Ataların izi ilə gedən igidlərimiz: Rzaquliyev İlkin Füzuli oğlu

Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi ilə bağlı keçirilən hərbi əməliyyatlarda daim ön sıralarda yer alan İlkin Füzuli oğlu Rzaquliyev də törənlə qarşılanıb.

Bu şanlı günləri Azərbaycana bəxş edən döyüşçülərimiz evlərinə qayıdırlar. Cəmiyyətin bütün təbəqələri, vətəndaşlarımız Vətən naminə, Azərbaycan torpaqlarının təcavüzdən birdəfəlik azad edilməsi yolunda öz Prezidenti ilə birlikdə olmuş və bu gün də onun bu haqq yolundakı bütün təşəbbüs və çağırışlarını şəksiz həyata keçirmiş İlkin Rzaquliyev kimi müzəffər zabitlərimizi daha yüksək səviyyədə qarşılamağa çalışırlar. Qəhrəman döyüşçü İ. Rzaquliyev xalqımıza, ölkə rəhbərinə və qonşulara öz minnətdarlığını bildirdi.

Xatırladım ki, İlkin Rzaquliyev Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri, ağır döyüş yolu keçmiş Füzuli Rzaquliyevin oğludur. Qarşılanma mərasimində AVMVİB sədrinin I müavini Kamil Şirinov və AVMVİB üzvü Rasim Süleymanov da iştirak ediblər.

Xalqımız tarix yazmış cəngavərləri unutmayacaq!

Xoş gəldin, döyüşçü qardaş!

Türkay Xaqan

Bu xəbəri paylaşın: