AVMVİB Ağdaş rayon şöbəsinin sədri, Birliyimizin fəal şöbə sədrlərindən olan, ağır döyüş yolu keçmiş İlham Beydullayevin 53 yaşı tamam olur. 2021-ci ilin ilk gününü öz ad gününə qatan İlham Beydullayevə daha bir İlahi hədiyyə bacısı oğlunun müzəffər əsgər kimi geri dönməsi və hər kəsdən öncə iziylə getdiyi dayısının görüşünə gəlməsidir.
Əbəs yerə demirik ki, cəbhədəki əsgərlər bizim ruhumuzla döyüşə yollandılar. İllərcə bizdən qeyri kimsə ardıcıl olaraq düşmənə qarşı hərbi yolla mübarizə təbliğatı aparmayıb. Ağdaş veteranları İlham Beydullayevin təşkilatçılığı və rəhbərliyi altında rayonu məktəb-məktəb gəzərək doğma Qarabağın azad edilməsi, şəhidlərimizin yad edilməsi və müharibə veteranların Ali Baş Komandanın əmrinə hazır olmalarını təbliğ etmişlər.

Bunun nəticəsidir ki, zəfər qazanmış müzəffər əsgərimiz Kamil Müğdət oğlu Mahmudov evlərindən öncə savaş yolu keçmiş dayısı İlham Beydullayevin ziyarətinə gəlib. Bu mənzərə qarşısında kövrək hisslərini bölüşmək üçün məni arayıb görüntüylə öz sevincini bölüşən vətənpərvər veteranımız İlham Beydullayevin sevincinə şərikik. AVMVİB Ağdaş rayon şöbəsi Vətən müharibəsi dövründə maddi və mənəvi dəstəklə səngərdəki əsgərlərimizin yanında olmuş şöbələrimizdəndi. Təşkilatçı və rəhbərlik isə İlham bəyin çiyinlərində idi. Əsil döyüşçülər kimi İlham bəy üçün də Vətənin o başı, bu başı yoxdu. Vətən dardadırsa, veteranlar ordadır. Bunu Vətən müharibəsində bir daha əməli olaraq sübut elədik. Məhz İlham Beydullayev kimi şöbə sədrlərimizin sayəsində qarlı dağlar aşıldı, səngərlərdə də əsgərimizlə birgə olduq. Bu proseslər bu gün də davam etməkdədir.
Sinəsi müdallı bacı oğlu Kamil Müğdət oğlu Mahmudov dayısının bu ad günündə, bizim illərcə ad günü təbriklərində arzuladığımız «zəfər müjdəli bir günü» «hədiyyə» kimi gətirdi və sizə ərməğan etdi. Arzularımıza qovuşduq. Arzular qoynunda bütün arzulara yetəsən.
Bu gün, sənin günün, İlham bəy! Bu gün ad günündür.
Ilham Beydullayevi bu münasibətlə təbrik edir, uzun ömür və can sağlığı arzulayırıq. İlham Beydullayev daim müharibə veteranlarının hüquqlarının bərpa olunmasına çalışan bir şöbə sədri kimi gələn gənc veteranlarımız sizə əmanət. İnanırıq ki, İ. Beydullayev bundan sonra da bölgə veteranlarımızın problemlərinin həllində qabaqcıl şöbə sədrlərimizdən biri kimi yenə də fəal və öndə olacaqdır.
100 yaşa! Bütün gözəlliklər sənin olsun!
AVMVİB Rəhbərliyi, Fedai.az kollektivi və Xaqani Ədəboğlu




