AVMVİB Nəsimi rayon şöbəsində

AVMVİB Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynovun verdiyi məlumata görə, rayon şöbəsinin üzvü Pənah Kərimov «AVMVİB 25 il», «Milli Ordu-100» və «Müharibə veteranı» Xatirə medallarıyla təltif olunub.

Mərasimdə AVMVİB sədri Füzuli Rzaquliyev Pənah Kərimovu təltif münasibətiylə təbrik edib. Müharibə iştirakçılarının ölkəmiz üçün məsuliyyətli bir dövrdə daha fəal olmalarına ehtiyac olduğunu bildirib.

AVMVİB Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov rayon şöbəsinin fəal veteranılarından olan P. Kərimov təbrik edərək, birgə səylə bir çox problemlərin həllinə nail olacaqlarını bildirdi.

Təltif mərasimində rayon veteranları iştirak edib.

Təbrik edirik!

E. Səlim

Bu xəbəri paylaşın: