Müqəddəs bayrağımızı azad edilmiş şəhər və kəndlərimizdə dalğalandıran fədakar qazilərimiz, başda Ali Baş Komandanımız olmaqla, şanlı ordumuzun qüdrətini, xalqımızın birliyini dünyaya göstərdi. Onlar şəhid olan silah yoldaşlarınızın qanını yerdə qoymadılar.
Elə ona görə də qədirbilən xalqımız bütün şərtlər daxilində hər bir qazimizi layiq olduğu şəkildə qarşılamağa çalışır.
Bu gün AAAF Park yaşayış kompleksində qəhrəman qazimiz İsmayıl Məhəmməd oğlu Hüseynovu qarşılamaq üçün toplaşanlar arasında AVMVİB sədri Füzuli Rzaquliyev və AVMVİB sədrinin I müavini Kamil Şirinnov da olublar.
Allah qazimiz İsmayıl Məhəmməd oğlu Hüseynova şəfa versin!
Nurlan Məmmədli
