Bu gün təltif olunanlar arasında AVMVİB Ağstafa rayon şöbəsi sədrinin müavini Ədalət Şükürovun oğlu Həsənəli Ədalət oğlu Şükürovun da adı var.
Vətən müharibəsində ön sırada yer alan igidlərimizdən olan Həsənəli Ədalət oğlu Şükürovun atası da Qarabağ savaşında döyüş yolu keçmiş Ədalət Şükürovu və döyüşçü igidimizi bu münasibətlə təbrik edirik. Hər gün ata-oğul döyüşçülər barədə məlumatlar verməmiz təsadüfi deyil. Birincisi, bilinməlidir ki, Qurdun oğlu Qurd olar. İkincisi isə hələ də bəzi üzdəniraqlar «birinci, ikinci bölgüsüylə» döyüşçülər arasında təfriqə salacaqlarını düşünürlər. Amma bunlar hələ də anlamırlar ki, bu döyüş ruhunu bu ölkədə ölməyə qoymayan bizlərik.
Döyüşçümüz Həsənəli Ədalət oğlu Şükürovu və atası müharibə veteranı Ədalət Şükürovu bu təltif münasibətiylə təbrik edirik!
Tanrı döyüşçülərimizi qorusun!
Elnur Səlim


