzarətində olan Tərtərin Çaylı kəndini (?) əhatə edib.
Bundan başqa nazirliyin dərc etdiyi yeni xəritədə Laçın dəhlizi ətrafında olan ərazilər də Rusiya sülhməramlılarının xidmət sahəsi kimi göstərilib.
Rəsmi məlumatlara görə indiyə Rusiya sülhməramlı qüvvələri Laçın dəhlizinin daxilində Ermənistanla Dağlıq Qarabağ arasında xidmət aparıb və əlaqəni təmin edib.

Hələ ki, Azərbaycan tərəfindən sülhməramlıların əməliyyat xəritəsində aparılan dəyişikliklə bağlı şərh verilməyib.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi dekabrın 13-də sülhməramlıları əmaliyyat sahəsinin xəritəsini dəyişib. O dəyişikliklə Hadrut rayonunun Çaylaqqala (Xtsaberd)-Hin Tağlar kəndləri sülhməramlıların nəzarətinə keçmişdi.
Həmin dəyişiklik Azərbaycan tərəfində bəzi etirazlara səbəb olub. Rəsmi qurumlar dəyişikliyə münasibət bildirməyiblər, amma Milli Məclisin bir neçə deputatı Rusiyanın addımını qınayıb.
Bir gün sonra Rusiya Müdafiə Nazirliyi yenidən xəritəni dəyişərək Hadrut rayonunun Çaylaqqala (Xtsaberd)-Hin Tağlar kəndləri ərazilərini Azərbaycan ordusunun nəzarət sahəsi kimi göstərib.»
Xatırladım ki, Ağdərə rayonunun Çaylı kəndi Birinci Vətən müharibəsi zamanı azad edilmişdi və Azərbaycanın nəzarətində idi. Çaylının erməni sakinləri isə Qarabağın başqa bir kəndində yerləşərək bölgəyə gəlmələrini əks etdrən tarixi əks etdirən bir xatirə bulağı tikməsini diqqətinizə çatdırmışdım. Bu bulaq Ağdam rayonunun Mollalar kəndinə Nor Ayqestan adıyla yerləşərək, bu bulağı da orada tikmişlər. Ermənilərin özləri isə bu kəndin tarixi haqqında belə yazırlar: «19-cu əsrə qədər Çaylılar İranın şimal-qərbində, Xoy bölgəsindəki Urmiya gölünün şimalında yaşayırdılar. Rusiya-İran müharibələrindən sonra 1827-ci ildə bir-birinə yaxın qohum olan 7 nəfər erməni öz ailələri ilə birlikdə Qarabağa köçməyə qərar verdilər. Bundan çox əvvəl, 1813-cü ildə Rusiya ilə İran arasında Gülüstan müqaviləsinə görə, Qarabağ Rusiya İmperiyasının tərkibinə daxil olmuşdu. Beləliklə, Qarabağ ermənilərinin köhnə arzusu həyata keçdi. Dindar qardaşlarının — Rusların himayəsi altında özlərini təhlükəsiz hiss etdilər».

Erməni A. Erkanyan daha sonra yazır: «Burada yerləşmək üçün diqqətlə yer axtarırdılar. Sonda Tərtər çayının sol sahilində düz bir yer seçdilər. Göründüyü kimi əvvəlki yaşayış yerlərinə bənzədiyi üçün buranı bəyəndilər. «Çay kənarındakı kənd» mənasını verən yeni kəndə Çaylı adı verməyə qərar verildi. Tarix Çaylının gələn ilk atalarının adlarını qoruyub saxlamışdır: Xaçatur, Ağabek, Pogos, Şahbaz, Ayvaz, Anton və Hakob. Buna görə Çaylıda məskunlaşan nəsillər Xaçatryan, Ağabekyan, Poqosyan, Şahbazyan, Ayvazyan, Antonyan və Akopyan soyadlarını daşımağa başladılar. Bir il sonra, buraya yerləşdikdən sonra, təxminən 300 nəfərlik digər kənd sakinləri də İrandan Qarabağa köçdülər. Rus generalının əmri ilə onları yolda 100 əsgər qoruyurdu. Ruslar da onları lazımi yeməklərlə təmin edirdilər. Bu köçkünlər və onların nəsilləri Qarabağın «layiqli» insanları oldular»…
Daha sonra yazır: «Müharibə bitdikdən sonra doğma kəndlərinə qayıda bilməyən Çaylılar dünyaya səpələndilər. Hazırda yaşadıqları yerlərin natamam siyahısı belədir: ABŞ, Almaniya, Fransa, Belçika, Estoniya (Tallin), Ukrayna (Xarkov və Lugansk). Ancaq onların əsas hissəsi Rusiyada yerləşdilər. Moskva, Sankt-Peterburq, Vladimir, Yaroslavl, Sergiev Posad, Bryansk, Nijni Novgorod, Voronej, Oryol, Saratov, Erşov, Petrovsk, Volqoqrad, Tambov, Rostov, Tselina, Krasnodar, Novorossiysk, Anapa, Soçi, Yeisk, Kropotkin, Arxipo-Osipovo, Stavropol, Pyatiqorsk, Kislovodsk, Essentuki, Minvod, Budyennovsk, Omsk, Murmansk, Kalininqrad»…
İndi bildinizmi rus ayısı öz kirli pəncəsini Çaylı kəndinə niyə tuşlayıb?
Neyləyək ki, bizim oxumaqla işimiz yoxdur və bu tnbəlliyimizi yaxşı bilən düşmən yurdumuzda at oynatmaqda davam edir. Özünü qanmazlığa vurmuş rus mujik təxəyyülü bölgənin strateji məskunlaşmasını həyata keçirməyə çalışması göz önündədir və bu ərazilərə Cənubi Rusiyada erməni köçü təşkil etməyə çalışır. Start kimi artıq Solovyov kimi əlaltı jurnalistlərə göstəriş verilib. Hər kəs rusların qanunsuz əməllərinə göz yummamalıdır. Rusiya hədəfə çevrilməlidir və Qafqazdan rədd olub getməlidir. Öz köpəklərini də Cənubi Rusiyaya aparmalıdır. Ən yaxşı yol, «İvan idi domoy!» çağırışına nail olmaqdır.
Xaqani Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri
