AVMVİB İdarə Heyətinin qərarına əsasən, Birliyin rayon, şəhər şöbələri AVMVİB-in mətbu orqanı «Fədai» qəzetinə hər ay 10 (on) manat maliyyə yardımı etməliydilər. Artıq bu qərarın yerinə yetirilməməsinin 3 ili tama oldu. Bu Qərarın icrasına hələ də nail ola bilməmişik. Bu il, yəni 2020-ci il üçün durumu diqqətinizə çatdırır və bildiririk ki, AVMVİB-nin 75 şöbəsi mövcuddur:
- AVMVİB Nəsimi şöbəsi — 100,0%
- AVMVİB Dəmir Yolu şöbəsi — 100,0%
- AVMVİB Saatlı şöbəsi — 75,0%
- AVMVİB Ağdaş şöbəsi — 100,0%
- AVMVİB Qazax şöbəsi — 100,0%
- AVMVİB Sumqayıt şöbəsi — 100,0%
- AVMVİB Tovuz şöbəsi — 100,0%
- AVMVİB Şəmkir şöbəsi — 100,0%
- AVMVİB Mingəçevir şöbəsi — 100,0%
- AVMVİB İmişli şöbəsi — 41,6%
- AVMVİB Şirvan şöbəsi — 41,6%
- AVMVİB Zərdab şöbəsi — 41,6%
- AVMVİB Ağstafa şöbəsi — 100,0%
- AVMVİB Bərdə şöbəsi — 41,6%
- AVMVİB Çilov şöbəsi — 37,5%
- AVMVİB Yasamal şöbəsi — 100,0%
- AVMVİB Nərimanov şöbəsi — 41,6%
- AVMVİB Qubadlı şöbəsi -33,3%
- AVMVİB Binəqədi şöbəsi — 100,0%
- AVMVİB Sabirabad şöbəsi — 16,6%
- AVMVİB Şamaxı şöbəsi — 12,5%
- AVMVİB Xocavənd şöbəsi — 100,0%
- AVMVİB Abşeron şöbəsi — 8,3%
- AVMVİB Göygöl şöbəsi — 50,0%
- AVMVİB Polis Veteranları şöbəsi — 33,3%
- AVMVİB Xankəndi şəhər şöbəsi — 100,0%
AVMVİB-nin siyahı üzrə 75, yoxsa 25-mi rayon şöbəsi var? Onlardan da cəmi 11 şöbə AVMVİB İdarə Heyətinin Qərarını tam, qalanları isə qismən yerinə yetirib. Özü də zaman-zaman AVMVİB sədrinin I müavini Kamil Şirinov, AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov, AVMVİB sədrinin müavinləri İslam Səfərov və Qurban Osmanov, AVMVİB NTK sədri Niyazi Quliyev, AVMVİB İdarə Heyətinin üzvü Xaqani Rzaquliyev və AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi, Fedai.az — ın bölgə müxbiri Vaqif Sadıqov müvafiq işlər aparıblar.
Fedai.az və Veteran.az bu şöbələrin əməyini qiymətləndirmək qərarına gələrək 2021-ci ildə öz nominasiyaları üzrə diplomlarını AVMVİB Mətbuat Xidmətinin rəhbərliyi ilə bu şöbələrə təqdim etməyi planlaşdırır.
Hər kəsi Həmrəylik günü münasibətiylə təbrik edir və gələcək illərdə cansağlığı arzulayırıq!
AVMVİB Mətbuat Xidməti
