Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Ordusunun Ali Baş Komandanı cənab İlham Əliyev xalqımıza müraciətinə uyğun olaraq xalqımız bir yumruq kimi birləşərək hədəfə doğru getmək üçün hər kəs öz köməyini əsirgəmədi.
AVMVİB Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov belə deyib.
Elmar Hüseynov bildirdi ki, bir çox vətənpərvər soydaşımız sonadək ordumuza və yaralanmış əsgərlərimizə öz dəstəklərini əsirgəmədilər. tanınmış həkim-stomoloqlarSəid İsmayıl oğlu Quliyev və Emil Elbrus oğlu Quliyev Müzəffər Azərbaycan ordusunun Vətən müharibəsində tarixi qələbə qazanmasında və AVMVİB-nin «Orduya dəstək» kompaniyasında fəal iştiraklarına, göstərdikləri maddi və mənəvi dəstəklərinə görə Fəxri Fərmanla təltuf olundular.

Təqdimetmə mərasimində AVMVİB-nin fəxri üzvü, hüquqşünas Elnur Abbaszadə də iştirak edirdi.
AVMVİB Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov, hər iki xeyirxah həkim-stomotoloqu təbrik etdi və hər an ordumuzun yanında olmağa hazır olduqlarını qeyd etdi.
Elnur Səlim


